writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock10:57 calendar-gray 12 İyul 2013 view-gray1020 dəfə oxunub
view-gray1020 dəfə oxunub

Dörd fəhlə

2-3 ay olar ki, yaşadığımız binanın qarşısında tikinti işləri gedir. Gecələr texnikanın səs-küyü, gündüzlər isə fəhlələrin çığır-bağırı həyatımıza “fərqli” rəng qatır. Qapı-pəncərəni bərk-bərk bağlasam da səs-küydən, çığır-bağırdan qorunmaq mümkün deyil. Əvvəllər şikayət edən, narazılıq edən qonşularım da öz taleyi ilə barışıb. Bina ucaldıqca, ümidlənirik. Ümid edirik ki, tikinti tezliklə qurtaracaq və biz bu əzabdan xilas ola biləcəyik.

Tikintidə çalışanların əksəriyyəti gəncdir. Ən yaşlısının 30-35 yaşı var. Hər gün tikintinin yanından keçib, dükana gedirəm. Həyatımı zindana çevirsələr də hər dəfə rastlaşanda salamlaşıram. Oturub istirahət elədiklərini görəndə, yaxınlaşıb hal-əhval tuturam, söhbət edirəm. İstisnasız olaraq hamısı “rayon uşağı”dır. Köntöylüklərindən, dikbaşlıqlarından eyni zamanda sadəlövhlüklərindən anlaşılır hələ cilalanmadıqları.

Hərdən su və ya siqaret alıb, dönürəm onların istirahət elədiyi, kölgələndiyi yerə. Bir neçəsi ilə artıq ünsiyyətimiz yaranıb, rastlaşanda uzun-uzadı hal-əhval tuturuq. Hər gün birlikdə siqaret çəkən, elə oturduqları ağacın altında süfrə açan, zarafatlaşıb səs-küy salan dörd fəhlə var. Onlarla münasibətim daha yaxşıdır. Yolüstü su, siqaret alıb gətirməyi xahiş edirlər.

Mən də heç vaxt xahişlərini yerə salmıram.

Hərəsi bir rayondandır. Böyüyünün 24, kiçiyinin 21 yaşı var. Heç biri təhsil almaq haqqında düşünməyib. Elə məktəb illərindən qərarları hərbi xidmətdən sonra Bakıya gəlib iş axtarmaq olub. Dördü də müxtəlif vaxtlarda eyni qərarı verib.

Dörd sağlam, güclü, dözümlü, möhkəm, iradəli gənc...

Qazancları yüksək olsa da, gördükləri işin qarşılığında qaneedici deyil. Dördü də var gücü ilə, intizamla çalışır. Dördü də, sadəlövhdür. Onlar üçün Bakı hələ də imkanlı bir qadınla tanış olub, həyatlarını, gələcəklərini xilas edəcəkləri məkandır. Dördü də şəhər həyatının başgicəlləndirən məqamlarını tərifləyir. Bahalı geyimlər, bahalı məkanlar, bərli-bəzəkli qadınlar, dəb-dəbəli avtomobillər və evlər...

Dördü də, bahalı maşın almaq arzusundadır. Dördü də ümidli və inamlıdır.

Çox ağır şəraitdə işləsələr də, gözlərinin dərinliklərində inanılmaz parıltı hiss olunur. Dördü də kitablardan, filmlərdən bixəbərdir. Bu məlumatsızlıq içində olduqca xoşbəxtdirlər...

Onların həyatı film kimi, roman kimidir...

Hərəsinin bir hekayəsi var.

Salyanlı Fikrət üç aylıq maaşını bir gecədə xərcləməyindən, səhərə qədər barlarda əylənməyindən danışır. Zərrə qədər peşman deyil. “Öz qazancımı xərcləmişəm”-bu onun təsəllisidir. Ən böyük arzusu “JEEP” almaqdır...

Balakənli Teymur usta köməkçisidir. Dörd dostun ən yaşlısıdır. Ölkənin ən nüfuzlu baş redaktorundan çox maaş alır. Nişanlıdır. Ən böyük arzusu pul yığıb evlənməkdir...

Bərdəli Elvinin dəmirçidir. Tikintidə dəmir-beton işində çalışır. Qazancı yaxşıdır. Hər ay ailəsinə köməklik edir. Ən böyük arzusu “Mersedes” alıb kəndlərinə qayıtmaqdır.

Lənkaranlı Elçin dörd bacısına, iki qardaşına və anasına hər ay pul göndərir. Atası dünyasını dəyişdikdən sonra, ailənin bütün yükü onun çiynindədir. Bacılarını ərə vermək, qardaşlarını oxutmaq istəyir. 23 yaşı var və ən böyük arzusu bacı-qardaşlarını yerbəyer etdikdən sonra, kəndə qayıdıb evlənməkdir...

Fikrət dönəri, Elvin lahmacunu,Teymur quzu kababını, Elçin isə toyuq qızartmasını sevir.

Amma axşamlar kolbasa-çörək, gündüzlər isə pomidor-xiyar, pendir yeyirlər. Heç biri spirtli içki içməsə də, gündə 2-3 qutu ən ucuz siqaret çəkirlər...

Toz-torpaq, sement çökmüş üzlərində tərin yaratdığı şırımlar və üzlərindəki ifadə hazır rəsm əsəridir. Əzablı, yorğun, ümidli dörd fəhlə...

Onlar bütün dünyadan təcrid olunub, öz kiçik dünyalarına çəkiliblər. Fələstindən, Suriyadan, Misirdən, Tunisdən, Çeçenistandan xəbərsizdirlər...

Dünyanı dəyişdirmək, özlərini yetişdirmək, kitablar oxumaq, filmlərə baxmaq onların dünyasından boylananda gülməli görünür...

Dörd möhkəm biləkli, güclü, sadəlövh və dünyadan xəbərsiz fəhlə...

İnformasiya bolluğunda, internetdə, kitablar arasında keçən narahat bir ömürlə müqayisədə onlar necə də rahat və xoşbəxtdirlər...

Arzuları da, həyatdan gözlədikləri də daha real, əllə tutulandır...

Etiraf edim ki, mən bu dörd fəhlənin rahatlığına, gözlərindəki parıltıya qibtə edirəm...

Onlar öz “böyük” arzuları ilə, bilmədikləri ilə, görmədikləri ilə xoşbəxtdirlər, biz onları nə qədər bədbəxt hesab eləsək də...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020