Məşhur yazıçının vertolyot arzusunu kim gerçəkləşdirdi?

Məşhur yazıçının vertolyot arzusunu kim gerçəkləşdirdi?
20 iyul 2013
# 07:45

Mobil telefon, virtual dünya, vertolyot kimi kəşflərin arxasında romanlar, elmi-fantastik hekayələrin durduğunu bilirdinizmi? Əgər belədirsə, kəşflərin sahibi ideya müəllifi olan yazıçı sayılır, yoxsa istehsalçı?

Kulis.Az fantastik əsərlərdən ilhamlanaraq yaranmış cihazları tanıdır.

Sualtı gəmi

Modern sualtı gəmilərin yaradıcısı sayılan Simon Leyk onu Jül Vernin “Su altında iyirmi min lye“ əsərindən təsirlənərək hazırlayıb. Leykin qurduğu şirkət 1898-ci ildə okeanda istifadə oluna bilən ilk sualtı gəmi “Arqonavt”ı istehsal edib.

Vertolyot

Jül Vernin xəyalları sualtı gəmilərlə bitmir, elə vertolyotun icadını da bəşəriyyət ona borcludur. Modern vertolyotun yaradıcısı sayılan İgor Sikorskinin ilhamlandığı əsər məhz J.Vernin “İstilaçı Robur”u olub. Sikorski tez-tez yazıçının “Birinin xəyal etdiyini, başqa biri reallaşdıra bilər” cümləsini təkrarlayarmış.

Raket

Amerikan alim Robert Qoddard 1898-ci ildə qəzetdə Herbert Uellsin marslıların istilasından bəhs edən “Dünyalar müharibəsi” adlı romanı ilə bağlı silsilə yazılarını oxuduqdan sonra raket hazırlamaq qərarına gəlib. Uzun əziyyətlərdən, tədqiqatlardan sonra 1926-cı ilin 16 martında maye yanacaqla işləyən raket yaradıb. Qoddardın dediyinə görə, planetlərarası uçuş “onun xəyallarını son dərəcə cəzb edən şey” imiş.

Nüvə enerjisi


Herbert Uellsin 1914-cü ildə çıxan “Azad edilmiş dünya” kitabının mövzusu bu olub ki, 1933-cü ildə süni nüvə enerjisi yaradılacaq və bununla da yeni dünya müharibəsi başlayacaq, sonra xalqlar müharibəyə deyil, sülhə üstünlük verəcəklər. Kitabı oxuyan fizik Leo Szilard nüvə enerjisi fikrini bəyənərək onu reallaşdırmağa cəhd edib və nəhayət, 1932-ci ildə nüvə zənciri reaksiyalarını kəşf edib.

Müharibədə məlumat mərkəzi

1930-40-cı illərdə E.E. “Dok” Smit oxucularının ürəyini Qalaktik Patrolun macəralarından bəhs edən “Lensmen” hekayələri ilə fəth edib. Yazıçının 1947-ci ildə yazdığı romanındakı döyüş gəmiləri Amerikan Dəniz Qüvvələrinə ilham verib.

Uzaqdan idarə edilə bilən protez əl

Məşhur elmi-fantastik yazıçı Robert Haynlayn 1942-ci ildə yazdığı “Valdo” adlı qısa hekayəsində uzaqdan idarə oluna bilən protez əldən söz açıb. 1940-cı illərin ortalarında kütləviləşən qollar “valdos” adı ilə patentləşdirilib.

Mobil telefon

“Motorola”nın araşdırma mərkəzinin müdiri Martin Kuper 1970-ci illərin əvvəllərində ilk mobil telefonu “Ulduz yolu” filmində görüb. Əsrin ən böyük kəşfi sayılan mobil telefonun yaradıcısı Kuper “Bu, bizim fantaziyamız deyil, məqsədimiz idi” deyib.

Şok tüfəngi

Yeniyetmələr üçün yazılmış elmi fantastik romanların zirək qəhrəmanı Tom Svift XX əsrin əvvəllərində çox məşhur idi. NASA-da çalışan fizik Cek Kover “TASER” adlı şok silahını ondan təsirlənərək sırf əyləncə məqsədi ilə yaradıb. “TASER” abreviaturasının açılışı isə belədir: “Tomas A.Sviftin Elektrik Tüfəngi”.

Virtual dünya oyunu

Nil Stivenson 1992-ci ildə yazdığı “Qar uçqunu”nda üç ölçülü onlayn “Metavörs”ü bütün detalları ilə təsvir edir. Məşhur onlayn “Second Life”ın yaradıcısı Filip Rosdeyl məktəb vaxtlarında virtual dünya fikri ilə maraqlanıb və “Qar uçqunu”nu izlədikdən sonra “yaxın gələcəkdə virtual dünyanın necə görünəcəyi ilə bağlı” fikrə gəlib.

# 3661 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər