news-inner
clock12:27 calendar-gray 02 Avqust 2013 view-gray2790 dəfə oxunub
view-gray2790 dəfə oxunub

Tolstoyun nəvələri “Azərbaycan” eşidəndə niyə sevindilər? REPORTAJ

1910-cu il, oktyabr ayının 28-i. O, gecə gizlicə Yasnaya Polyananı tərk etdi. Son illər əməlli depressiyada idi. Getmək, getmək, ona rahatlıq və azadlıq verməyən böyük rus çöllərini belə tərk edib getmək istəyirdi. Amma sən demə əcəl onu Yasnaya Polyanadan çıxandan izləyirdi. Və onu, böyük Tolstoyu Lipetsk quberniyasının kiçik Astapovsk stansiyasında-dəhşətə bax, indi Tolstoyun adınadır-tapdı. Dəmiryolu stansiyasının rəisi Ozolinin dar mənzilində sərasər bir həftə ölümlə çarpışan Lev Tolstoy canını elə oradaca tapşırdı. 82 yaşında…

Amma hələ 15 il əvvəl vəsiyyət eləmişdi: «Məni dini mərasimlə dəfn etməyin. Mümkün olmasa, onda məni istədiyiniz kimi olduqca sadə şəkildə dəfn edin".

***

Zaman 21 iyul, 2013-cü il. Moskvada yaşayan dostumuz Teymur Hüseynlidən esemes alıram: «Bəy, ziyarətə gedirəm». Əvvəl anlamadım. Bir qədər keçmiş Teymur bu dəfə zəng edib özü məni nigarançılıqdan qurtardı.

- Tulaya getmişdim. Bir yaxın qohumumun işi ilə əlaqədar. Fikirləşdim ki, bura gələsən, Yasnaya Polyanaya getməyəsən, günah olar.

Moskvadan Tulaya 170 km yoldur. Tuladan Yasnaya Polyanaya 20 kilometr. Teymur deyir ki, yay olmasına baxmayaraq hava yağışlı və çiskinli idi. Amma üzü Yasnaya Polyanaya, knyaz Volkoskinin malikanəsinə doğru axışanların ardı arası kəsilmirdi.

“Yolboyu bir neçə dəfə maşını saxlayıb ünvanı soruşmaq məcburiyyətində qaldıq. Nəhayət çatdıq. YasnayaPolyana əslində bir qoruqdur. Qoruğun girişində məni polis qarşıladı. Bazar günü olduğundan qoruğa girişin yasaq olduğunu bildirdi. Mən yalan danışmağa məcbur idim. Azərbaycandan gəldiyimi, Tolstoyun qəbrini ziyarət etmək istədiyimi bildirdim. Hələ bir yalan da uydurdum ki, təyyarəyə biletim var, axşam Bakıya uçmalıyam. İsrarımı görüb razılaşdı...”.

Teymur deyir ki, Yasnaya Polyana təxminən 15-20 hektarlıq bir ərazidir. Olduqca mənzərəli bir yerdir; meyvə və saysız-hesabsız palıd ağacları, gölməçələr, Tolstoyun dayısı Volkonskinin malikanəsi, ondan başqa bir neçə başqa tikili.

“Tolstoyun məzarına aparan yolun uzunluğu isə təxminən 1 kilometr olar. Ensiz bir yoldur, ancaq piyada getmək mümkündür. Məzarın üstündə nə hansısa nişan var, nə də qəbirüstü abidə.

Dahi yazıçı özünün şəxsən əkdiyi iki palıd ağacının altında dəfn olunub. Bir saat orda oldum. Məzarın başında. Bir yüngüllük gəldi mənə. Elə bil uzun müddətli istirahətdən qayıtmışdım. Bəlkə də Moskvanın zəhərli havasından sonra oksigen bolluğuna düşmüşdüm, ya da ki ətrafdakı əsrarəngiz mənzərənin təsiri idi.

Bəlkə də nə bilmək olar ziyarətim qəbul olunmuşudu. Hər şey möhtəşəm idi. Yaxınlıqdakı yaşı 200-ə çatan malikanə də, təbiət də, dahi Tolstoyun qoşa palıd altındakı sadə məzarı da”.

…Teymur deyir ki, məzarı ziyarətdən malikanəyə tərəf geri qayıdanda ona iki gənc yaxınlaşdı. Sən demə, Lev Tolstoyun kötükcələri sayılırmışlar.

“Onlarla söhbət zamanı məlum oldu ki, dahi yazıçının törəmələri təkcə Rusiyada, Avropada, Amerikada yox, hətta Uruqvayda belə yaşayırlar. Mənə dedilər ki, hər il Tolstoyun ad günündə Yasnaya Polyanaya onun 300-ə yaxın qohumu yığışır. Və sən demə təkcə Rusiyadan da yox. Dünyanın hər tərəfindən. «Azərbaycanda necə qohumlarınız varmı?» sualına «yox» dedilər. Amma sən demə başqa məqamlardan məlumatlıymışlar. Bildirdilər ki, Bakıda və Azərbaycanın bəzi iri şəhərlərində Lev Tolstoy küçəsi var.

Onlar buna görə sevinclərini də gizlətmədilər. Biz ayrılanda onlara dedim ki, Yasnaya Polyana ilə bağlı tanış saytlardan birində, - Kulis.az -ın adını çəkdim-mənim çəkdiyim fotolar əsasında fotoreportaj da hazırlanacaq. Buna da çox sevindilər. «Tolstoyu hələ də Azərbaycanda oxuyurlarsa, bu qürürvericidir, sizin xalqın böyüklüyündən xəbər verir» dedilər. Dönə-dönə onu da dedilər ki, hər ilin sentyabrında burda Tolstoy günləri keçirilir, mütləq gəlin».

…Teymur deyir, mütləq gedəcəm!!!

Oxşar xəbərlər

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021