Əhali artdıqca insan azalır

Əhali artdıqca insan azalır
25 iyul 2013
# 07:30

Kulis.Az məşhur amerikalı yazıçı, “Döyüş klubu” kitabının müəllifi Çak Palanikdən seçilmiş sitatları təqdim edir.

Heç nə sabit deyil. Hər şey köhnəlib dağılır.

Hər sevgi bitki adı ilə başlayıb, heyvan adı ilə sona çatır.

Hamının diş fırçası var, amma bəzi insanlar dişlərini fırçalamır. Ağıl da belədi, hamıda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı...

İnsanlar artıq parçaları itmiş "puzzle" kimidir. Bəzisinin ruhu, bəzisinin beyni və bəzisinin ürəyi yoxdur.

Sahib olacağın hər şey, bir gün itirəcəyin şeylərdən yalnız biridir.

Silahın gördüyü tək iş, bir partlayışı müəyyən bir istiqamətə yönəltməkdir.

Sizin sevdiyiniz ilə sizi sevən əsla eyni adam deyil.

Uğrunda mübarizə aparacaq bir şey tapana qədər, bir şeylərə qarşı döyüşməyi seçirsən.

Bir insan ən çox kimin yanında susursa, ən çox onunla danışmaq istəyir.

Sevdiyin insanlar ölə bilər. Dəyər verdiyin şeylər əbədi deyil. Mən bunu qəbul etməli və barışmalıyam.

Yaradılmış bir şeyə hücum etmək və dağıtmaq asandır. Ancaq yeni bir şey yaratmaq çox çətindir.

İtirəcəyin bir şey yoxdursa azadsan.

Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər.

Cavab, cavabın yoxluğudur.

Diqqətlə bax, Böyük eşqlər ya sonsuzdur, ya da onsuz.

Dünya əhalisi artdıqca, insan sayı azalır.

Ən çox insanı üç şey yorur - bağışlamaq, için yanan zaman susamaq və reallaşmayacaq şeylər haqda xəyal qurmaq.

# 4035 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər