“Filmini Oskar komitəsinə verən adam fahişədir”

“Filmini Oskar komitəsinə verən adam fahişədir”
7 avqust 2013
# 07:15

Sevda SULTANOVA

Aki Kaurismaki müasir fin kinematoqrafiyasının əhəmiyyətli rejissorlarından biridir. O, art house filmləri çəkir, tamamilə fərqli- solğun, kədərli Finlandiyanı göstərir. Personajları isə uğursuzlar, marjinallar, tənha adamlardır. Rejissor olanadək qabyuyan və poçtalyon işləyib. 2003-cü ildə “Keçmişi olmayan adam” dramı “ən yaxşı xarici film” nominasiyasında Oskara nominant olub. Amma rejissor Amerikanın İraqa müharibə etməsinə protest olaraq Los-Ancelese getməyib.

Bu film eyni zamanda Kannda Qran Pri alıb.

Onu fin kinosunun siması adlandıran jurnalistin sualına Kaurismaki belə cavab verib: “Dəhşət, çox çirkin simadı! İstərdim ki, fin kinosunun daha xoş siması olsun”.

“Havr”, “Kibrit fabrikində işləyən qız”, “Ariel”, “Yuha”, “Şəhərətrafı işıqlar” və s. filmlərin müəllifi olan rejissorun maraqlı fikirlərini təqdim edirik.

Öz xalqını idarə edə bilməyən dövlətlər kosmosa can atırlar. Amerika, Rusiya, Çin və Hindistan düşünür ki, kosmosla öz xalqlarının hörmətini qazanacaqlar. Əminəm ki, vətəndaşlar bu kosmonavtlar haqda belə düşünür: Cəhənnəmə uçun!

Mən azad deyiləm. Birincisi, hər bir adam öz mədəni ənənələrinin əsiridir. İkincisi isə mənə işgəncə versələr, dərhal təslim olardım.

Həyatın mənası odur ki, sən insana və təbiətə sayğı duyan özünün əxlaqi prinsiplərini işləyirsən, sonra isə ona əməl edirsən.

Bir neçə dəfə kompromissə getməli olmuşam, və mən buna nifrət edirəm. Filmini Oskar komitəsinə verən adam fahişədir. Və mənə qətiyyən bu fakt haqq qazandırmır ki, Oskarın təqdimatı zamanı Finlnadiyada balıq tuturdum.

Spirt cəmiyyətlə insan arasında vasitədir. Mən özüm 35 ildir ki, içirəm. İndi isə müvəqqəti nəfəs dərirəm. Bu, mənim nəzarət sistemimdir.

Hollivud quyruğu tərpənən ölü ilandır. O, 1961-ci ildə Nikolas Rey “Kralların kralı” filmini çəkəndə öldü. Bu, sifarişlə çəkilmiş dəbdəbəli nəcis idi. Rey Bunuelə şikayət edəndə o, soruşmuşdu: “Onda niyə sən bununla məşğulsan?” Eyni zamanda Bunuel öz evi ilə üzbəüz yerdə film çəkirdi və hər gün evinə nahara gedirdi. Demək istəyirəm ki, heç kəs özün qarşı getməməlidir. Niyə mən Hollivuda getməli və hansısa idiotların köləsi olmalıyam. Axı, Hollivuddan kimsə əvvəlki həyatına qayıtmayıb.

İtlər ciddi söhbətə layiq yeganə canlıdırlar. Bəzən parkla gedirsən və qadınların öz şpisləri (dikqulaqlı it cinsi) ilə necə danışdığını görürsən, sanki onlar qadınların itirdiyi ərləridir. Bu qadınlar dəli deyillər. Sadəcə onlar seviblər.

Mənim indiki ambisiyalarımın sərhədi, meşədə gözəl ağ göbələk tapmaqdır.

Bizim çəkib çıxartdığmız təbii ehtiyatlar tükənir. Düşünürəm ki, tezliklə insan ən ləyaqətli addımını atacaq: yer üzünü məhv etdiyi üçün özünü öldürəcək. Nikbin olmaq istərdim, amma tempə görə son artıq 2020-2040-cı illərdə gələcək.

Bizə həmişə elə gəlir ki, gözəl olan nəsə hardasa çox uzaqlardadır. Terri Gilliam, Mel Bruks, rus yazıçıları İlf və Petrov üçün gözəl nəsə Braziliyadır. Mənim üçün isə Portuqaliyadır. Finlandiyaya ən uzaq Avropa ölkəsi. Məhz hansısa uzaqlıqda xoşbəxtliyin olmasını təsəvvür etmək necə də asandır. Amma əlbəttə, hamımız bilirik ki, uzaqlarda heç nə yoxdur.

Mən çox film izləyirəm, amma onların hamısı 1962-ci ilədək çəkilənlərdir. Dostum Cim Carmuş istisnadır. O, yeganə müasir rejissordur ki, filmlərinə böyük ekrandan baxıram. Carmuşun filmlərinə televizorda baxmaq onun sənətini təhqir etməkdir.


Azadlğın üç növü var: siyasətin verdiyi azadlıq, pulun verdiyi azadlıq, ruh azadlğı. Mənim azadlğım dördüncü növdür: sərsəri itin azadlığı.

Fin tamaşaçıları filmlərimdən heç nə anlamırlar. Filmlərimi yaşlı xanımlar anlayır. Publikam da elə onlardır. Onlardan başqa filmlərimə bir neçə tələbə də baxır.

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #