news-inner
clock08:45 calendar-gray 01 İyun 2013 view-gray1752 dəfə oxunub
view-gray1752 dəfə oxunub

Anaların ən yaxşı bildiyi 20 şey

Analıq genləmi ötürülür, yoxsa gizli təlimlərmi keçirlər? Necə olur ki, bir-birilərinə bu qədər oxşayırlar? Bəzi şeylər var ki, doğrudan da onu analardan yaxşı bacaran olmur.

Kulis.Az anaların ən yaxşı bildiyi 20 şeyi təqdim edir:

Dostları araşdırma mərkəzi

Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız “usta aşpaz”dır!

Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: “Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin tərifin ondan götürəsən?” deməsi əsl fəlakətdir.


Analar “axtarış” sistemi kimi

10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. “Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.


Vaxtında yuxudan durmaq

Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub “5 dəqiqə də yatım, duracam”, - deyib yenidən yatacaqsınız. Bircə ananıza “Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.


Hər şeyin ən ucuzunu tapmaq

Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala bilirlər.

“O lazım idi axı mənə…”

O dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.

Meyvə doğramaq

Məsələn, şaftalını soymaq istəsəniz meyvənin yarısı qabığında gedəcək. Ancaq analar bunu elə səliqəli şəkildə edirlər ki, insan oturub tamaşa etmək istəyir.


Dinləməkdən yorulmazlar

Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız dərdinizi dinləməkdən heç vaxt bezməz. Düzdü, məsləhətləri bizə uyğun olmur, amma hərdən yerinə düşənləri də eşidirik.


Təmizkarlıq xəstəliyi

Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da, analarımızın gözündə həmişə “səliqəsiz” oluruq. Evə, otağa girən kimi təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq bilməzlər.


Ana, qutardı!

İndi boynunuza almasanız da, uşaq vaxtı hamı kimi siz də tualetdən “ana, qutardı!”,- deyə səslənmisiniz. Deyin, anadan başqa kim edər bunu?


Ad günü dəftəri

Analar hamının ad günlərini əzbər bilərlər. “Bibinə zəng vur, bu gün ad günüdür”, - deməsə, heç kimi yadına düşməz. Analar olmasa, qohum-əqrəba ilə bütün əlaqələrimiz kəsilər…


Analar ən etibarlı bankdır!

Ayın axırı çatıb, maaşınız bitib. Belə vəziyyətdə yenə analar yada düşür. Onların hamıdan gizlin kassaları var.

Kürəyə əski qoymaq

Az qala dördüncü sinfə qədər davam edən haldır. Xüsusən oyun vaxtı qaçıb tərləyəndən sonra analar hardansa bir əski çıxarıb dərhal belimizə qoyardı. Hələ qonaq gedəndə, beş-altı köynək daşımağın nə qədər praktik bir şey olduğunu, ancaq böyüyəndə anlaya bilərik.


Sirrini anaya ver!

Ailədə həmişə belə vəziyyət olur: ana atadan nəsə gizlədir. Evə gec gələndə atanıza bir yalan uydurar, evə içkili gələndə başqa bir şey düşünüb sizi vəziyyətdən çıxarar.

Heyvanların da dostu

Yalvar-yaxar alınan bütün heyvanlar axırda ananın ümidinə qalır. Əvvəl saxlamaq istəməsə də, sanki övladının “günahını yumaq” üçün heyvanlarla dostlaşar, vaxtında yeməklərini verər, suyunu dəyişər. Yenə də ana…


Danlamağa bir candır!

“Filan şeyi niyə etməmisən?”, “Sizə bir şey tapşırmalı deyil” kimi cümlələri eşitmək artıq adi haldır. Analar sizi bütün hallarda danlaya bilər, lap Amerikanın prezidenti olsanız da.

Texnik analar

Evdə ütü, “razetka”, adapter xarab oldumu, analar bütün texniki alətləri tökər və düzəldər. Lampa dəyişmək isə uşaq oyuncağıdır onların əlində.

“Qalın geyin”

Qış vaxtı lap kürk geyinin, yenə analarımız “Qalın geyin”, yazda “Qalın bir şey götür”, “Xəstələnərsən a, nazik geyinib çıxma” kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.

Uşağı etibar etmək

“Nəvə övladdan şirindir”, - atalar sözünü əsas gətirib, bütün evli cütlüklər bir tədbir, iş çıxan kimi uşaqlarını dərhal analarının yanına qoyub çıxırlar. Bundan sonra heç zəng vurmasanız da olar. Çünki analar hamıdan yaxşı baxar onlara.

“Yemək” poçtu

Rayonlardan paytaxta oxumağa, işləməyə gələnlərin ən sevdiyi vaxt – analarından “yemək” poçtunun gəldiyi vaxtdır. Analar nəyinki rayondan Bakıya, lazım olsa, Amerikaya, Afrikaya da yemək sovqatınızı göndərər, təki siz istəyin…

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020