"Yaşıl bazar"da səhər belə açılır... FOTOLENT

"Yaşıl bazar"da səhər belə açılır... FOTOLENT
25 iyun 2013
# 07:45

Şəhərin yenicə oyandığı vaxtda – saat altıdan qabaq Bakının “Yaşıl bazarı”nda satıcılar iş başındadırlar. Onların işi başqalarından bir neçə saat tez başlayır. Piştaxtalar düzülüb, üstündə meyvə-tərəvəz, ət, süd-qatıq, arxasında isə satıcılar. Müştəriləri gözləyir. Çay içirlər. Mürgüləyənləri lağa qoyur, zarafatlaşır, mallarına daha gözəl görünsün deyə əl gəzdirirlər. Buranın əsas alıcıları dəyişmir. “Yaşıl bazar” topdan satış bazarıdır.

Biri deyib – gülür, başqası fikrə dalıb, arabalar yük daşıyır. Bütün bu səs-küydə xoş əhvalla yanaşı qəribə yorğunluq da var idi. Günəş çıxmazdan oyanmaq yorğunluğumu, iş yorğunluğumu, yoxsa...?

Burda hamını fotoya almaq asan idi, arabaçıya arabasının yanında, zibil daşıyanı zibilin yanından başqa.

“Özü çıxarandandır (fotoaparat)?”

“Götür meyvə ye, götür, götür”...

“Mənim mallarını reklam edə bilərsənmi?”

“Neçə manata çəkirsən şəkilləri?”

“Bunu da (yatan dostunu görsədir) çək, çək, mənnikdir”.

Və çiynində limon dolu sellofan torba daşıyan yaşlı qadını çəkəndə başqa biri: “ Azərbaycanın qara gününümü çəkirsən?”...

Bazar sakinləri məni belə qarşıladı...

# 3210 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
#
#
# # #