"Məryəm Ana" kilsəsində bizi yaşı əllini haqlamış qadın qarşıladı. Kilsədə fotosessiya etmək üçün keşişi gözləməli idik. Keşiş isə saat 6-da gələcəkdi. 7-də də ayin olacaqdı.
Keşiş gəldi. Biz ona məqsədimizi başa salmağa, o, isə bizi anlamağa çalışırdı. Ana dilimizdə danışdığımıza görə avropalı keşiş də, biz də çətinlik çəkirdik. Nəhayət sonda razılaşdıq. Yarım saatdan bir az artıq vaxtımız var idi. Dini ayin zamanı foto çəkə bilməzdik. Rəsmi qaydalara görə bu qadağan idi.
Vaxt itirmədən kilsəni fotokameranın yaddaşına köçürməyə başladıq. Çətin idi. Xatirələrim kilsəni sevməyə imkan verirdi. Oranı toy edən insanların təbəssümü ilə birgə yadda saxlamışdım. Yas mərasimi belə kilsədə qəribə, xoşa gələn təsir bağışlayırdı.
Katolik kimi ancaq alman, italyan və bir az da ingilisləri təsəvvür edirdim. “Məryəm Ana” kilsəsinə gedənəcən bu belə idi. İndi bu sözün altında hər millətə yer var - vyetnamlı, hindistanlı, əfqan... Ən əsası azərbaycanlı... Beləliklə, “Məryəm Ana” kilsəsində maraqlı fotoları təqdim edirik.
Elvin Bayramlı
İlkin Quliyev