news-inner
clock10:55 calendar-gray 16 Avqust 2013 view-gray4613 dəfə oxunub
view-gray4613 dəfə oxunub

Xəyanətkar qadına dünyanın ən orijinal cəzası VİDEO FOTOLENT

Tailandın Mey Xonq Son kəndi turistlərin ən çox sevdiyi məkandır. Bu kənd təkcə özünün əllə işlənmiş parçalarıyla deyil, qadınlarıyla də məşhurdur.

Mey Xonq Son kəndinin əhalisinin əksəriyyətini Karen tayfası təşkil edir. Bu tayfaya “uzunboyun qadınlar” tayfası da deyirlər. Karen tayfası Birma indiki Myanma ərazisində baş verən saysız-hesabsız müharibə və xaosdan sonra köç edərək Tailand ərazisində məskunlaşıblar. Tailand hökumətinin icazəsi ilə ölkənin şimalında onlara yaşayış məskəni ayrılıb. Hal-hazırda Karen tayfasının hesabına ölkənin şimalı turistlərin ən çox üz tutduğu əraziyə çevrilib.

Bəs Karen tayfasına bu qədər diqqət haradan qaynaqlanır? Əlbəttə onların qadınları, uzunboyun qadınları diqqət mərkəzindədirlər. Dünyanın hər tərəfindən turistlər uzunboğazqadınlara görə Mey Xonq Son kəndinə axın edir.

Ağlınıza pis şeylər gəlməsin. Karen tayfasının qadınları öz uzun boyunları ilə seçilir. Dünyanın heç bir yerində qadınların boynuonların boynu qədər uzun deyil. Səbəb olduqca maraqlıdır.

Karen tayfasına mənsub qızlar 5 yaşına çatan zaman onların boynuna mis və yaxud da latun həlqələr salınır. Tayfa qadınlarının yaşı artdıqca onların boyunlarına taxılan mis həlqələrin sayı da artır. Bu həlqələr ömür boyu onların boynunda qalır. Həlqələrin çəkisi təxminən 5-6 kiloqrama bərabər olur.

Bu həlqələrə görə qadınların boynunun uzunluğu digər qadınların boynundanxeyli uzun olur.

Karen tayfasında bu adət yalnız qadınlara aiddir. Etnoqraflar məlum adət haqqında üç fərziyyə irəli sürür.

Birinci fərziyyədə həlqələrin qadınları pələng və başqa vəhşi heyvanlardan qorumaq üçün taxıldığı deyilir. Tayfanın kişiləri ova gedərkən qadınlar mühafizəsiz qaldıqları üçün onlar hər an vəhşi heyvanların hücumuna məruz qala bilərdilər. Buna görə də tayfa başçıları bu cür çıxış yolu tapıblar. Qurbanını boğmaq istəyən vəhşi heyvan qadınlara hücum edən zaman vurduğu yaralar ölümcül olmurdu.

İkinci fərziyyəyə görə tez-tez başqa tayfaların hücumlarına məruz qalan karenlilər qadınlarını qəsdən bu hala salırlarmış ki, düşmənlər onları eybəcər bilib əsir almasınlar.

Həlqə nə qədər çox olarsa qadının boynuu bir o qədər uzun olar, bu isə onun ərə getmək şansını daha da artırır. Üçüncü fərziyyədə belə deyilir. Karenli kişilər qadın boynunun uzunluğunu gözəllik kriteriyalarında əsas götürdükləri üçün ən gözəl qadın ən uzun boyunqadın, bir növ ən çox həlqə taxanqadın hesab olunur.

Mis həlqələr Karen qadınlarının təkcə sevimli bəzək əşyası, gözəllik simvolu deyil, həm də lənətləri, ölüm səbəbləridir. Karen tayfasında başqa bir qayda da mövcuddur. Qadın ərinə xəyanət etdikdə cəza olaraq onun boynundan həlqələr çıxarılır. Bunun nəticəsində metal həlqələrin təsirindən deformasiyaya uğrayıb xeyli uzanmış, hərəkətsizlikdən zəifləmiş boyun əzələləri yumşaq və zəif olur. Belə qadınlar artıq dayaq olmadan başlarını boyunlarının üstündə saxlaya bilmirlər. Həyatlarının sonuna kimi yataqda uzanıb yatmağa məhkum olurlar.

Yəqin elə buna görə uzunboyunlar tayfasında boşanma və xəyanətlərin sayı xeyli aşağıdır.

Karen qadınları mis həlqələrdən təkcə boyunlarını deyil, əllərini və ayaqlarını da bəzəməyi sevirlər.

Karen qadınlarının qulaqlarına ağır mis sırğalar taxmaq adətləri də var.

Bəlkə də Karen tayfasının bu adəti olduqca arxaik və bəzi hallarda ikrah yaradır, müasir həyatımıza uyuşmayan bir hal təsiri bağışlayır. Ancaq reallıq ondan ibarətdir ki, bu adətlərinə görə Karen tayfası Tailandın şimalına bir xeyli turist cəlb edə bilib və onlar turistlərin hesabına yaxşı dolanırlar.

Oxşar xəbərlər

Xəbər lenti

Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020
Məşhur aktyor xərçəngə tutulub
15:51 20 Oktyabr 2020
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı, bir şeirlə tarixdə qaldı – Maraqlı faktlar
15:08 20 Oktyabr 2020
Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
14:25 20 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:42 20 Oktyabr 2020
Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq – Elçin yazır…
11:01 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020