Salam Sarvan və Etimad Baçkeçid açıqlama yaydı

Salam Sarvan və Etimad Baçkeçid açıqlama yaydı
16 iyul 2013
# 13:06

Kamal Abdulla ilə gənc şair arasındakı konfliktlə bağlı yazıçı Etimad Başkeçid və şair Salam Sarvan yazılı açıqlama yayıblar. Kulis.Az həmin açıqlamaları təqdim edir.

Etimad Başkeçid: “Mitya kimi məşhurluq”

Mən bu günlərdə Kamal Abdullanın «BSU-da qurduğu diktatura»nı tərk edib, ad günümü qeyd etmək üçün Gəncəyə getmişdim. Ona görə, müəllimin cavan, məsum bir gənci təhdid etməsi və üstünə ölüm eskadronu göndərməsi ilə bağlı olayları indi-indi incələməyə başladım.

Əvvəla, Aqşin Yenisey Kamal Abdulladan niyə qorxmalıdır görəsən? Aqşin belə ağciyər adam olsaydı, axundların və mollaların təəssübünü çəkən Pirilərdən və onun mürşidlərindən biri olardı də. İkincisi, siz gecə saat üçdə-beşdə kiminsə evinə zəng etdirib, onu hədələtdirən Kamal Abdulla təsəvvür edirsinizmi? Üçüncüsü də, bu gəncin «ədəbisiz fiqur» adlandırdığı Kamal Abdulla olmadan, müasir Azərbaycan ədəbiyyatını düşünə bilirsinizmi?

«Obyektivlik naminə söyləyə bilərəm ki, Kamal Abdulla öz üzərində çox çalışır və gələcəkdə yazıçı ola bilər. Ümidvericidir» - Sözünü etdiyimiz şəxsin Kamal Abdulla barədə bu dediklərindən sonra ona cavab verməmək də olardı əslində. Yəni bu sözlərdə onun hansı səviyyənin və zövqün sahibi olduğu açıq-aşkar görünür.

Amma və lakin… Əgər bu gənc Çexovun «Sevinc» hekayəsindəki Mitya Kuldarov kimi xoşbəxt olmaq istəyirsə, onda onun arzusunu gözündə qoymaq lazım gəlir. Bildiyiniz kimi, Kuldarov şəhərdə faytonun altında qalmışdı, sonra bu barədə yazan qəzetin bir nüsxəsini götürüb, hər kəsə göstərirdi ki, baxın, burda məndən yazıblar. İndi həmin gənc ədəbiyyatımızın tarixində öz yazdığı mətnləri ilə deyil, Kamal Abdullayla təsadüfən toqquşan adam kimi qalmaq istəyirsə, biz buna neyləyə bilərik. Bizim evimizi yıxan ağır mərəz dərəcəsində var olan cəhalətimizdir.


Sonda demək istəyirəm ki, bizim ədəbi mühit hədsiz dərəcədə çirklənib. Burda özünü-sözünü bilməyən hər cür məxluqata rast gəlmək olar. Bunun səbəbi və səbəbkarları hər kəsə bəllidir. Məsləhətiniz olarsa, bu barədə ayrıca danışa bilərik.

Salam Sarvan: “O üzr istəməlidir!”

Təəssüf ki, son 10 ildə ədəbi qalmaqalların ucuz bir texnologiyası dəbə düşüb. Ədəbiyyata gəlmək istəyən hansısa uşaq nüfuzlu bir ədəbiyyat adamını təhqir edir, ədəbi prosesdə olan başqa yazarlar onun bu hərəkətini qınayanda, vay-şüvən başlayır ki, ay aman, qoymayın üstümə dəstəylə gəlirlər. Beləliklə də həmin uşağın 3-4 günlük effektə hesablanmış “incidilmiş”, “əzabkeş” obrazı yaranır.

Təəssüf ki, Emin də bu düşük variantı seçdi.

Ədalət naminə deyirəm: O, Kamal Abdullanı təhqir edib və təcili olaraq nümayişkaranə şəkildə üzr istəməlidir. Məsləhətim odur ki, bu üzrü günü bu gün eləsin.

Emin həm də bilməlidir ki, onun bu çabaları kənardan çox gülməli görünür. Səmimi qəlbdən onun gülünc vəziyyətlərə düşməyini istəmirəm.

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər