writer1

Fərid Mirzəyev

Məqalə sayı

199
clock13:15 calendar-gray 18 İyul 2013 view-gray2666 dəfə oxunub
view-gray2666 dəfə oxunub

Qadın xalatındakı erməni

İyulun 13-də Rusiyada 18 nəfərin ölümü, təxminən 60 nəfərin yaralanmasıilə nəticələnən avtomobil qəzası qosqoca federasiyanı yasa qərq elədi.

Faciənin mərkəzində 46 yaşlı Ermənistan vətəndaşı Qraçi Artunyan dayanır. Artunyanın idarə etdiyi “KamAZ” sərnişin dolu avtobusa çırpılaraq onu iki hissəyə bölüb.

Hadisədir deyib üstündən sükutla keçmək olardı. O erməni sürücünün yerində bir azərbaycanlı, gürcü, kəsəsi başqa millətin nümayəndəsi də ola bilərdi. Həyatdır, hər şey ola bilər.

Ancaq hadisələrin sürətli inkişafı iki qardaş xalq – ruslar və ermənilər arasında nifaq toxumları səpdi. Səbəb erməni sürücünün məhkəməyə adi dustaqlardan fərqli olaraq qadın xalatında gətirilməsi oldu. Ermənilər Artunyana qadın xalatı geyindirilməsinə “rus şovinizmi” damğası yapışdırır.

Ruslar isə Artunyana nifrət edir. O qatildir... 18 nəfərin həyatına son qoyan Qarabağ veteranı Qraçi Artunyanın öldürdüyü azərbaycanlıların dəqiq statistikası isə bizə məlum deyil. Qarabağda torpağını müdafiə edən neçə-neçə əsgərimizin, neçə-neçə günahsız insanımızın Artunyanın gülləsinə tuş gəldiyi haqda dəqiq bir şey deyə bilmərik. Bildiyimiz tək şey odur ki, bu adamın qatil olduğu indi gün işığına çıxdı. Görəsən qraçikimilər Qarabağı qan gölünə çevirəndə bu nifrət hara qeyb olmuşdu?

Qraçi Artunyan Qarabağ döyüşçüsüdür. Deyilənlərə inansaq, oğlu orduda ölüb və o, oğluna başdaşı düzəltmək üçün gecəsini-gündüzünə qatıb pul toplayırmış. Ağır zəhmətin bəhrəsi isə qazamat oldu. O əmr aldığı Sarkisyan, Ohanyan kimi Ermənistanda kef çəkə bilməyib, Rusiya çöllərinə düşüb. Bir növ qaçqın həyatı yaşayıb. Bir milyondan çox azərbaycanlıya “qaçqın” deyə müraciət olunmasında Artunyanın da “əməyi” vardı.

Qraçinin qızı Lilit Arutunyan Facebookda atasına görə prezident Serj Sarkisyana müraciət edib: “Cənab prezident, sənin qarşında hakimiyyət tərəfindən təhqirlərə məruz qalan, səni əllərinin içində saxlayan biri - millətin müdafiəçisi dayanıb. Bu, biabırçılıqdır, sənin üzündür!”. Bəli, Sarkisyanı əlinin içində saxlayan Artunyanın aqibəti çox acınacaqlıdır.

Qarabağ döyüşçüsü Artunyanınoğluna Sarkisyan hökuməti başdaşı qoymur. Budur Sarkisyanın öz insanına verdiyi qiymət. Qanlar axıdıldı, azərbaycanlılar torpaqlarından didərgin salındı ki, Sarkisyan rahatca hakimiyyət olimpinə qalxsın. Qraçi Artunyunların mükafatı isə Rusiyada qaçqın həyatı yaşamaq və nəticədə arvad xalatı geyinmək oldu.

Peşəkar qatil, günahsız insanların qanı üzərində yüksələn məşhur terrorçu Monte Melkonyanın da arvadı şikayətlənir. Arkadi Qukasyanın bahalı maşınlarda şütüməsi ona pis təsir edir. Getdikləriyolun səhv olmasını indi başa düşüblər. Təəssüf...

Məhkəmədə Artunyanın uşaq kimi ağlaması təsirli mənzərə idi. Erməni sürücü uşaq kimi hönkürürdü. Ağlamağa dəyərdi...

Günahsız insanlara silah çəkən, yedikləri qaba tüpürən Robert Köçəryan, Serj Sarkisyan, Sehran Ohanyan da vaxt gələcək məhkəmə qarşısına çıxacaq. Məhkəməyə qadın xalatında və ya hansı formada çıxmaları isə gələcəyin işidir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020