“Uşaqlar kasıbların sərvətidir”

“Uşaqlar kasıbların sərvətidir”
28 avqust 2013
# 07:45

Kulis.az uşaqlar haqqında aforizmləri təqdim edir:

Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. (Karl Qustav Jung)

Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. (Hz.Əli)

Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. (Oskar Uayld)

Pis övlad altıncı barmaq kimidir - kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər görünər. (Azərbaycan atalar sözü)

Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. (Nəsrəddin Tusi)

Döyməklə uşağı yalnız korlamaq olar. (Aristotel)

Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz. (Viktor Hüqo)

Valideynin övlada məhəbbəti - təbii, övladın valideynə məhəbbəti iradidir. (Nəsrəddin Tusi)

Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (Jozef Jubert)

Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən. Amma mən rəssam oldum və Pikasso olaraq qaldım. (Pablo Pikasso)

Kimsə həyatı boyu böyük uşaq kimi qalmayıb, ciddi, ağıllı və məntiqli biri olsa, dünyanın çox işinə yarayar və yaxşı vətəndaş ola bilər, amma dahi ola bilməz artıq. (Artur Şopenhauer)

Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar. (H.Jekson Braun)

Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. (Jan Jak Russo)

Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz. (Hindu atalar sözü)

Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir. (Əl Qazali)

Oğlan uşağı ilə atası arasındakı tək fərq oyuncaqlarının qiymətidir. (Jurq Ueber)

Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir. (Menkis)

Hər uşaq bir tərəfdən dahi, bir tərəfdən uşaqdır. (Artur Şopenhauer)

Uşaqlar valideynlərinə sevgi ilə həyata başlayırlar. Böyüyəndə onları mühakimə etməyə başlayırlar. Hərdən onları bağışlayırlar. (Oskar Uayld)

Uşaqlar böyüklərdən əksərən daha ağıllı və həmişə səmimi olurlar. (Maksim Qorki)

Cəmiyyətdə pişik və itlərin sayının uşaqlardan çox olması acınacaqlıdır. (Uilhelm Şvebel)

Uşağınızın böyüdüyünü haradan anlaya bilərsiniz? Onlar böyüyəndə daha sizə nə sual verərlər, nə də hara getdiklərini deyərlər. (P.J.O-Rurke)

Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar. (Benjamin Franklin)

Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Analogiyanı təkrarlasaq belə çıxır ki, pianoya sahib olmaqla pianoçu olmaq eyni şeydir. (Harris)

Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor)

Uşaqlar donmamış beton kimidir, üzərinə nə düşsə, iz buraxır. (Haym Jinott)

Uşaqlar kasıbların sərvətidir. (Thomas Fuller)

Uşaq olan evi təmiz saxlamaq, qar yağa-yağa həyət təmizləmək kimidir. (Filis Diller)

# 3992 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər