news-inner
clock12:43 calendar-gray 06 İyun 2013 view-gray1202 dəfə oxunub
view-gray1202 dəfə oxunub

MKM tədbirinin gərgin anları

Dünən Milli Kitab Mükafatının (MKM) qalibləri açıqlanan zaman insident yaşanıb. Hərbi xidmətdə olan Şəhriyar Del Geranini ən yaxşı gənc yazar mükafatının qalibi elan edən münsif Rəşad Məcid mükafatı yazıçı Əsəd Qaraqaplanın almasına etiraz edərək “Sən gəlmə, mükafatı sənə verməyəcəyəm” deyib.

Qısa təkiddən sonra mükafatı alan Ə. Qaraqaplana R. Məcid "Əsəd 4 roman yazıb, Şəhriyarın bir hekayəsi onların hamısından güclüdür" replikasını atıb.

Baş verən insidentlə bağlı Kulis.az -a danışan R. Məcid Şəhriyar Del Geraninin mükafatını Ə. Qaraqaplana verməyi ədalətsizlik hesab edir: “Şəhriyar Yazıçılar Birliyinin üzvü deyil. Onunla heç yaxın münasibətimiz də yoxdur. Ancaq əsərini oxudum, bəyəndim və qüsurlarını da dedim. Mən istəyirdim ki, mükafatı başqa bir adam alsın. Ən azından Cavidin adını çəkdim. Kəramətlə bir yerdə olublar, o da gəlib ala bilərdi. Əsəd Qaraqaplanın ağzından araq iyi gəlirdi. Mən də təşkilatçılara dedim ki, bu adama mükafat vermək istəmirəm. Əsədin yazdığı 4 roman Şəhriyarın bir abzasına dəyməz. Dünən deyir ki, Arif Əliyevi tanımıram. Ancaq istedaddan danışır, özünə yazıçı, jurnalist deyir. Azərbaycan jurnalistikasında əməyi olan insanı tanımır. Heç onun davranışları, hərəkətləri də ürəkaçan deyil. Dünən də düzgün etdim. Düz danışmağıma da əminəm. Yazıçı kimi böyük iddialarım olmadığı üçün kiməsə qarşı qərəzimdən söhbət belə gedə bilməz. Hər zaman açıq fikrimi demişəm. Heç vaxt altdan-altdan iş görməmişəm”.

Yazıçı Ə. Qaraqaplan isə R. Məcidin dedikləri ilə razılaşmayaraq onun bu hərəkətlə özünü biabır etdiyini bildirdi: “Bir neçə gün əvvəl Şəhriyarla görüşmüşdüm. Özü demişdi ki, əgər qalib olsam mükafatı sən götürərsən. “Əli və Nino”-dan zəng etmişdilər, Şəhriyarın ailəsi rayonda yaşadığı üçünonlaradedim ki, mükafat alacaq adam kimi mənim adım yazılsın. Aqşinin sözü olmasın, Rəşad Məcid ədəbiyyat məmurudur. O dünya ilə bu dünya arasında var gəl edən biridir. Onun aqressiyası həqiqi istedada qarşıdır. 2008-ci ildə birinci gənc ədiblər məktəbi yarananda mənim də adım siyahıya yazılmışdı. Onlar fırıldaqçılıqla, oyunbazlıqla məşğul olduqları üçün oranı tərk etdim. Yaltaqlı yuvası olan Yazıçılar Birliyinə üzv olmadığım üçün bu əlbəttə ki, Rəşad Məcidə xoş gələ bilməzdi. Üstəlik, bir-iki yazımda onu tənqid etmişdim. Onun mənə qarşı göstərdiyi aqressiya bundan qaynaqlanır. Çünki şəxsi müstəvidə bizim aramızda heç bir problem olmayıb. Mənə deyir ki, sənin əsərin 10-luğa düşməyib. Rəşad Məcid bilmir ki, mən Milli Kitab Mükafatını boykot etmişəm? Boykot etdiyim mükafatın onluğuna necə düşə bilərəm?Bir də ki, Yazışılar Birliyinin təşkil etdiyi müsabiqədə dördlüyə düşdüyüm halda imtina etmişəm. Rəşad Məcid bunu da nəzərə alsın.Yaşlı-başlı adamdır, bununla nə demək istəyirsən? Özünü nə hesab edir? Bu suallara cavab verməsini istəyərəm. Deyir ki, içkili olmuşam. Mən içkili deyildim. Ayıb deyil, belə sözlər danışır. Ancaq danışanda mədəniyyətdən, ədəbiyyatdan danışırlar. Belə mənasız işlər lazım deyil. Sonra da deyirlər ki, gənclər elə etdi, gənclər belə etdi. Sən belə edəndən sonra gənclər sənə necə hörmət etməlidirlər? Dünən Rəşad Məcidinin özünə dedim ki, sənə bu lazım idi?”

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020