Bəlkə siz də qocalmısınız?

Bəlkə siz də qocalmısınız?
21 iyun 2013
# 07:15

İngiltərədə 50 yaşdan yuxarı insanlara sığorta xidməti təklif edən bir şirkətin iki min nəfər arasında keçirdiyi sorğuda maraqlı nəticələr ortaya çıxıb.

Sorğuda iştirak edən hər on nəfərdən səkkizi “Hamı hiss etdiyi yaşdadır” desə də, psixoloqlar verilən cavablar əsasında qocalmağa başlayanların 50 ortaq əlamətini müəyyən edə bilib.

Həmin 50 əlamətlə tanış olmağa necə baxırsınız? Bəlkə siz də qocalmaq üzrəsiniz?

- Bədəninizin hansısa yerinin tez-tez tutulması

- Əyiləndə ağrımaq

- “Mən cavan olanda belə deyildi” demək

- Saçların tökülməyi

- “Bizim vaxtımızda…” ilə başlayan cümlələr qurmaq

- Tez-tez küsmək

- Radioların Top-10 siyahısındakı heç bir mahnını bilməmək

- Səs-küyə əsəbiləşmək

- Oynaqların ağrımağından şikayətlənmək

- Qulaqların, burnun tüklənməyə başlaması

- İnsanların adını yaddan çıxarmaq

- Polisə, həkimlərə, müəllimlərə “dünənin uşağı” kimi baxmaq

- Televizorun qabağında yuxulamaq

- Günorta yuxusuna ehtiyac hiss etmək

- Gənclərin nədən danışdığını başa düşməmək

- Texnoloji alətlərin istifadəsində çətinlik çəkmək

- Tablet kompüterlər, sensor ekranlı, smart telefonları işlədə bilməmək

- Daha çox şikayət etmək

- Eynəyi boyundan asmaq

- Yeni müğənniləri tanımamaq

- Televiziya verilişlərinin keyfiyyətindən şikayət etmək

- Belinə ağırlıq düşəcək deyə ağır əşyalar qaldırmamaq

- Tez-tez əşyalarını itirmək

- Televiziyada gənclər üçün nəzərdə tutulan verilişlərə baxmamaq

- Avtomobili yavaş sürmək

- Əşyaları hara qoyduğunu unutmaq

- Gecə əyləncələrindən çox evdə oturub nərd, domino oymağa üstünlük vermək

- Bir əşyadan ehtiyat üçün bir neçə dənə almaq

- Tarixi televiziya verilişlərinə maraq göstərmək

- Qonaq gedəndə başmaq, yaxud isti paltar götürmək

- Köhnə mahnılar verilən radiostansiyalara qulaq asmaq

- İçkidən tez sərxoş olmaq, daha doğrusu, bir stəkan içkidən sonra yatmaq

- Çölə çıxanda qalın geyinmək

- Tez kökəlib-tez arıqlaya bilməmək

- Bir cüt corab hədiyyəsinə də sevinmək

- Bəzən bir stəkan çayı hər cür içkidən üstün tutmaq

- Yola çıxanda termosda çay götürmək

- Tanımadığı həmyaşıdlarla rahat dil tapmaq

- Bağ, həyət işləri ilə maraqlanmaq

- Üzdəki qırışları azaltmaq üçün kremlər almaq

- Məqsədsiz, lazımlı və ya lazımsız olmağına baxmayaraq əşyaları yığmaq, bəzən gizlətmək

- Hava proqnozuna uyğun geyinməyə çalışmaq

- Evdəki əşyaların yerlərini tez-tez səhv salmaq

- Quş, yaxud hər hansı ev heyvanı saxlamaq

- Gənclikdə oxuduğu kitabları yenidən oxumaq

- Qulaqların böyüməyi

- Tarixi əsərlərin, abidələrin qorunmağının vacibliyi vurğulamaq

- Bəzən etik qaydaları yaddan çıxarıb, ürəyindən keçənləri qarşısındakının üzünə demək

- Daha çox məsləhət vermək

- Tez-tez gəncliyindəki məzəli, gülməli əhvalatları danışıb gülmək

# 3304 dəfə oxunub

Oxşar xəbərlər

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

12:00 13 iyul 2026
Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

15:00 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər