"Xətdən kənara durun!"

"Xətdən kənara durun!"
9 sentyabr 2013
# 16:11

Kişi!!! Sahib olduğu qadınının arxasında durar, sözün əsl mənasında ona sahib çıxar. Ən pis vəziyyətində ona dayaq durub, gerçək yolu ilə onu aparar. Lazım gələrsə, yeri və məqamı belə gəlmədən qadın öz zərif varlığı və güclü zəkası ilə özündən sipər çəkər kişi üçün. Təbii ki, sadalananlarda istisnalar da var.

Son vaxtlar gündəmdə olan metropoliten işçisi Günay Məmmədovanın ölümü kişi mənliyi, qadın hissiyyatı olan hər kəsi düşündürməyə vadar etdi.

Görəsən Günayın ölüm səbəbi xoşbəxtliyə can atdığı bir vaxtda sirrini saxlayan adamın onu satmasıdırmı, yoxsa...Yoxsa elə Allahının qisməti?! Bu, sirr olaraq qalsa da ortadakı faktlar konkret suallar yaradır məndə. Yəni həqiqətən minlərlə insanı "ölüm yolları"ndan kənara çəkən Günayı millətin mühafizəsində dayanan Rabil nəinki qorumaq, hətta... Hətta heç dilim də gəlmədi deməyə... İnsanlıq vəzifəsinin öhdəsindən gəlməyən Rabil heç olmaya xidməti vəzifəsini yerinə yetirərdi. Bunudamı edəcək cəsarəti çatmadı?!

Ərsiz qadına sahib çıxmaq savabdır deyirlər. Sahib çıxmağa sona qədər cəsarətin çatmadısa, barı qoyaydın Allah sahib çıxaydı.

Amma bunların artıq heç bir önəmi yoxdur. Çünki ən azından Günayın cismi belə demək olar ki, yox idi ölərkən. Əvəzində ana-atasının, qohum-əqrabalarının göz yaşı, ürək dağı var.

“Xəttdən kənara durun!" deyərək insanların təhlükəsizliyini təmin edən Günayın özünün ölüm xətlərinin üstünə düşməsi... Halbuki, yeni həyatının qatarına minməsinə lap az qalmışdı...

Günay hər səhər evdən çıxıb yerin altına işə gedirdi. Metroya. Faciə baş verən günün səhəri də Günay evdən çıxıb yerin altına getdi. Amma metroya yox. Məzara. Bu dəfə çərxi-fələk onu yerin altındakı əbədiyyət qatarına mindirdi. Qapılar bağlanır, növbəti stansiya "Həzi Aslanov", sonuncudur, xahiş edirik qatarları tərk edin!...Allah rəhmət eləsin!...

Ayşən Əhməd

# 5603 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər