news-inner
clock09:00 calendar-gray 21 May 2013 view-gray2387 dəfə oxunub
view-gray2387 dəfə oxunub

Gürcüstan prezidentinin qəzəbinə tuş gələn “yaramaz”

MamukaKikaleyşvilinihamımızrejissorVaqifMustafayevin“Yaramaz”filmində oynadığı Hətəm rolu ilə tanıdıq. Filmlərdə canlandırdığı rollarla minlərlə insanın qəlbində taxt quran Mamukanın həyatı enişli-yoxuşlu oldu. O, cəmi 40 il ömür yaşadı. 40 illik həyatına böyük bir tərcümeyi-hal sığışdıra bildi.

M. Kikaleyşvili 1960-cı ildə avqustun 10-da Tbilisidə anadan olub. Aktyor 1981-ci ildə Şota Rustaveli adına Tiflis Dövlət Teatr və İncəsənət İnstitutunu bitirib. 1984-cü ilə kimi K. Marcanaşvili adına Tiflis Dram Teatrında işləyib. Sonra isə Gürcüstan Film Kinostudiyasının aktyoru kimi çalışmağa başlayıb.

M. Kikaleyşvilinin kinoda debütü 1982-ci ilə təsadüf edir. "Bir yerdə olduğumuz vaxtlardan" filmində özünü sınayan aktyorun uğuru həmyerlimiz Vaqif Mustafayevin 1988-ci ildə çəkdiyi "Yaramaz" filmində baş rol aldıqdan sonra başlayır. Qabrovo kinofestivalında mükafata layiq görülən “Yaramaz” filmi Mamukanın bir aktyor kimi məşhurlaşmağında böyük rol oynayır.

İşi qaydasında getməyən, sadəliyinə görə insanların lağ obyektivə çevrilən Hətəm obrazını canlandıran Mamuka oynadığı rolun öhdəsindən məharətlə gəlir.

M. Kikaleyşvili “Yaramaz” filmi üçün seçilmiş adı gözəl hesab edirdi: ““Yaramaz” - çox gözəl addır. Adətən, bizdə belə olmur, personajlar haqqında belə sərt fikirlər düşünmək olmaz. Filmi yalnız öz aralarında, ailədə müzakirə edən tamaşaçılar belə ifadələrə yol verə bilərdilər. Filmin yarısı keçəcək, ancaq biz hələ də bilməyəcəyik ki, bizə təqdim olunacaq yaramaz haradadır...”

Daha sonra Rezo Çxeidzenin "Don Kixotun həyatı və Sanço" filmində Sanço Pansa rolunu oynayan Mamuka 1994-cü ildə L. Uzunyanla birlikdə, baş rolda oynadığı "Məğlub mələk" filmində özünü rejissor kimi də sınayır.

1997-ci ildə aktyor Villen Novakinin "Noxud üstündə şahzadə" filmində, 1998-ci ildə İqor Maslyaninkov və İoanna Xmelyovskayanın "Mərhum nə dedi" detektivinin ekranlaşdırılmasında rol alır.

Mamuka işinin öhdəsindən gələ bilməyən rejissorların filminə çəkilmirdi: “Baxın, Georgi Daneliya. Həmişə onu sevmişəm, hələ "Uzaq məsafə”dən. Onun filmlərində yolu keçən pişik balasını, hətta stulu da oynamağa razıyam. O, həqiqətən gürcü filmləri çəkir. Onun filmlərində hər zaman bəşəriyyətə və öz xalqına sevgi hiss olunur. Onun "Mimino"su "Pravda" qəzetinin üstündə yazılmış “Bütün dünyanın proletarları birləşin" şüarını qəzetin özündən daha yaxşı ifadə edir. Təzəlikcə çəkdiyi "Pasport" filmində rolum çox kiçikdir, ancaq buna baxmayaraq bu rol mənim üçün ustalıq və sevgi məktəbi oldu”.

90-cı illərin sonunda Gürcüstanı tərk etməli olan M. Kikaleyşvili Moskvaya üz tutur: "Mənim Gürcüstandan getməyimin başqa səbəbləri də vardı. Baxmayaraq ki, mən orda yaradıcılıqla məşğul olurdum, ancaq siyasi qalmaqallar yaşamışdım. Məni xalq düşməni elan etdilər. Əgər bütün varlığınla eks-prezidentimiz Zviad Qamsaxurdiyanı dəstəkləmirdinsə düşünürdülər ki, sən dövlətin əksinə gedirsən. Bir çox dillərdə - fransız, ingilis, alman, yunan, rus danışan Qamsaxurdiya karetasını millətçilik üzərində qurmuşdu. Ziyalılar isə bununla barışmadı və bu zaman başlandı! İnsanları tuturdular. Məni də həbs etmişdilər".

Moskvada müxtəlif filmlər və seriallarda çəkilən M. Kikaleyşvili Gürcüstanın Rusiyadakı səfirliyində mədəniyyət üzrə attaşe vəzifəsində çalışırdı. Öz sözlərinə inansaq Moskvada çox xoşbəxt olduğu arvadı Tatyana ilə yaşayırdı. Lakin buna baxmayaraq, Mamuka, vətəni Gürcüstan üçün çox darıxırdı. Oğlu Andro Gürcüstanda qalmışdı: "Əlbəttə, başqa ölkədə yaşamaq çox çətindir”.

Son illərdə öz teleşousunu hazırlamaq istəyirdi. Şounu yaratmaq ideyası hələ Vlad Listyevin sağlığında yaranmışdı. Burada hər şey - gülüş, sevinc və kədər olmalı idi. Mamuka bunların hamısını tamaşaçıya verə bilirdi. Amma qismət olmadı...

2000-ci il aprelin 26-da Mamukanın həyat yoldaşı Tatyana onu çarpayıda uzanmış vəziyyətdə, yanında yuxu dərmanı həbləri ilə tapır. Təcili tibbi yardım xidmətinə məlumat verir ki, əri huşsuz haldadır. Bir həftə həkimlər ölümlə mübarizə aparsalar da Mamuka Kikaleyşvili mayın 3-də dünyasını dəyişir...

Onu ölümə aparan səbəblər haqda isə çox danışmaq olar.

Təpədən dırnağacan aktyor olan Mamuka özü, həyatı haqda bu fikirləri səsləndirirdi: “Tutduğu vəzifədən asılı olmayaraq tələb olunmamış aktyor yer üzündə ən bədbəxt adamdır”.

Ölkəsində xalq düşməni elan olunaraq həbs edilmiş, vətənindən didərgin düşən və övlad həsrəti ilə yaşayan Mamuka Kikaleyşvili 40 yaşında həyatda minlərlə insanı ağladacaq rolunu oynadı. Bu rol çox təəssüf ki, onun sonuncu rolu idi...

Oxşar xəbərlər

Xəbər lenti

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021
Şuşa haqda məşhur şeirin müəllifindən Qələbə Şeiri
08:01 09 May 2021
Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021