Səddam Hüseynə, Bin Ladenə bədənini təklif edən deputat danışır

Səddam Hüseynə, Bin Ladenə bədənini təklif edən deputat danışır
22 may 2013
# 07:30

80-ci illərin porno ulduzu, sabiq italyan millət vəkili Çiççolina mayın 26-sı Roma Bələdiyyə Məclisinə üzvlük üçün keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrindədir.

Çiççolina dünyada tanınmış porno ulduzdur. Dünyada sülhü bərqərar etmək üçün əvvəlcə Səddam Hüseynə, sonra Əl-Qaidə lideri Üsamə bin Ladenə seks təklif edəndən sonra çox məşhurlaşıb.

1987-ci ildə millət vəkili seçilmiş müğənni bu günlərdə yenidən siyasətə qayıtmağı planlaşdırır.

Namizədliyini Liberallar Partiyasından irəli sürüb.

Kulis.az 62 yaşlı Stallerlə müsahibəni təqdim edir:

- Əvvəl Yaşıllar Partiyasının, sonra Radikal Partiyanın üzvü olmusunuz. İndi də yolunuza Liberallar Partiyası ilə davam edirsiniz. Siyasətdəki hədəfiniz nədir?

- Liberallar Partiyasının siyasi ideologiyasını bəyənirəm. Birinci hədəfim italyan siyasətindəki korrupsiya ilə mübarizədir, çünki axır dövrlərdə çox artıb. Sonra gənclər rahat sevişsin deyə “Sevgi parkı” saldırmaq istəyirəm. Orada öpüşmək, sevişmək sərbəst olacaq. Bundan başqa ailədaxili zorakılığa məruz qalan qadınlara, diqqətdən kənar qalan yaşlılara kömək etmək niyyətindəyəm.

- Parlamentdə olduğunuz vaxtlarda eynicinslilərin evliliyini dəstəkləyirdiniz. İndi nələr etməyi düşünürsünüz?

- Mən heteroseksualam, düşünürəm ki, homoseksualların da bizə verilən hüquqlardan yaralanmaq haqları var. Bunun üçün əlimdən gələni edəcəyəm.

- Başqa nə planlarınız var?

- Heyvanlara qarşı zorakılıq edənlərin cəzalandırılmağını, məhbuslara insan ləyaqət və şərəfinə münasib davranılmağını istəyirəm. Fahişəlik, marixuana və xaşxaşın eynən Amsterdamdakı kimi leqal olmağını təklif edəcəyəm. Çünki fahişəlik və marixuana leqallaşmasa, indiki kimi müxtəlif mafiyaların əlində cəmləşəcək. Gənc qadınlar pul qazanmaq üçün küçələrdə, yollarda özlərinə müştəri axtarırlar. Hələ üstəlik zorakılığa məruz qalır, həyatlarını təhlükəyə atırlar. Ona görə, bu sahənin də dövlətin nəzarətinə keçməyi daha faydalı olar. Dövlətin bu qadınlara tibbi dəstəyi çox vacibdir.

- Deputat olanda da porno filmlərə çəkilirdiniz. O vaxtdan nələr dəyişib?

- O vaxtlar “pis qız” idim (gülür). Təkcə İtaliyada deyil, dünyada da porno diva sayılırdım. Parlamentdəki ən yaxın dostlarım yaşıllar və sosialistlər idi. Mühafizəkarlar məni sevmirdilər. İtaliyada korrupsiya kimi böyük problem olduğu halda mənim porno filmdə çəkilməyim adi bir şeydir. Parlamentdəki deputatlar yaxşı maaş alırlar və yaxşı yaşayırlar, halbuki gənclər işsizdir və bəzi ailələr ayda cəmi 300 evroya yaşamaq məcburiyyətindədir. Bunlarla məşğul olmaq lazımdır.

- Sülh qarşılığında Səddam Hüseynə, 11 sentyabrdan sonra isə Üsamə bin Ladenə seks təklif etmişdiniz. Təklifiniz ciddi idi?

- Bəli, çox ciddiydim. Müharibəyə qarşıyam və sülh üçün yatardım onlarla.

- Hazırda sülh üçün kimə seks təklif edərdiniz?

- İndi dünyada müharibəyə səbəb olan o qədər insan və hadisələr var ki! Hansına seks təklif edəsən?! Dünyanın hər yeri müharibələr qaynayır. Yoxsulluq yüksək həddədir.

Mənbə: “Hürriyət” qəzeti

# 7668 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər