Sevgi və seks statusları həmişə cəlbedicidir

Sevgi və seks statusları həmişə cəlbedicidir
18 iyun 2013
# 07:45

Facebookda divarınızda yazdığınız, paylaşdığınız hər şeyin şərhlərlə, “layk”larla dolu olmasını, Twitter izləyiciləriniz mini keçməsini istəyirsinizsə, aşağıdakıları diqqətlə oxuyun:

Zarafatcıl olun

Çalışın kimisə güldürəsiniz.

Kiçik saytları mən yaratmışam


Sosial şəbəkələrdə özünə inam əsasdır. Nə edirsiniz, edin, sözünüzdən dönməyin. Unutmayın ki, sözünüzü 5 insan unutsa da, biri mütləq yadda saxlayar və bir gün üzünüzə vurar.

Hərtərəflilik

Təkcə Facebook və Twitterlə məşhur olmaq olmur. Hərtərəfli olun, başqa saytlarda da fəal olun: Friendfeed, Flickr, Reddit, Linkedin, Digg və YouTube.

Bloqsuz düşmənin olsun!


Sayıqlasanız da, ağlınıza və ağzınıza gələni yazsanız da olar, əsas odur, bloqunuz olsun. Yazdıqlarınızın Twitter və Facebookda paylaşılmasına da səy göstərin.

Foto paylaşma trendi


Bloqunuza yazmağa bir şey tapmırsınızsa, fotonun ilahi gücünə inanın. Ordan-burdan yığacağınız gözəl qadınların və ya dünyəvi problemləri əks etdirən fotoları paylaşın. Hələ olsa, altına iki sətirlik şeir də atın.

Polemika aparın


Facebookda polemikaya girmək işə yarayır. Nə qədər ağlabatan fikirlər səsləndirsəniz, bir o qədər “layk”larınız artar.

İndi nə edirsiniz?


Dostlarınızı bezdirməmək şərti ilə çalışın, Facebook statusunuzu tez-tez yeniləyəsiniz. Ya zarafatcıl olun, ya rahat. Nə badə dalbadal depressiv statuslar yazasınız.


Şəxsi həyatı unudun


Artıq bütün həyatınız buradadır: “Bu gün heç yerimdən qalxa bilmirəm”, “suyumuzu kəsdilər”, “sevgilimdən ayrıldım, ölürəm”.


Retweet gücü


Twitterdə “retweet” etdikləriniz sizin necə insan olduğunuz haqda ipucları verir.

Nadirlik


Bir film, yazıçı, aktyor; mümkünsə, az tanınan birini çox sevin. Onun haqda sevgi ilə danışın. “Elə maraqlı şeylər tapır ki”, - deyin ki fərqli olduğunuz bilinsin.

Sorğu xəstəliyi


Hamı fikrini bildirməyə, səs verməyə meyllidir. Ona görə, çalışın bloqunuza da sorğu yerləşdirəsiniz.

Trend ovu


Tez-tez “Google Trends” günün ən maraqlı xəbərlərini izləyin. Məlumatlı olduğunuzu göstərin.

Oğurluq


Köşə yazarı, yazıçı, şair – fərqi yoxdur kimdən nə oxuyursunuz, çalışın maraqlı bir cümlə, sitat “çırpışdırasınız”.


Yaxşı profil şəkil işin yarısıdır

Profil şəklinizə elə bir şey seçin ki, maksimum “cool”, xarizmatik, cazibədar görünəsiniz. İnanın, bu, işin yarısıdır.

Etiraz ruhu


Nifrət edin, əsəbiləşin – bir sözlə etiraz edin. “Facebook etirazçıları” həmişə diqqət mərkəzindədir.


Sevgi və seks

Bu cütlük haqqında yazmaq həmişə diqqət cəlb edir, “layk” yağışına düşür.


Fotoqraf olun

Çantanızda bir fotoaparat gəzdirin. Maraqlı kadrları, qarşılaşdığınız maraqlı insanları çəkin. Hətta uçuq-sökük yerləri, yerdəki yarpağı, sınmış stolları da çəkib “kədərli” təsəvvürü də yarada bilərsiniz.

Şərhin gücü


Başqalarının bloqlarını da gözdən qoymayın. Bloqdakı hər hansı bir yazını oxudunuzsa, şərh yazın, özü də Facebookdakı, yaxud Twitterdəki hesab adınızla. Qoyun o bloqçu da sizi tanısın.

Özünüz olun


Əgər maraqsız insan olduğunu düşünürsünüzsə, özünüz olmasanız da olar. Dərd eləməyin. Olmaq istədiyiniz kimi olun, bəlkə vaxt keçdikcə ona oxşayarsınız.

İntellektuallıq

Nyu-York Taymsa hamı baxa bilər, amma hansısa Uqanda saytına heç kim baxmaz. Oralardan bir şey paylaşın ki, sizin nə qədər geniş informasiya çevrənizin olduğunu görsünlər.

# 8685 dəfə oxunub

Oxşar xəbərlər

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında

Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında

12:00 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər