news-inner
clock08:30 calendar-gray 23 May 2013 view-gray5501 dəfə oxunub
view-gray5501 dəfə oxunub

Qayınatasının pulu ilə cinsiyyətini dəyişən transseksual

Türkiyənin Bursa vilayətində doğulan transseksual Öykü Özən hazırda daşınmaz əmlak üzrə məsləhətçi işləyir. 40 yaşlı Özən media gündəmini bir neçə il əvvəl qayınatasının maddi dəstəyi ilə keçirdiyi cinsiyyət dəyişikliyi əməliyyatı ilə zəbt etmişdi. İndi isə ərindən boşanıb, üstəlik ərinin sevgilisinə açdığı təzminat iddiası ilə yenidən diqqəti üzərinə çəkib.

Kulis.az məhkəmə qərarı ilə transseksual olan ilk tür- Öykü Özənlə maraqlı müsahibəni təqdim edir:

Ömərin Öyküyə çevrilməyi

Oxuyub-yazmağı bilməyən, kasıb ailədə dünyaya gələn Öykünün o vaxtkı adı Ömər olub. Elə uşaq vaxtından oğlanlar kimi olmadığını hiss edib: “Qızlarla oynayırdım, anamın paltarlarını geyinirdim. Hamı mənə “qız Ömər” deyirdi. Yığıncaqlarda göbək rəqsi oynamağı xoşlayırdım”.

İbtidai sinifdən sonra Orhangazi Mərkəzi Quran Kursunda təhsil almağa başlayıb. Bir neçə il sonra məktəbini dəyişmək məcburiyyətində qalıb: “Üstümüzü yoxlayırdılar. Mənim cibimdən ancaq dırnaq boyaları və o vaxtlar çox sevdiyim Tom Kruzun şəkilləri çıxardı. Depressiyaya düşürdüm, məktəbi tez-tez dəyişirdim. Dəfələrlə hafizlik müsabiqələrində ilk pillələri tutmuşam, məncə, hər şey Allahın əlindədir. Yaşadıqlarımın düzgün olduğuna inanıram”.

İlk dəfə cinsiyyəti ilə bağlı narahatlığını necə etiraf etdiyini isə belə xatırlayır: “Tarixçi Sadiq müəllimimə etiraf etmişdim. Narahatlığımı, hisslərimi açdım. O gündən sonra mənimlə münasibəti kəsdi. “Quran” müəllimimə dedim, məni acıladı. Ərəb dili müəlliməm Əminə xanım isə məni başa düşdü, onun sayəsində intihar eləmədim. Məktəb yoldaşlarımın çoxu indi imamdır. Bəziləri ilə arada görüşürəm”.

“Mən də Zəki Mürən kimi doğulmuşam, gələcəkdə də Bülənt Ərsoy kimi olacam”

Artıq gənclik çağına keçən Ömərə anası bir gün: “Nə vaxt evlənəcəksən?” deyib. Onun cavabı isə çoxdan hazırmış: “Mən də Zəki Mürən kimi doğulmuşam, gələcəkdə də Bülənt Ərsoy kimi olacam”.

Anası onu başa düşüb və bu mövzunu bir daha açmayıb. Atası isə: “Oğlum necə istəyir, elə də yaşayar” deyib hamını susdurarmış.

Ömərin cinsiyyət dəyişikliyi universitet həyatına da təsir edib. Uludağ Universitetinin Tekstil Mühəndisliyi fakültəsinə daxil olsa da, təhsilini yarımçıq qoyub: “Transseksuallığıma görə ikinci kursda universitetdən uzaqlaşdırıldım. Geylərlə gəzib əylənməyə başladım. Partilərin birində Mehmet adlı oğlanla tanış oldum. Ofisiant işləyirdi. Əsl istədiyim kimi kişi idi. Vaxt ötdükcə münasibətimiz ciddiləşdi, birlikdə yaşamağa başladıq. Atasını tanış elədi mənimlə. Yazıq kişi transseksual görüb şoka düşmüşdü. Mehmet atasına əməliyyata girmək istədiyimi dedi”.

Qayınata pulu ilə cinsiyyət dəyişikliyi

Hadisələr bundan sonra daha maraqlı məcrada davam etməyə başlayıb: “Türkiyədə məhkəmə qərarı ilə əməliyyat keçirib transseksual olan ilk insanam. 2003-cü ildə əməliyyat olunacaqdım, Səhiyyə Nazirliyi imkan vermədi. Bu hal bir dəfə də təkrarlandı. Nəhayət 2006-cı ildə professor Cüneyt Özək məni əməliyyat etdi. Əməliyyatın pulunu anam və qayınatam bankdan kredit götürüb ödəmişdilər. Sonra “cinsiyyət təyini” üçün məhkəməyə müraciət elədim. 2007-ci ilin 8 Mart Beynəlxalq Qadınlar günündə pasportumu aldım. Adımı da trans dostlarım qoydular. Dedilər, həyatın hekayə kimidir. Elə adın da Öykü olsun. Həmin il Mehmetlə evləndik. Toyda trans dostlarımla kənddən gələn qohumlarım yığışıb oynadılar yaxşıca”.

Öykü bu qədər mübarizədən sonra sosial aktivist kimi də məşhurlaşmağa başlayıb. Transseksualların hüquqlarını müdafiə məqsədi ilə “Göyqurşağı” dərnəyini çətinliklə də olsa, qeydiyyatdan keçirə bilib: “272 üzvümüz vardı. Bir neçə aydan sonra bağlamaq istədilər. “Fahişəlik etməyin, işləyin” dedilər, qızlarla yığışıb “İŞKUR”a müraciət etdik. Əksəriyyətimiz iş tapdıq ordan. Amma dərnəyimizi bağladılar, haqqımda da “mənfəət məqsədli cinayətkar təşkilat qurmaq” iddiası ilə cinayət işi açdılar. 4982 il həbs istədilər! Ərimi də həbs etdilər. Məhkəmə mənə 36 il həbs verdi. 28 aylıq həbsdən sonra azadlığa buraxıldım”.

“Ərim məni döyməyə başlamışdı”

Öykü həbsxanada da boş oturmayıb, işləyib pul qazanıb, hətta ərinə arada pul göndərirmiş: “Muncuq işi ilə məşğul olub pul qazanırdım. Ərimə də pul göndərirdim. 2011-ci ildə eyni gündə həbsxanadan çıxdıq. Amma problemlərimiz yarandı. Ərim tez-tez məni döyüb evdən qaçırdı. Bir dəfə qulağımı dişləyib qoparmışdı. Polisə şikayət etdim. Altı ay evdən uzaqlaşdırma qərarı çıxarıldı. Çox keçmədi ki, onun məni aldatdığını öyrəndim. Xəyanət iddiası ilə məhkəməyə getdim, bu ayın axırı boşanma məhkəməmiz olacaq. Məni aldatdığı qadını da məhkəməyə vermişəm, təzminat istəyirəm. Qadın məhkəmədə: “Evli olduğunu bilmirdim” desə də, ərimin telefonunu gizlicə götürüb polisə verdim, ifadəsinin yalan olduğu çıxdı ortaya. Məhkəmə qərarı ilə qadın mənə 9 min lirə təzminat verəcək”.

“Artıq azad qadınam!”

Öykü üçün boşanma qərarı o qədər də asan olmayıb. Son dəqiqəyə qədər əri ilə barışacağına ümid edirmiş: “Paltarlarını atmamışdım, dedim bəlkə düzələr, geri qayıdar. Amma bayramda hamısını yığıb kasıb-kusuba verdim, savab qazandım. İndi Braziliyaya getmək istəyirəm. Artıq azad qadınam. Çimərlikdə uzanıb qaralmaq, samba oynamaq istəyirəm”.

“CHP-dən namizəd olmaq niyyətindəyəm”

Öykü ilk transseksual millət vəkili olmağa iddialıdır: “Türkiyənin ilk transseksual millət vəkili olmaq istəyirəm. CHP-nin (Cümhuriyyət Halk Parti – red.) Bursadakı nümayəndəsiyəm. Bursada Cinsi Azlıqlar Komissiyasını qurmaq niyyətindəyəm. Partiyaların qadın və gənclik komissiyaları var, cinsi azlıq komissiyası niyə olmasın?”

Mənbə: “Hürriyət” qəzeti

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
21:00 24 İyun 2021
BMT-nin nümayəndəsi Bakıdakı erməni kilsəsində olub
19:02 24 İyun 2021
Nişanını qaytarıb qohumu ilə evləndi, sevgilisi damarlarını doğradı, arvadı ona görə özünü öldürdü – Video
18:15 24 İyun 2021
Nüsrət Kəsəmənlinin oğlu Şuşaya görə medal aldı
17:40 24 İyun 2021
Cinsi yolla çoxalma sona çatır: Seksdən qurtuluş
17:30 24 İyun 2021
Azərbaycanlı prodüser iş yerində öldü
16:47 24 İyun 2021
Xalq şairinin kitabı təqdim edildi
16:44 24 İyun 2021
Kann festivalının münsiflərinin çoxu qadınlar olacaq
16:04 24 İyun 2021
Qasımın metamorfozu – Yeni hekayə
15:37 24 İyun 2021
Nizami haqda musiqi albomu təqdim olunub
14:55 24 İyun 2021
Cem Yılmazdan peyvənd açıqlaması: Bunun üçün axmaq olmaq lazımdır
14:12 24 İyun 2021
Azərbaycan-İraq mədəni əlaqələri müzakirə olundu
13:36 24 İyun 2021
Kəlbəcərli şair ata ocağına getdi, şeirlər yazdı - Fotolar
12:50 24 İyun 2021
Həkim olmaq istədi, 18 ay daş daşıdı, namaz qıldı – Elçibəy haqda 10 inanılmaz fakt
12:11 24 İyun 2021
Bütün azərbaycanlıların əzbər bildiyi şeir – Mətn
11:30 24 İyun 2021
Uyuşdurucudan çürüyən 16 yaşlı Aykalar - Tarqovıda, Neftçilərdə, Qaraçuxurda...
11:01 24 İyun 2021
Gənc şairimizin kitabı Özbəkistanda çap olunub
10:37 24 İyun 2021
Tanınmış yazıçımızın xanımı vəfat etdi
10:05 24 İyun 2021
Ayaz Salayevin başına bəla olan qadın – Zamin Hacı yazır...
09:01 24 İyun 2021
7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021