İy verən milyarder

İy verən milyarder
26 avqust 2013
# 07:30

5 oktyabr 2011-ci ildə dünyasını dəyişən “Apple” şirkətinin qurucusu Stiv Cobs haqqında yazılmayan, deyilməyən çox az şey qalıb. Bu günlərdə onun həyatından bəhs edən “Jobs” filminin təqdimatı ilə dünyanın diqqəti yenə ona yönəlib. Əfsanəvi insan Cobsun həyatına bir daha nəzər salmaqda fayda var.

“Apple” qurucusu heç də filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz o “yaxşı” qəhrəman deyil. Bizim üçün hazırladığı telefonlar, kompüterlər belə bu həqiqəti dəyişməyə yetmir. Çünki qarşımızda müvəffəqiyyət üçün hər yola baş vuran bir dahi var.

Dizaynını bəyənmədi, oksigen maskalarını geri qaytartdı

“Apple” məhsullarını digərlərindən fərqləndirən ən vacib şey onların dizaynıdır. Kəmhövsələ, qəribə və zalım olmaqla yanaşı həm də mükəmməlliyə can atan biri idi Cobs. Qüsursuzluğa və gözəl dizayna sevgisi xəstə yatağında belə onu tərk etməmişdi. Xəstəliyinin son mərhələsində, güclə nəfəs almağına rəğmən dizaynını bəyənmədiyi üçün 5 ədəd oksigen maskasını geri qaytartdırmağı dəlilik sayılmazdımı?!

Övladlığa götürülmüş dahi

Stiv Cobs ömrünün böyük bir qismini şəxsiyyət axtarışına sərf edib. Bunun ən böyük səbəbi isə övladlığa götürülməsi idi. Yaxşı bir ailədə böyüməsinə baxmayaraq, xüsusilə gənclik illəri təlatümlü olub. Hindistana səfəri, Zen marağı və hətta narkotik vasitələrdən istifadəsi də bununla bağlıydı.

Bioloji ata-anası universitet dövründə tanış olub. Cobsun anasının ailəsinin etirazından sonra yeni doğulmuş uşağı övladlığa vermək məcburiyyətində qalıblar. Pol Reynhold və Klara Cobs tərəfindən böyüdülən Stiv məktəb illərində yüksək İQ göstəricisi və yaxşı qiymətlərinə görə iki sinif irəliyə keçirilib. Cobs ailəsi bütün gəlirlərini oğullarını oxutmaq üçün xərcləyiblər. Ancaq Stiv altı ay sonra məktəbi ataraq xəttatlıq kursuna yazılıb.

İki Stiv var

Stiv Cobs 16 yaşında başqa bir Stivlə - Voznyakla tanış olub. Aralarında beş yaş fərq olmasına baxmayaraq, çox yaxşı yola gedirlər. İki Stiv Ronald Ueynlə birləşərək “Apple” şirkətinin əsasını qoyurlar. Ueyn bir müddətdən sonra şirkətdəki 10%-lik hissəsini 800 dollara satıb və Stivlərdən ayrılıb. Həmin o 800 dollarlıq hissə hazırda bir neçə milyon dollar dəyərindədir.

“Apple 1” ilə başlayan PC inqilabı Makintoşla davam edib. Ancaq Cobsun “PepsiCo”dan “Ömrünün axırına kimi şirin su satmaq istəyirsən, yoxsa dünyanı dəyişdirmək?” deyib dəvət etdiyi Con Skalli onu yerindən edib və Stiv öz qurduğu şirkətdən qovulub. 11 il sonra şirkətə dəvət edilən Cobs iPod, iPad, iPhone inqilabı ilə həyatımızı dəyişdirib.

iPhone ilhamını İstanbuldan aldı!

Deyilənə görə, Stiv Cobs hələ iPod, iPhone və iPad kimi məhsullar hazırlanmamışdan əvvəl ailəliklə İstanbula gəlib. Burada bütün dünyada gənclərin eyni markalardan geyindikləri, eyni yerlərdə qidalandıqlarının fərqinə varıb və “niyə eyni telefonları, eyni cihazları işlətməsinlər?” deyərək öz texnoloji inqilabına qərar verib.

Stivdən sonra “Apple”

Cobsun ölümündən sonra şirkətə işgüzarlığı ilə seçilən Tim Kuk rəhbərlik etməyə başladı. Sıfırdan qurulan şirkət 14 ildə 110 milyard dollar gəlir əldə etdi. Bu gəlirin əldə edilməsində böyük rol oynayan Kuk daha ürəyiyumşaq rəhbər kimi fərqlənir. O, tez-tez maaş artımı və mükafatlarla işçiləri sevindirir, üstəlik Çində fəaliyyət göstərən fabriklərdəki iş rejimini yüngülləşdirir. Cobsdan sonra məhsul satışları aşağı düşməsə də, innovativ baxımdan böyük itki verdiyi göz qabağındadır.

Stiv Cobsun həyatından bəzi maraqlı faktlar:

- Universiteti atandan sonra video oyunlar istehsalı ilə məşhur olan “Atari” şirkətində işləyib. İşçilər Cobsdan “iy gəlməsi” ilə bağlı şikayət edib və Stiv gecə növbəsinə keçirilib.

- Meyvə pəhrizi saxlayan Cobs Voznyakın “Matrix”, “Executek” kimi ad təkliflərini rədd edib və şirkətin adını “alma” qoyub.

- “Apple” üçün hazırlanan ilk loqo bütöv bir alma olub. Amma şəkildə alma gilasa bənzədiyi üçün dişlək də əlavə edilib.

-1984-cü ildə müxbir məhsulla bağlı Cobsdan marketinq araşdırması aparılıb-aparılmadığını soruşub. O da cavabında: “Qraham Bell telefonu kəşf edəndə marketinq araşdırması aparmışdı ki?” deyib.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #