news-inner
clock08:30 calendar-gray 21 May 2013 view-gray2119 dəfə oxunub
view-gray2119 dəfə oxunub

İnsanı sərxoş, ya da vəzifədə olanda tanıyın

İnsan özünü mükəmməl göstərməyə çalışsa da bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir. Bir insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:

İçmişəm çaxır...

Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...

Mənə bir çay gətir!

Bir insanın ofisiant, qapıçı və digər işçilərlə danışma tərzindən hər şey məlum olur. Alçaldıcı tərzdə ofisianta: “Get filan şey gətir, filan şeyi niyə belə etdin?”, - deyirsə, ən yaxşısı uzaqlaşmaqdı...

Daxilən irqçi

Dostunuz normal adamdır, bir sıra məsələlərə eyni cür yanaşdığınızı düşünürsünüz. Ancaq birdən elə bir söz deyir ki, adam donub qalır. Etnik, cinsi, dini ayrı-seçkiliyini göstərən zarafat da etdimi, o insanı tanıdınız deməkdir.

Cığallıq

Uşaq vaxtı çox qarşılaşdığımız mənzərədir. Amma bəzi insanların cığallığı böyüyəndə də keçmir. İş görəndə, harasa birlikdə gedəndə həmişə cığallıq edirlər.

Eyni evi paylaşmaq

Uşaqlıq dostunuz, tələbə yoldaşınız, sevgiliniz olsun – bir evi paylaşmaq çox çətin məsələdir. Qanınız bir olan bacı-qardaşla evdə yola getmək olmur, o ki qaldı kənar biri ilə. Otaq yoldaşınızdan bezəndə boşqabı düzgün yerləşdirməməyinə də əsəbiləşməyə başlayırsınız.

Ailəsinin yanında yoxlayın

Siz onu iş yerində, məktəbdə, əyləncə məkanlarında sevmiş ola bilərsiniz. Amma onu bir də ailəsinin, uşaqlıq dostlarının yanında görün. Bir-birilərinə müraciətləri, evində özünü aparması da insanı tanımaq üçün yaxşı üsuldur.

Onu mən yeyəcəkdim!

Süfrədə bəzən boşqabdakı son vaflini, pomidoru, çörəyi insan nəzakət xətrinə yemək istəmir. Bəziləri isə heç kimi düşünmür, nəzakətlilikdən uzaq, başqasını düşünməyən bir tipdən sizə xeyir gəlməz.

Xəbərlərə baxın

Çalışın bir dəfə də olsa, onunla gündəmin ən qaynar xəbərlərini izləyəsiniz. O insanın hadisələrə yanaşması, münasibətini yaxşıca gözdən keçirin. Somalidə acından ölənlərə “çörək yoxdu, piroq yeyin” deyirsə...

Borc-xərc işləri

Çox ehtiyacınız olub, borc almaq istəmisiniz. Pul olmasın, olsun paltar və ya hər hansı əşya. Əgər sizə göz görə-görə “uşaqsayağı” bəhanələr uydurursa, uzaq qaçın.

“Axmağın biri…”

Köhnə dostu, sevgilisi haqda seçdiyi sözlərə diqqət edin. Sizin də arxanızca deyilməsin...

Cinsi münasibət

Detallara varmağa ehtiyac yoxdur. Bir insanı tanımağın ən yaxşı yollarından biri də budur. O mərhələyə gəlincə deyilən sözlər, oyunlar, bəhanələrin doğru olub-olmadığı dərhal aydınlaşır...

Avtoş!

Dostunuz, tanışınız deyə mindiniz maşına minməz olaydınız! Özünü sizə göstərmək üçün o maşındakına “Sənə “prava” verənin...Cəld tərpən də, yatmısan?” deyə söyür , ona sataşır, buna söz atır, yüksək sürətlə “cəsarət”in göstərir... Yaxın bir yerdə saxlatdırıb düşün.

Yas mərasimləri

Yaxın bir insanınızı itirmisinizsə, gözünüz qapıda olur. Dostlarınızın yanınızda olmasını, sizə dəstək üçün gəlməsini çox istəyərsiniz. Siz gözləyirsiniz, onlardan bəziləri heç zəng də vurmur!

Sevgi üçbucağı

Hərdən iki dost eyni adama vurulur. Sevgi-məhəbbət işlərində “İstəyirsənsə, birinci sən al” kimi söhbətlər olmur. Sevgimi, dostluqmu...Bu vəziyyətdə sevilən şəxsin hər ikisindən də yaxa qurtarması yaxşı olar. Ağlı varsa əgər...

Ah vəzifə, vəzifə...

Bir insanı əlinə pul keçəndə, vəzifəyə yüksələndə daha yaxşı tanımaq olar. Hətta bəzən heç vəzifədə qalxmasını gözləmək lazım gəlmir, bir gün təriflənsə, davranışında mütləq bildirəcək.

Mübahisə edin

Gündəlik həyatda hər şey yaxşıdır. Yola gedirsiniz. Ancaq azca narazılıq, dava düşən kimi hansı sözləri, hərəkətləri edəcəyinə baxın.Sözü bitən kimi “Səni biabır edəcəm”, “Verdiyim pullar boğazından gəlsin” deyirsə, başqa dostlar tapın.

Sosial mediada izləyin

Facebookda, Twitter-də kimi izləyir, kimlərlə dostdur? Kimləri, nələri “bəyənir”? Nə tipli “status”lar, “tvit”lər paylaşır? İnsanı tanımanın yəqin ki ən müasir yolu budur!

Futbol oynayaq?

Dostunuzun ayağından topu alıb getməyinizlə, onun arxadan sizə təpik vurub yıxmağı bir olur. Diqqətlə baxın, görün topu almaq, oyunu qazanmaq üçün daha nələri edəcək.

Yola çıxın

Yola çıxmaq haqda çoxlu atalar sözləri və məsəllər var. Yola “yaxşı qızdır, şirindir” sözləri ilə çıxırıq, “qaraqabaq, “zəhər tuluğu” biri” ilə qayıdırıq. Hətta bəzən tətildə xırdaçı, səliqəsiz, pintinin biri olduğun da öyrənəndən sonra…

Xahiş edirəm…

Adi bir şeyi xahiş edin. Yoxlayın görün nə qədər məsuliyyətlidir.

news-inner-user

19111 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021
Xətai Akvarel Qalereyasından maraqlı tədbir
15:01 22 İyun 2021