Xoşbəxtliyin 8 sadə formulu!

Xoşbəxtliyin 8 sadə formulu!
26 iyul 2013
# 07:30

Fərqli millətlərdən olan alimlərin apardığı 13 araşdırma nəticəsində xoşbəxtliyin 8 sadə formulu tapılıb. "Psychological Bulletin" jurnalında çap olunan araşdırmada tədqiqatçılar “xoşbəxtliyin resepti”ini yazıblar. Kulis.Az xoşbəxtliyin 8 sadə formulunu təqdim edir.

Gecə 6 saatdan çox yatın

Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.

Hədəfləriniz olsun

Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata məna qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.

Həyatınıza mavilik qatın

Mavi rəngin insanın özünə inamını artırdığını və stressi azaltdığını bildirən alimlər xoşbəxtlik amilində vacib rol oynadığına diqqət çəkib.

Yeniliklərə açıq olun

Yeni şeylər öyrənmək beyni və maraq hisslərini hərəkətə gətirdiyi üçün insanları daha xoşbəxt edir.

Səbirli olun

Xoşbəxtliyin səbirli olmaqdan keçdiyini vurğulayan alimlər gözəl anların dəyərini daha yaxşı anlamaq üçün səbirli olmaq lazım gəldiyini bildiriblər.

Başqalarına kömək edin

Hədiyyə alanlar, maliyyə yardımı edənlər və xeyriyyə işləri ilə məşğul olanlar digərlərinə nisbətən daha xoşbəxt imişlər.

Yaxşı dostlar qazanın

Sosial münasibətlərin xoşbəxtlik üçün vacib olduğunu bildirən alimlər sağlam dostluq əlaqələri quranların daha xoşbəxt olduğunu vurğulayıblar.

Sevin

Tədqiqatçılar sevgi, eşq və həyatı başqa biri ilə bölüşməyin də xoşbəxtlikdə böyük rol oynadığını bildiriblər.

# 3397 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər