İlk görüşdə nə etməli?

İlk görüşdə nə etməli?
24 iyul 2013
# 07:30

Nəhayət, gözlədiyin gün gəldi; ilk görüşə dəvət aldın. Yaxşı, bəs indi nə etmək lazımdır? İlk görüşün qüsursuz olmağını istəyirsənsə, bunlara diqqət etsən, yaxşı olar...

Nə geyinmək lazımdır?

Qarşındakının Meqan Foks, Şarliz Teron fanatı olduğunu güman edib, nə badə onlar kimi bol makiyaj və ya dar, dəbdəbəli paltar geyinməyi düşünəsən. Kişilər Hollivud ulduzlarına nə qədər baxıb köks ötürsələr də, bir o qədər təbii, sadə qızlar axtarırlar. Ona görə də, hansı paltar sizə yaraşırsa, onu geyinin. Makiyajınız da az olsa, yerinə düşər. Təbiilik və sadəlik özünə güvən göstəricisidir, bunu unutma.

Evdən çıxmamış bunları et

- Geyindin, makiyaj etdin, elə isə evdən çıxmağa hazılaş.

- Evdən çıxmamış limonlu yaşıl çay iç. Bu, səni sakitləşdirəcək.

- Bir az musiqi dinlə. Ən sevdiyin mahnılardan ibarət pleylist hazırla, görüş yerinə çatana qədər dinlə. Bir növ enerji dopinqi al!

Bu qaydaları unutma:

Özünü onun pərəstişkarı kimi aparma!

Onun üçün ürəyin gedə bilər, amma bunu ilk görüşdən bildirmək məcburiyyətində deyilsən. Onun üçün sirli qalmağa çalış. Qoy nə qədər sevildiyini bilmək üçün dəridən-qabıqdan çıxsın.

Dinləməyi bacar!

Kişilər çoxdanışan qızları sevmədikləri qədər sakit qızları da sevmirlər. Nə çoxdanışan, nə sakit olmamaq isə əsl məharətdi. İlk görüşdə çalış daha çox dinləyən tərəf olasan. Sonra yavaş-yavaş özün haqda ipucuları verə bilərsən.

Zarafat et!

Tutaq ki, ard-arda “tutmayan” zarafatlar etdin, istəmədiyin sözlər dedin, başla özünlə zarafat etməyə... Zarafata keçidi elə et ki, əvvəlkilərin axmaqlıq olduğu heç bilinməsin. Əgər bunlar çətin görünsə, bir-iki lətifə ilə məsələni yoluna qoya bilərsən. Əgər lətifə də bilmirsənsə, bil ki, şəhərdə kifayət qədər çox oğlan var, dünyanın sonu deyil...

Ağır ol!

Hər kişinin bir neçə bəsit testi var. Məsələn, ətrafındakı digər kişilərlə (ofisiant, mağaza satıcısı) çox səmimi olma. Xüsusən, sənə təsadüfən zəng vuran oğlan tanışınla danışanda diqqətli ol. Adi hərəkətlərin onda şübhə və ya suallar yaratmasına imkan vermə. Ağır qızlar həmişə daha cazibədardır, bunu bil.

“Xeyr” deməyi bil!

Yaxşı, ilk görüşdən vurula bilərsən. Hətta görüşün bitməməyini, hər uzanan dəqiqəni də qənimət saya bilərsən. Ancaq çox şablon səslənsə də, “tələsən təndirə düşər” deyib atalar. Bunu unutma və onun hər istədiyinə “bəli” cavabını verməməyi öyrən.

Rena NEVZAT

# 11429 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər