news-inner
clock08:15 calendar-gray 06 İyun 2013 view-gray2131 dəfə oxunub
view-gray2131 dəfə oxunub

Doğum yox, ölüm gününü qeyd edənlər...

Hər il xüsusilə gözlədiyimiz günlərdən biri də ad günümüzdür...

Həmin gün sevdiyimiz insanları qonaq çağırar, əylənər, çoxlu hədiyyə alar və ən sonda arzu tutub tortun üzərindəki şamları üfürərək söndürərik.

Bəs heç düşünmüsünüzmü, doğum günlərinin qeyd olunması ənənəsi necə yaranıb?

İlk doğum gününü kim edib?

Niyə tort kəsirik?

Şamlar nə məna verir?

Ad günü fironlara məxsusmuş

İndi hamının qeyd etdiyi bu günü əvvəllər yalnız fironlar və onların oğlan övladları keçirirmiş.

İlk ad günləri Misirdə, sonra da Babilistanda qeyd olunmağa başlayıb.

Tarixdə yer alan ilk doğum günü yığıncağı Miladdan 3000 il əvvəl yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərdə ailə, dostlar, xidmətçilər, hətta kölələr də iştirak edirmişlər. Həmin günün şərəfinə həbsdə olanlar əfv edilər, əsirlər sərbəst buraxılırmış.

Doğum yox, ölüm gününü qeyd edənlər...

Misirlilər və farslardan yunanlara keçən doğum günü adətinə burada tort kəsmə də əlavə olunub. Ayın və ov tanrısı Artemisin yenidən doğulması şərəfinə hər ayın altıncı günü üzərində şamlar olan tortlar kəsilirmiş. Tort və şam yandırma adətini gətirmiş yunanlar sadəcə kişilərin ad gününü qeyd ediblər, hətta həmin insanlar öləndən sonra da yığıncaqlar keçiriblər.


Xristianlıqdan əvvəl Romada imperatorların və əhəmiyyətli dövlət adamlarının ad günləri Senatın qərarı ilə milli bayram elan edilirmiş. Sezarın ad günü isə əsl festivala dönürmüş.

Xristianlığın gəlməsi ilə bütün bu adətlər də yox olub. İlk xristianlar illərlə dünyanın zülm və sıxıntı dolu bir yer olmasına inanıblar. Ona görə də insanın dünyaya gəlməyini deyil, ölüm günü qeyd edirmişlər.

Miladdan sonra 245-ci ildə din adamları Həzrəti İsanın doğum gününü qeyd etməyə başlasalar da, kilsə buna qarşı çıxıb və bunun fironlara məxsus bir adət olduğunu deyib.

Kilsənin ad gününə münasibəti dördüncü yüz illikdən sonra dəyişib və Həzrəti İsanın doğum günü dekabrın 25-i “Christmas” bayramı kimi qeyd olunmağa başlayıb.

Doğum gününün qadınlar və uşaqlar üçün də keçirilməsi üçün 800 il də gözləmək lazım gəlib.

İndiki ad günlərimizin ideyası necə yaranıb?

Avropada indiki kimi yığıncaqlar on ikinci yüz illikdən sonra başlayıb. Bundan başqa, yunanların tort kəsmə adəti artıq toylara da şamil olunmağa başlayıb. Tortun yeni evli cütlüyə bərəkət, çoxuşaqlılıq və xoşbəxtlik gətirəcəyinə inanırmışlar.

Ancaq tort dedikdə, indi yediyimiz “mərtəbəli”, bol kremli, bəzəkli şirniyyat ağlınıza gəlməsin. O zamanların tortu indinin “keks”i formasında olub. Bizim bildiyimiz tortlar isə 13-cü əsrdə Almaniyada meydana gəlib. Almanlar uşaqlarına indikindən də çox diqqət yetirirmişlər. Uşaqların ad günləri az qala festival kimi keçirilirmiş.

Səhər sübh yeri ağarmağa başlayan vaxt uşaq yuxudan oyadılırmış. Tortun üzərindəki şamlar axşam yeməyinə qədər daim dəyişdirilib və daim yanması gözlənilirmiş. Axşam yeməyində uşaq şamları üfürərək söndürür və bayram başlayarmış.

Tortun üzərində uşağın yaşından bir ədəd artıq şam qoyurlarmış. Bu da bir gün “sönəcək” həyatın işığını göstərirmiş. Uşağa həmin gün çoxlu hədiyyələr gələr, ən sevdiyi yeməklər bişirilərmiş.

Ad günündə tortun üzərindəki şamları üfürərkən arzu tutmaq və onu heç kimə söyləməmək adətləri də almanlardan qalmadır.

news-inner-user
Rəna Nevzat

297 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovmasan, özünü qurd zənn ediər – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020
Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
10:36 22 Oktyabr 2020
Azərbaycanlı rejissora ağır itki
10:07 22 Oktyabr 2020
Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?
09:00 22 Oktyabr 2020
“Oyaq gözəl” tamaşası onlayn göstəriləcək
19:17 21 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020
Ən çox qorxu yaradan film müəyyənləşib
15:47 21 Oktyabr 2020
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular – Dilbərin məşəqqətli həyatı
15:05 21 Oktyabr 2020
Fransız səyyahın İrəvan təəssüratları yayımlanacaq
14:02 21 Oktyabr 2020