Sosial şəbəkələrdəki “sürü psixologiyası”

Sosial şəbəkələrdəki “sürü psixologiyası”
15 avqust 2013
# 07:00

Hər kəs istəyir ki, internetdə paylaşdığı material çox adam tərəfindən bəyənilsin və oxunsun. İstər sosial şəbəkələrdə olsun, istər xəbər saytlarında olsun – rəqabət günü gündən artır. Hamı birinci olmaq istəyir. Hamı daha çox şərhin ona yazılmağını, daha çox “like”-ın ona gəlməsini istəyir.

Bunun üçün də hər kəs ən yaxşısına, ən maraqlısına can atır… Ancaq araşdırmalar göstərir ki, materialın məzmununun pis, yaxud yaxşı olmasından asılı olmayaraq, “like” yığmaq “like”ların daha da artmasına gətirib çıxarır. Cümlə bir az baş-ayaq oldu deyəsən. Qısa şəkildə belə deyək: “like”, “like” gətirir.

“Sürü psixologiyası” burda müəyyən qədər rol oynayır. Sürünün qabağında gedən istiqamətini hansı tərəfə dəyişsə, digərləri də o yönə doğru gedəcəklər. Bəzən niyə və hara getdiklərini bilmədən… Keçək araşdırmaya.

Elm adamları sosial şəbəkələrdəki paylaşımların bəyənilməsinin materialın pis, yaxud yaxşı olmasından asılı olmayaraq, daha çox bəyənilməyə gətirib çıxardığını açıqlayıb. Yəni sosial şəbəkələrdə, xəbər saytlarında yerləşdirilən xəbər, məqalə və digər materialları insanlar digər dostlarının bəyənməsinə görə şüuraltı olaraq bəyənməyə meyillidirlər. Başqa dildə desək, dostum bəyənibsə, deməli yaxşıdır, qoy mən də bəyənim...

Massaçusetts Texnologiyalar İnstitutu, Hebryu Universiteti və Nyu-York Universiteti tərəfindən ortaq olaraq həyata keçirilən araşdırma “sürü psixologiyası”nın sosial mediada da keçərli olduğunu göstərir. İnternetdə nə qədər çox adam bir materialı, məhsulu, paylaşımı bəyənirsə, bu digər adamları da həmin paylaşımı şəxsən qiymətləndirmədən bəyənməyə sövq edirmiş.

“Bir şey yaxşı olduğuna görə populyardır, yoxsa populyar olduğu üçün populyardır?” – sualına cavab tapmaq üçün internetdəki oxucuların şərhlərini araşdırmağa qərar veriblər. Adı açıqlanmayan bir saytda araşdırmalar aparılıb. Saytda xəbərlərə yazılan bütün şərhlər bir-bir incələnib. Və qəribə bir nəticəyə gəlib çıxıblar. Sən demə, xəbərə gələn ilk şərh müsbətdirsə, digər oxucular da birinci şərh yazan adamın təsiri ilə xəbərə müsbət reaksiya verirlərmiş.

İlk şərh müsbətdirsə, digər istifadəçilərin də o xəbəri bəyənmə ehtimalının 32 faiz olduğunu müəyyən edən tədqiqatçılar, bunun mənfi şərhlərdə də eyni formada işlədiyini bildirirlər.

Tədqiqatçı qrup xəbəri neytral dəyərləndirərkən, sadəcə müsbət şərhin təsiri altında paylaşımı bəyənən adam sayının bu qrupdan 25 faiz çox olduğu müəyyənləşib.

Yəni bir nəfərin fikri, münasibəti onlarla insana təsir edə bilir. Bu real həyatda da belədir.

# 4578 dəfə oxunub

Oxşar xəbərlər

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

10:00 18 iyul 2026
Düyü tarlalarından qlobal üsyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal üsyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Ədalətli Daniel - Henrix Böllün hekayəsi

Ədalətli Daniel - Henrix Böllün hekayəsi

15:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər