Nasist roluna görə mükafatlandırıldı, üstünə silahla hücum çəkdilər

Nasist roluna görə mükafatlandırıldı, üstünə silahla hücum çəkdilər
11 iyun 2013
# 07:30

Aliyə

-«Şərəfsiz it uşağı» filmində nasist rolunu oynayıb və Kannda «Ən yaxşı kişi rolu» nominasiyasına görə mükafat alıb.

- Niyə ən yaxşı kişi rolu? Məgər o nasist yaxşı kişidir ki?

- Söhbət də ondan gedir də…

(Kristof Valts haqda söhbətdən)

«İlahi, gör neçə ildir kinodayam, nə qədər rol oynamışam. Mükafatı isə nasist roluna görə alıram. Ağlıma sığışdıra bilmirəm».

Bunu aktyor Kristof Valts Tarantinonun məşhur «Şərəfsiz it uşağı» filmində oynadığı Hans Land roluna görə «Ən yaxşı aktyor» nominasiyasında mükafat alarkən düşünürdü. Yazının epiqrafı da təxminən bunu deyir. Əlbəttə, uzun illərdən, onlarla roldan sonra birdən parlamaq şaşırdıcıdır.

Valts kinematoqrafçı ailəsində dünyaya gəlib – onun valideynləri kostyum üzrə rəssam idilər. Babası isə teatr aktyoru idi. Valts teatr məktəbində təhsil alıb. 70-ci illərdə əsasən detektiv seriallarda çəkilib.

Buna qədər o bizə vaxtilə izlədiyimiz «Komissar Reks» filmindən tanışdı. Mütəxəssislərin və publikanın diqqət mərkəzinə isə o, yalnız 2009-cu ildə Tarantinonun «Şərəfsiz it uşağı» filmindəki Hans Land rolu ilə düşdü. Bu rola görə o, Kann festivalında ən yaxşı aktyor nominasiyasına layiq görüldü, «İkinci planda ən yaxşı kişi roluna görə» isə «Qızıl qlobus»la mükafatlandırıldı. Bu rolun gətirdiyi mükafatlar bunlarla tamamlanmır, Kristof bu nasist Hansa görə Amerika Kinotənqidçilər Assosiasiyasının, Amerika Kino Aktyorlar Gildiyasının mükafatlarını aldı, “Oskar”ı qazandı.

Mükafatlar yağış kimi yağdı, amma «Şərəfsiz it uşağı» filmi bu qədər uğurlarına rəğmən birmənalı qarşılanmadı. Onun İkinci Dünya Müharibəsinin alternativ versiyası kimi təqdimatı çoxunda etiraz yaratdı. Elə ssenarini oxuyan Kristofla da bu baş vermişdi: «Oxudum və dedim: Zibildi!»

Amma indi onun bu etirazların qarşılığında kifayət qədər əsaslı fikirləri var: «Bizim müharibəyə özünəməxsus münasibətimiz yoxdur. Bizim reaksiyalarımızı bizə müharibələr haqda verilən məlumatlar diktə edir. «Şərəfsiz it uşağı» İkinci Dünya Müharibəsi haqda alternativ versiya danışdığını gizlətmir. İş onda deyil ki, əslində necə olub deyərək hər şeyi gözdən keçirək. İş ondadır ki, beynimizdə hadisənin mümkün inkişaf variantlarını fırladaq və bu, heç də müharibənin tarixi haqda klassik mövqeyi ləğv eləmir. Şəxsən mən Tarantinonun müharibə haqda bu filmdəki fantaziyalarını məsuliyyətsiz hesab eləmirəm, əksinə məsuliyyətsiz o adamlardır ki, hər şeyin onların eşitdikləri, filmlərində göstərdikləri kimi olduğuna əmindirlər. Kim bilir ki, hər şey əslində necə olub?»

“Mənim Landımın uğuru ondadır ki, o, tam, kamil personajdır, onun cürbəcür cizgiləri var, amma onların hamısı harmonik şəkildə birləşib. Landa darıxdırıcı deyil, maraqlı, mozaik, əqli qabiliyyətləri yüksək olan postmodernist personajdı».

Valts öz qəhrəmanını belə xarakterizə edir.

“Azad olunmuş Canqo” onun karyerasının ikinci böyük uğuru sayıla bilər. Həm də Valts bu filmdə amansız xəfiyyəni yox, qəlbi mərhəmət və sevgi ilə dolu “qanuni qatil”i oynayırdı. Bəlkə bununla Tarantino vəhşiliyin də, insanlığın da milləti yoxdur deyir. Hər halda Valtsın qəhrəmanı yalnız əməllərinə görə deyil, bütün detallarınadək əvvəlkindən fərqlənməyi bacardı. Film boyu onlarla adamı öldürən doktor Şultsun bir arfa musiqisi ilə kövrəlməsinə qədər bütövləşən bir xarakter yaratdı. Aktyorun sözlərinə görə Tarantino az qala bütün personajları üçün, hətta ekranda 3 dəqiqədən də az görünənlər üçün də bioqrafiya yazır. Filmin uğurunun böyük faizi Valtsın oyun üslubunda, janr duyumunda idi: “Tarantinonun filmlərindəki qan əsl qandan daha qırmızıdır və bu onun qandan daha çox metafora olması deməkdir”.

Kann festivalındakı məlum olayda (Kristof Valtsın jüridə olduğu sonuncu Kann festivalında havaya atəş açaraq studiyaya girən hücumçu ordakıları qorxutmuş, amma zərərsizləşdirilmişdi) hücumçunun məhz Kristof Valtsa yönəlib ona “səni varacağam” deməsi də çox ilgincdir. Bəlkə də o, Tarantinosayağı bir tamaşaçı imiş. Kim bilir...

# 3959 dəfə oxunub

Oxşar xəbərlər

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər