Şəms Təbrizinin allahı danan adamın başını yarması

Şəms Təbrizinin allahı danan adamın başını yarması
22 iyun 2013
# 07:00

Bir dəstə filosof günlərin bir günü Mövlanə Cə­laləddin Ruminin yanına gəlib, onları narahat edən bəzi suallara aydınlıq gətirməsini ondan xahiş edir. Mövlanə bu sualları müəllimi Şəms Təbrizinin ca­vab­landırmasını daha uyğun görür və filosofları Şəm­­sin yanına göndərir. Həmin vaxt o, məsciddə top­laşan camaata kərpiclə təyəmmüm etmənin üsul­la­rını göstərirmiş.

Qeyd: Təyəmmüm - suyun tapılmadığı zaman və ya tapılan suyun natəmizliyi ucbatından torpaq və ya tərkibində torpaq olan bir şeylə fiziki baxımdan tə­miz­lənmədir. Namazdan, ibadətdən öncə vücudun təmizliyini təmin etmək məqsədiylə bu şəkildə dəstəmaz və ya qüsl alına bilər. Dəstəmazda təyəmmümün məqsədi dilə gətiriləndən sonra əllər iki dəfə torpağa və ya torpaq cinsindən başqa bir şeyə vurulur, əvvəlcə üzə, sonra isə sağ və sol qola dirsəyə qədər məsh çəkilir.

Filosoflar Şəmsə bəzi sualları olduğunu bildirən­də o: “Soruşun” - deyir.

Alimlərdən biri sualını səs­ləndirir:

- Siz “Allah var” deyirsiniz. Biz də şərt qoyuruq: “Onu bizə göstərə bilsəniz, biz də, eynilə sizin kimi, ona tapınarıq”.

Şəms Təbrizi təmkinlə:

- O biri sualını ver, - deyir.

Alim dillənir:

- Şeytanın oddan, alovdan yarandığını iddia edir­siniz, sonra da deyirsiniz ki, ona atəşlə divan tutula­caq. Bəyəm od da odu yandırar?!

Gülümsünən Şəms sonuncu sualı eşitmək istəyəndə alim deyir:

- “Axirət tərəfdə hər kəsə əməllərinin qarşılığı veriləcək, hər pisliyə, yamanlığa görə layiqli cəza kəsiləcək” deyir­si­niz. Niyə bu insanlara öyüd-nəsihət verməkdən, on­ları doğru yola dəvət eləməkdən usanmır­sı­nız? Qoy ürəkləri necə istəyir, elə də yaşasınlar, bildiklərini eləsinlər, onsuz da bütün hallarda haqq etdikləri cəzanı alacaqlar da!

Alim sözünü bitirəndə Şəms əlində tutduğu kər­pici onun təpəsinə çırpır. Başından qan fışqıran alim tez qaçır şəhər qazısının yanına və Şəmsə qarşı məhkəmə qurulmasını tələb edir: “Mən ona elmlə bağlı suallar verdim, o isə cavab ver­mək əvəzinə, kərpiclə vurub, başımı yardı”.

Məhkəmədə Şəms bu şikayətə cavab olaraq de­yir:

- O, mənə üç sual ünvanladı, mən də onlara sadəcə öz cavabımı verdim.

Bu cavabdan heç nə anlamayan qazı müttəhimin öz mövqeyini ətraflı açıqla­masını tələb eləyir.

Şəms Təbrizi deyir:

- Zati-aliləri! Bu adam mənə: “Allah-təalanı gös­tərə bilsən, mən də ona tapınaram” - dedi. Əgər o, başına çırpdığım kərpicin onda yaratdığı ağrını bizə aşkar şəkildə göstərə bilmirsə, o ağrının yalan, yoxsa gerçək olduğunu biz haradan bilək?! Əgər o, bunu bacarsa, mən də gü­nah­kar olduğumu səmimi etiraf eləyərəm.

.İkinci sualında o, oddan xəlq olunan şeytana zatındakı atəşlə necə di­van tutulacağına şübhə bəslədiyini bildirdi. Bunun ca­vabında mən bu hərifin özü kimi qara torpaqdan, gildən yoğrulan, yaradılan kərpici onun təpəsinə vurdum. İndi durub, şikayət eləyir ki, torpaqdan yoğrulan kərpic onun ca­­nını ağrıdıbmış. Əgər torpaqdan hazırlanan kərpic torpaqdan xəlq olunan insanoğluna əziyyət verə bilirsə, bəs onda atəş niyə oddan yaradılan şeytana əzab verməsin?!

Üçüncü sualında isə: “Bu camaatla nə işiniz var? Ni­yə bunlara addımbaşı necə davranmalı olduqla­rına dair ağıl, məsləhət verirsiniz?! Bu haqqı sizə kim verib, axı?!” – de­di. Bu hərzə-hədyanı eşidəndə düşündüm ki, əlimdəki kərpiclə bunun başını yarma­ğa, vallah və billah mənim də haq­qım çatır. Odur ki, çox düşünüb-daşınmadan həmin haqqdan yarar­landım.

Bəs indi niyə sözünü və özünü bilməyən bu adam durub gəlib divanxanaya və sizdən öz haqqını tələb eləyir?! Niyə mənim əməlimə görə cəza­landırılmamı istəyir?! Əgər bu fani tərəfdə xırda-xuruş xətalara görə hər kəs digərinin cəzalanmasını, addımbaşı haqqın, ədalətin bərqərar olmasını tələb edə bilirsə, bəs onda sonu bilinməyən axirət aləmində niyə hər kəs layiq oldu­ğu dəyəri, haqqı almasın?!

https:/www.facebook.com/azadyasharofficial

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər