news-inner
clock18:32 calendar-gray 26 İyul 2013 view-gray1408 dəfə oxunub
view-gray1408 dəfə oxunub

Qəşəm Nəcəfzadə prezidentə müraciət etdi

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avropada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakşısı Qəşəm Nəcəfzadə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət edib. Bir nüsxəsi də Kulis.az -a göndərilən müraciəti təqdim edirik.

Cənab prezident!

Sizin ölkədə apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz bütün sahələrdə öz töhfəsini verməkdədir və sevindirici haldır ki, gələcəkdə qazanacağımız qələbələrin də təməli bu gün Sizin iradənizlə qoyulur.

Sizin hər bir sahəyə, xüsusən idmançılara və jurnalistlərə göstərdiyiniz qayğı xalqımızın ürəyincədir, ziyalılar Sizi alqışlayır və bunun nəticəsidir ki, beynəlxalq arenada idmançılarımız böyük uğurlar qazanırlar.

Ədəbiyyatımızda və ictimai düşüncəmizdə Heydər Əliyev və Rəsul Rza, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Anar, Fikrət Qoca dostluqları, münasibətləri olub və bu da ədəbiyyatımıza, ictimai fikrimizin inkişafına böyük töhfələr verib.


Bu gün Sizin də yaşıdlarınız olan yazıçılarla əlaqələrinizin daha da güclənməsini azulayırıq. Azərbaycan ədəbiyyatı Nizami Gəncəvidən tutmuş bu günə kimi daim dövlətimizin yanında olub, bu gündə dövlətimizin və dövlətimizin rəhbərinin yanındadır. Sizin hər bir qərarınızı, hər bir siyasi addımınızı yazıçılar həmişə dəstəkləyir.

Cənab prezident!

Yazıçılarımızın əsərləri təkcə ölkə daxilində deyil, idmanımız kimi o da sərhədlərimizi aşaraq düşüncələrdə Azərbaycan bayrağını qaldırır və ölkəmizdəki söz azadlığını, sülh və demokratiyanı, işğal olunmuş torpaqlarımızın taleyini, xalqımızın ümümbəşəri duyğularını, bir sözlə, bütöv, azad, müstəqil Azərbaycan sevgisini dünya oxucularına aşılayır, ölkəmizi sivil, demokratik bir dövlət kimi dünyaya tanıdır.

Bizim güclü iqtisadiyyatımız və sülhə, azadlığa, əmin-amanlığa xidmət edən milli ordumuz vardır. Biz bunu alqışlayırıq. Ordumuzla birgə bütün qələbələrin əldə olunmasında ədəbiyyat və mədəniyyət də iştirak edir. Bu ədəbiyyatın ordu kimi inkişafı da dövlətimizdən və şəxsən Sizdən daha çox asılıdır.

Biz yazıçılar ayrı- ayrı adamlardan kömək istəyəndə utana bilərik, amma dövlətimizdən və Sizdən kömək istəyəndə nəinki utanır, əksinə, qürur hissi duyuruq. Çünki bilirik ki, bizim ədəbiyyatımız sahibsiz deyil, onun dövləti var və Sizin kimi ədəbiyyata, sözə, sənətə qiymət verən prezidentimiz var.

Sizin bu günlərdə jurnalistlərin mənzil məsələsinin həll olunmasında atdığınız möhtəşəm addım biz yazıçıları çox sevindirdi və ürəyimizdə bir arzu, bir istək doğdu ki, artıq Sizin qayğınızla yazıçılar üçün də bir yaşayış binasının təməli qoyula bilər. Ürəyimizdə bu hissi doğuran Sizin və Ulu Öndərimizin apardığı siyasət, ölkə ziyalılarına diqqət və ədəbiyyata olan böyük sevginiz oldu.

Biz yazıçıların sosial şəraiti çox ağırdı. Çoxumuz kirayədə yaşayırıq. Kirayə evlərdə oğul evləndirib qız köçürmək çox ağırdır. Gənclərimiz ev ucbatından ailə qura bilmirlər. Sosial şəraitsizlikdən yazıçılarımızın əksəriyyəti qələmdən ayırlmaq zorunda qalırlar.

Cənab prezident!


Bu məktubu sizə böyük inam hissi və məhəbbətlə yazırıq. Bizim üçün də bir yaşayış binasının tikilməsinə qərar verməyinizi Sizdən xahiş edirik.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Modern.az-a açıqlamasında bildirib ki,AYB-yə bir müddət öncə ayrılan 9 mənzil 36 nəfər arasında bölünüb. Amma yazıçı və şairlərin mənzil problemi hələ də qalmaqdadır:“Hər mənzil 4 nəfər arasında bölünüb. Yazıçılar bununla barışmağa məcburdurlar. Amma AYB-dən Prezidentə müraciət olub və müraciətdən sonra Bakı Şəhər İcra Hakimiyyətiquruma torpaq sahəsi ayırıb. Həmin sahə Yeni Günəşli qəsəbəsində idi. Sadəcə çox geniş olduğu üçün ondan imtina etməli olduq. Çünki ona 50 min manat rüsumödəməyə gücümüz çatmadı”.

Ə.Əsgəroğlunun sözlərinə AYB-yə ikinci dəfə torpaq sahəsi ayrılıb. Amma bu hələ rəsmiləşməyib. AYB sözçüsü onlara ikinci dəfə verilən torpaq sahəsi ilə bağlı BakıŞəhər İcra Hakimiyyətinin (BŞİH)AYB sədri Anara ünvanladığı məktubu nəzərə çatdırdı. Məktubda deyilir ki, “BŞİH-in 21 iyul 2009-cu il tarixli 282 saylı sərəncamı ilə Xətai rayonunda (General Şıxlınski küçəsindəki 2942 V saylı məhəllədə) Baş Prokurorluq, Mərkəzi Seçki Komissiyası və Yazıçılar Birliyinə 3 girişli yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair birgə istifadəsi üçün torpaq sahəsi ayrılıb. Layihələndirmə prosesində yaşayış binasının mühəndis qurğularının texniki işləmləri ilə bağlı əlaqədar təşkilatlarla birlikdə rəylər alınmalı və tikinti işləri həyata keçirilməlidir”.

AYB sözçüsü qeyd edib ki, nəzərdə tutulan həmin bina kooperativ tipli olacağından qurumun buna da gücü çatmır:“Rüsumpulu burda da problemdir. Amma bu torpaqdan imtina etməmişik. Orda 80-100 mənzilli bina tikməkdən ötrü yer var və o yer AYB üçün ayrılıb. Sadəcə olaraq biz o yeri adımıza rəsmiləşdirməkdən ötrü rüsumpulu vermək imkanına malik deyilik. O binanın inşası üçün də müəyyən maliyyə vəsaiti lazımdır. Ona görə də AYB jurnalistlərin köməyilə məsələni qabartmaq istəyir. Yenə də möhtərəm Prezidentə üzümüzü tutur və ondan kömək gözləyirik”.

news-inner-user

16822 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020