Zəhləmizi tökən mənasız suallar

Zəhləmizi tökən mənasız suallar
22 iyul 2013
# 07:45

Hər gün çoxlu suallar veririk bir-birimizə. Bunlardan bəziləri cavab almaq, nəsə öyrənmək üçündür. Bəziləri isə sadəcə artıq ənənəyə çevrilmiş və əslində cavabı olmayan suallardır. Bunlar arasında bizi əsəbiləşdirənlər, bezdirənlər də olur. O suallardan yadımıza düşənləri yığdıq bir yerə.

“Necəsən? Başqa nə var, nə yox? Ayrı vəziyyətin?”

Birinci suala cavab vermək olur, digər iki sual müəmmalıdır. Adam soruşmaq istəyir, səni konkret nə maraqlandırır? Başqa nə var nə yox? Bu nə deməkdir axı?

Haralısan? Hardansan?”

Yerlibaz adamların çox verdiyi sual. Çox vaxt yerli çıxma ehtimalını nəzərə alıb verirlər bu sualı.

“Niyə ərə getmirsən?” və ya “Niyə evlənmirsən?”

Subayların yaralı yeri! Gəlin sizə yaxşı bir cavab məsləhət görək. Deyin ki, evlənənlər məsləhət görmürlər.

“Mənə görə bir qulluq?”

Dəliqanlı oğlanların söhbətə qoyduğu nöqtə və ya sağollaşmağın bir yolu. Əvvəllər daha çox işlənirdi bu ifadə. Son vaxtlar deyəsən unudulub. Bu sualın klişe cavabı: Qulluq sahibi olasan.

Üzünü niyə qırxmırsan?”

Daha çox gənclərə verilən sualdır. Ardınca da başqa suallar gəlir: “Dindarsan?”, “Kimsə rəhmətə gedib?” və s.

Bir insanı başqasının üzünü qırxmamağı niyə bu qədər narahat edir görəsən?

Saçını niyə kəsdirmirsən?

Uzun saç bizdə nədənsə qızlara aid bir əlamət kimi qəbul edildiyindən oğlanların saç saxlamağına pis baxılır.

“Böyüyəndə nə olacaqsan?”

Uşaq vaxtı yəqin sizə də bu sual verilib. Böyüyəndə nə olacağını uşaq hardan bilsin?

“Gəlmisən?”

Maraqlı suallardan biri də evə gələn adama verilən “gəldin?”, yaxud “gəlmisən?” suallarıdır.

“Niyə səsin çıxmır? Nəsə olub?”

Kefiniz yaxşı olsa da, səsiniz çıxmırsa deyəcəklər ki, əhvalın yoxdur. O qədər inadla soruşurlar ki, axırda kefin həqiqətən pozulur.

“Nə qədər maaş alırsan? Bir şey-mir şey var?”

“Bir şey-mir şey”, yaxud “Çax-çux” çox maraqlı anlayışdır. Yəni maaşın az olsa da fikir eləmə, əsas “çax-çux”un yaxşı olsun. O varsa, deməli ac qalmırsan.

Bizi nə vaxt sevindirəssiniz?

Bu da evli cütlüklərin bəlasıdır. Toydan on gün keçməmiş başlayır və uşaq olana qədər davam edir. 3 aya qədər bir xəbər çıxmasa, üz tutulur həkimlərə, nəzir deyilir pirlərə, məscidlərə, seyid ocaqlarına.

“Heç yoxdu?”

Dükanda gedən dialoqdur. Filan şey var? – Yox – Heç yoxdu? Yoxdursa, yoxdur da. “Heç yoxdur” nə deməkdir?

# 5268 dəfə oxunub

Oxşar xəbərlər

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər