news-inner
clock16:34 calendar-gray 22 May 2013 view-gray2155 dəfə oxunub
view-gray2155 dəfə oxunub

Müştərinin xadiməyə seksual təcavüzü

66-cı Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramında yarışan müəlliflər və filmlər arasında “Kann veteranlarından” Roman Polanskinin “La vénus à la fourrure” (“Venera Kürkdə”) , Əsgər Fərhadinin “The paste” (“Keçmiş”), tanınmışlardan Fransua Ozonun “Jeune & jolie” (young & beautiful) ( “Ceyn və Coli” –“gənc və gözəl”), Stiven Soderberqin “Behind The Candelabra” (“Çilçıraqlar arxasında”), Paolo Sorrentinonun “Qeyri-adi gözəllik”, Koen qardaşlarının “Inside Llewyn Davis” (“Devis Lyuinin içi”) var.

Xatırladaq ki,qiymətləndirmə komissiyasının tam heyəti açıqlanmır, amma jürinin sədri Stiven Spilberqdir. Tammetrajlı əsas müsabiqədə 19 film yarışır.

“Qızıl Palma budağı”nın kölgəsini hiss edənlər

Mətbuatın fikrinə görə qalibiyyətə yaxın filmlər bunlardır:

Çje Çjankın “Günahın izi”

“Qızıl Şir” mükafatı laureatı Cje Çjanq bu filmində tarixi macəraya müraciət edib. Şaxtaçı Daxay kənd rəhbərlərinin korrupsiya qurşanmasından hiddətlənir və buna qarşı nəsə etmək fikrindədir. Miqrant işçi Salyer odlu silah işlətmək üçün sonsuz sayda imkanlar kəşf edir.

Sauna xadiməsi Syao Yu varlı müştərinin seksual xarakterli təcavüzündən cana doyub.

Syao Quy hər dəfə işini daha pis şərtlərlə dəyişməyə məcbur qalır.

Bu dörd personaj inkişaf etməkdə olan müasir Çin cəmiyyətinin simasıdır.

Abdlətif Keşişin Adelin həyatı” erotik dramı üç saatdan artıq çəkir. Film qeyri-adi bir qadınla tanış olan qızın həyatı barədədir. O, yeni tanışlıqdan sonra qərara gəlir ki, saçını tünd göy rəngə boyasın. Çünki o qadına vurulub.

Qalib olacağı ehtimal olunan son film Oskar almış yeganə iranlı rejissor Əsgər Fərhadinin “Keçmiş” filmidir. Əsgər Fərhadinin bu filmi də boşanma ilə başlayır. Əhməd və onun fransız arvadı ayrı yaşayırlar. Boşanma sənədlərini qaydaya salmaq üçün Mari Əhmədi Tehrandan Parisə çağırır. Əhməd Parisdə arvadı Mari və qızı Lüsi arasında mübahisələrə şahid olur və keçmişin sirri açılır.

Çoxluğun sevdiyi rejissor Fransua Ozonun “Jeune & jolie” (Young & Beautiful) filmi fəsilərin fonunda 17 yaşlı qızın portretini yaradıb. Filmin ssenari müəllifi də rejissor özüdür.

Roman Polanskinin 87 dəqiqəlik “Venera kürkdə” filmində isə Toma adlı teatr rejissoru hazırladığı tamaşaya qadın qəhrəmanı axtarır. O, istedadlı və ona lazım olanı axtarmaqdan təngə gəlib. Birdən Vanda peyda olur. Vanda rejissorun nifrət etdiyi hər şeyi özündə cəmləyib-vulqarlıq, məqsəd üçün hər şeyi vasitəyə çevirmək və s. Toma başdan etmək üçün onu dinləyəcəyini söyləyir və bu dinləmələrdə başqa Vanda ilə - hazırlamaq istədiyi tamaşanın qəhrəmanı ilə tanış olur. Filmin ssenari müəllifiDevid Ayvesdir.

Rusiyadan Kannda iştirak edən yeganə film Taisi İqummentsovanın tammetrajlı debütü “Otdat Konci” (“Son vermək”) adlı tragikomik apokalipsisdir. Qeyd edək ki xanım rejissorun əvvəlki filmi Kann festivalının “Sinefandasyon” qısametrajlı müsabiqənin baş mükafatını almışdı. Filmdə bir kənddə insanların bəşəriyyətin gözlənilən son gününü necə qeyd etmələrindən danışılır: onlar bayram düzəltməyi qərara alırlar, stollar bəzəyir, dadlı yeməklər bişirir, bəziləri isə həyatının ən vacib qərarını verir. Gözlənilən baş vermir. Amma bu onsuz da onların həyatında dəyişiklik baş verən gün olur.

Film festivalın xüsusi nümayiş proqramına salınıb. Bu müsabiqənin jürisinə isə danimarkalı Tomas Vinterberq rəhbərlik edir.

Əsas qısametrajlı film müsabiqəndə 9 film yarışır. Bunların içində Əli Əsgərinin, Adriano Valerionun, Elizabet Benkovskanın, Məhəmməd və Əhməd Əbunəsrlərin, Annarita Zambrandın filmləri var.

Əli Əsgərinin 15 dəqiqə çəkən “İki saatdan artıq” filmində oğlan və qız, qıza kömək edəcək xəstəxana axtarırlar. Amma bu onların düşündüyü qədər asan deyilmiş.

Annarita Zambrandın “Ofeliya” qısametrajlı filmi 12 yaşlı Tomasın və 9 yaşlı Simonun sevimli əyləncəsindən, heyranlığından bəhs edir. Onlar velosipedlə çimərliyə gəlir və vurğunu olduqları qızı, onun çılpaq bədənini seyr edəndə həyəcan keçirirlər.

Xatırladaq ki, Kann festivalının laureatları mayın 26-da elan olunacaq.

news-inner-user
Aliyə

996 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Alber Kamyunu “KQB” öldürüb – Şok fakt
16:46 11 Dekabr 2019
"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir
16:05 11 Dekabr 2019
Hüseyn Cavidin oğlunun kitabı çap olundu - Foto
15:28 11 Dekabr 2019
Payız tökülür saçından - Yeni şeirlər
14:47 11 Dekabr 2019
Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
14:20 11 Dekabr 2019
Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
13:46 11 Dekabr 2019
Nəğməkar Xalq şairi – Müşfiq Şükürlüdən sərt tənqid
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019
Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11:38 11 Dekabr 2019
Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinə təqdim olundu
11:16 11 Dekabr 2019
“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır - Şok açıqlama
10:53 11 Dekabr 2019
Fərqanə Qasımova Fransada konsert verdi
10:29 11 Dekabr 2019
Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
10:15 11 Dekabr 2019
Qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa - Premyera
09:30 11 Dekabr 2019
Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
09:01 11 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019
Məşhur rok ulduzu dünyasını dəyişdi
18:12 10 Dekabr 2019
Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
17:30 10 Dekabr 2019
Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
16:45 10 Dekabr 2019