Əbülfəz Elçibəyin HƏYAT QAYDALARI

Əbülfəz Elçibəyin HƏYAT QAYDALARI
22 avqust 2014
# 11:13

Bu gün Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 14 il ötür. Kulis.Az onun müsahibələrindən, çıxışlarından, məqalələrindən seçdiyi maraqlı sitatları təqdim edir.

Təvazökarlığın nə olduğunu bilmirəm. Bir о qədər də təvazökar adam deyiləm. Bir çoxları buna əfəllik, bəziləri isə sadəlik deyirlər. Ruslar deyirlər ki, sadəlik oğurluqdan da pisdir. Azərbaycanlılar isə deyirlər ki, sadəlik zinətdir. Bir-birinə zidd, mürəkkəb məsələdir.

Özüm oynaya bilməsəm də, futbolu çox sevirəm. Xüsusilə dünya çempionatlarına baxmaq mənim üçün azardır. Gərək hamısına baxam. Qanqster və kovboylardan bəhs edən filmlərdən çox atlar və at yarışlarından söhbət açan filmlərə baxmağı xoşlayıram

Adətən, səhərlər fəaliyyətim zəif olur. Axşamlar isə əksinə, güclənir. Ancaq gündüz saat 11-dən sonra fəaliyyətim artır. Saat 3-dən, ya 4-dən sonra daha çox fəallaşıram. Gecəsaat 3-ə, bəzənsə 5-ə, 6-ya kimi otururam. Görünür, axşamçağına enerjim artır. Bəzi adamlar isə axşamçağı çox pis olurlar. Yaxşı tanıdığım yaradıcı ziyalılar var ki, gün batanda özlərini pis hiss edirlər. Görünür, bu da insan təbiəti ilə bağlıdır.

Bəzən elə olur ki, qərarları qəbul edəndə daha çox gecə fikirləşirəm, gündüz saat 9-da isə qəbul edə bilərəm. Bu çox böyük problemdir. Qərarı qəbul etmək vaxtı beş gün, bir ay, aylarla çəkir. İcra etdiyin vaxt artıq mexanizmdir.

Elə hadisə olur ki, prezident onu gizlədir, yalan danışır; faydasına görə... Оnа görə məcbursan deyəsən ki, xəbərim yoxdur. Nəsə... Belə deyək də, fağır bir prezident tapmışdınız, sağdan da döşəyirdiniz, soldan da; kef eləyirdiniz e... Mən də sevinirdim ki, azad və demokratik dövlət yaranır...

Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Ваyatlı Önərin şerlərini xoşlayıram. Bundan başqa, son vaxtlar çox xoşladığım «Sakarya türküsü» var. “Sakarya türküsü”nü Fazil Qısakürək yazıb. Kənddə çox ağır, gərgin vaxtlarımda oturub «Sakarya türküsü»nü oxuyurdum, уа da lent yazısına qulaq asırdım. Onda һәm də ruhi bir dinclik var. Bu, Sakarya çayına müraciətdir:

İnsan bu, su misali
Kıvrım, kıvrım akar ya.
Bir yanda akan ben, öbür yanda Sakarya,
Su akar yokuşlardan hep basamak, basamak,
Benimse alınyazım yokuşlarda susamak...

Bu şeirdən ləzzət alaram...

Kim deyirsə ki, siyasətçi romantik ola və poeziyanı sevə bilməz, o yanılır. Çünki peşəkar siyasətçi də insandır. O bütün siyasi oyunlar və gedişlərlə yanaşı, yazılmamış insanlıq qanunlarını da bilməlidir. Əks halda, o cəmiyyət uğur qazanmayacaq.

Mən inanıram və fikirləşirəm ki, Azərbaycanda yaxşı bir mühit olacaq. Azərbaycan xalqı öz taleyini mərd-mərdanə, öz əxlaqına, ləyaqətinə uyğun yaradıb idarə edəcək. Və о ləyaqətdən, mərdi-mərdanəlikdən kim qazandı, o, xoşbəxt adamdır. Yoxsa, əyriylə, filanla yox. Mənim içimdə bir sıra ruhi məsələlər var. Bu belə çıxmasın ki, mən də ruhlarla məşğul oluram, yox. Мәn Məhəmməd Peyğəmbərin məntiqini güclü qəbul edirəm, inanıram. Qurandakı böyük məntiqə inanıram. Orada bir cümlə var, Peyğəmbərə deyirlər: «Səndən ruh haqqında soruşacaqlar; sən de ki, Allahım bu haqda mənə az şey öyrədib»...

Mən bir türk övladıyam. Öz taleyimi həmişə millətin taleyi ilə qovuşdurmağa çalışmışam.

Mən Azərbaycanda açıq və demokratik cəmiyyət arzusundayam. Bu yolda Tanrı bizə yar olsun.

Azadlıq uğrunda mübarizə aparan adamlar ideologiyasından asılı olmayaraq, bir-birinə yaxın adamlardır.

Gəncliyimdə sevdiyim qadın adları Cəfər Cabbarlının obrazlarına qoyduğu adlar idi: Sevinc, Sevil, Gülər. Bunlar əsl türk adları olduğuna görə, düşünürdük ki, gələcəkdə övladlarımıza bu adları qoyarıq.

Mənim haqqımda düşünürlər ki, bu romantik siyasətçidir. Mənim təbiətim belədir.

Orta məktəbdə mahnı oxuyurdum. Universitetdə oxuyanda hətta xora da yazmışdılar məni. Sonra gördüm mənlik deyil.

Mən kompliment deməyi xoşlamıram.

Dünyada elə şeylər var ki, onların vahid tərifi yoxdur. Məsələn, insan haqda minlərlə kitab yazılır, film çəkilir, ancaq tərifini vermək olmur. Millət anlayışı da belədir. Amma millət bir mədəniyyət daşıyıcısıdır. Ərazi bütövlüyü önəmli deyil.

Mənim bəxtim onda gətirib ki, yaxşı müəllimlərim olub. Ömrüm boyu müəllimlərindən razı olmuşam.

Azərbaycanda xüsusən kənd uşaqlarının yetişməsində məktəblərdən daha çox böyük rolu kənd və kəndin ağsaqqalları oynayıb.

Atam müharibədə ölüb. Zorla yadıma gəlir. Amma söhbətlər əsnasında eşitmişəm ki, o çoxlu dastanlar bilirmiş. Hətta bəzi şeyləri “Dədə Qorqud”dan söyləyirmiş. Çoban olub.

Anam deyirdi ki, bu şeylərdən əl çək, səni tutacaqlar. Ancaq mən onun sözünə baxmamışam. O vaxt həbs olunanda yanıma gəlmişdi, dedim bir də gəlmə. Məhkəməmdə bir xahişnamə yazmışdı, mən isə tələb etdim ki, qəbul olunmasın və işimə tikilməsin.

Böyüyəndə həkim olmaq istəyirdim. Anam məni dərman otları yığmağa göndərəndə bu fikrə gəlmişdim.

Biz öz səhvlərimizi və nöqsanlarımızı mütləq axtarıb tapmalı və xalqa bildirməliyik. Quranda deyilir ki, yalan danışan Allahın düşmənidir. Elə səhvlər var ki, onları demək lazımdır, elə səhvlər var ki, onların üstündən keçmək lazımdır. Biz heç vaxt millətə yalan satmayacağıq ki, sonralar bu yalanlar millətə bədbəxtlik gətirməsin..

# 8088 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #