Görkəmli folklorşünas alim vəfat etdi

Görkəmli folklorşünas alim vəfat etdi
26 avqust 2013
# 14:04

Görkəmli folklorşünas alim, filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı 84 yaşında dünyasını dəyişib. Bu barədə Kulis.az-a mərhumun yaxınları məlumat verib.

Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular (Pirsultan köyü hissəsində) kəndində anadan olub, 1949-cu ildə Dəstəfur kənd orta inernat məktəbini bitirib. 1954-cü ildə Gəncə Dövlət Universitetinin (Keçmiş Gəncə Dövlət Pedoqoji İnstitutunun) dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra rayon və şəhər qəzetlərində xüsusi müxbir, ədəbi işçi, məsul katib və redaktor vəzifələrində çalışıb. S. X. Paşayev uzun illər «Yeni Daşkəsən», «Mübariz» (Goranboy rayonlararası) və «Yenilik» (Kəlbəcər) qəzetlərinin redaktoru çalışıb.


1960-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib. 1970-ci ilin may ayının 5-də Azərbaycan Respublikası Jurnalistlər İttifaqının Fəxri Fərmanı ilə təltif olunub.
1970-ci il oktyabr ayının 19-dan etibarən Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru kimi əmək fəaliyyətini davam etdirib. O, müntəzəm olaraq televiziyada, radioda, mərkəzi və yerli mətbuatda çıxış edirdi. Azərbaycan Dövlət Televiziyası (Aztv) onun həyatı və fəaliyyəti haqqında «Pirsultanlı» adlı sənədli film çəkib.

Qırxdan artıq kitabın, yüzə yaxın elmi əsərlər toplusunda və jurnallarda, mərkəzi qəzetlərdə çap olunmuş məqalələrin müəllifi olub.



Ozan-aşıq yaradıcılığınının tədqiqi ilə ardıcıl məşğul olub. Respublikanın Əməkdar mədəniyyət işçisi adına layiq görülüb. Türkiyədə nəşr edilən «Dost-dost» və «Milli folklor» jurnallarının Azərabycan təmsilçisi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən «Pirsultan» nəşriyyat-poliqrafayası, «Yurddan səslər» jurnalı, «Xalq ozanı» qəzetinin təsisçisi olub. Yazıçılar və Jurnalistlər birliyinin üzvü olan Sədnik X. Paşayev 8 şeir kitabının da müəllifi idi. Əmək və Müharibə veteranıdır. AMEA folklor institutunun müdafiə şurasının üzvü idi.

Allah rəhmət eləsin!

# 3752 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər