“Arxipelaq QULAQ” Quantanamoda qadağan olundu

“Arxipelaq QULAQ” Quantanamoda qadağan olundu
23 avqust 2013
# 13:30

Amerika Birləşmiş Ştatlarının Quantanamodakı həbsxanasının rəhbərliyi məhbus Şaker Aamerə Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” kitabının çatdırılmasına icazə verməyib. Kulis.Az-ın məlumatına görə bu haqda məlumatı ABŞ hökuməti tərəfindən terrorçuluqda şübhəli bilinən britaniyalı Şaker Aamerə hüquqi dəstək verən “Reprieve” hüquq-mühafizə təşkilatının saytı yayıb.

Mühafizəçilərin bildirdiyinə görə hüquqşünaslar “Arxipelaq QULAQ” kitabını 11 ildir Quantanamoda saxlanılan Ş. Aamerə sonuncu səfərləri vaxtında çatdırsalar da sonra bəlli olub ki, kitab məhbusa çatmayıb. “Reprieve” təşkilatının saytında müasir amerikalı yazıçısı Con Qrişemin kitablarının da Quantanamoda qadağan olunduğu yazılıb.

“Arxipelaq QULAQ” rus yazıçı Aleksandr Soljenitsının Sovet İttifaqında 1918 - 1956-cı illərdə repressiyadan bəhs edən ən məşhur kitabıdır. Müəllif 60-cı illərdə epopeyanın üzərində işini bitirəndən sonra, 1970-ci ildə Nobel mükafatı alıb. Ş. Aamerini müdafiə edən təşkilat bu qadağa ilə ABŞ-ın SSRİ-də qadağan olunan kitabları qadağa etdiyini və bununla da Amerika cəmiyyətinin ənənələrini pozduğunu qeyd edib.

Kuba ərazisində yerləşən və ABŞ tərəfindən terrorda ittiham olunan insanları təcrid etmək üçün istifadə edilən Quantanamo həbsxanasında cəza çəkən məhbusların kitab sevgisi hər zaman cəmiyyətin marağına səbəb olub. Quantanamoda ən populyar kitabın Harri Potter haqqında kitabların olduğu deyilsə də, 2013-cü ildə bəlli olub ki, məhbuslarda böyük maraq doğuran kitab britaniyalı yazıçı E. L. Ceymsin erotik romanı “Bozun 50 çaları” kitabıdır.

# 4180 dəfə oxunub

Oxşar xəbərlər

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər