news-inner
clock08:15 calendar-gray 10 May 2013 view-gray1604 dəfə oxunub
view-gray1604 dəfə oxunub

Heminqueyin nəticəsi: “Babamın əsərlərini bəyənmirəm”

Dünya şöhrətli, Nobel mükafat laureatı Ernest Heminqueyin nəticəsi yəqin hamı üçün maraqlıdır. O, klassik, hamının təsəvvüründə olan “yazıçı nəticələri”ndən deyil, ulu babasının əsərlərini təbliğ etmir, araşdırmır, hətta bəzən qan qohumluğunu da gizlətməyə çalışır.

Kulis.Az 25 yaşlı modelin müsahibəsindən maraqlı məqamları təqdim edir:

Dri Heminquey kimdir?

Model və aktrisa kimi fəaliyyət göstərən Dri yazıçının oğlu Cek Heminqueyin nəvəsidir. Cek Heminqueyin iki qızı Mariel və Marqo da Dri kimi model və aktrisa idilər. Drinin anası Mariel Heminquey 80-ci illərin “Playboy” qızlarından olub, Vudi Allenin çəkdiyi “Manhetten” filmindəki roluna görə Oskara namizəd göstərilib. Xalası Marqo Heminquey isə babası kimi içki düşkünü olub və 1996-cı ildə içki, narkotik vasitələrə aludəçiliyindən dünyasını dəyişib. Bu, içkini çox sevən Driyə də böyük dərs olub, ona görə də getdiyi ziyafətlərdə içki dozasını aşmamağa səy göstərir.

Heminqeuy olmağım gündəlik həyatıma təsir etmir

“Yuxudan oyanan kimi təbii ki, “İlahi, mən Heminqueyəm!” deyə düşünmürəm. Ulu babam yadıma ancaq müsahibələrdə, onun haqda nəsə soruşanda düşür. Mən onu heç vaxt görməmişəm. Siz, məsələn, öz ulu babanızı neçə vaxtdan bir xatırlayırsınız ki?”-Dri deyir.

Yazmaqdan utanan Heminquey

Drinin sözlərinə görə, ulu babası ilə oxşarlıqları yoxdur. Ancaq e-maillə nəsə göndərəndə, açıqca yollayanda yazı yazır. Yazıçılıqla məşğul olmağı ağlından belə keçirmir, çünki özü haqda yazmaqdan utanır.

Heminqueyin əksər kitablarının sadəcə adlarını eşidib. Parisi çox sevdiyi üçün babasının Paris həyatından yazdığı “Həmişə səninlə olan bayram” əsərini oxuyub. Bir də səyahətdən yazdığı məktubları. Babasının əsərlərindən çox “Harri Potter” seriyasının kitablarını oxuduğunu və bəyəndiyini deyir.

“Fitsceraldın pərəstişkarıyam”

“Oxumaqdan zövq aldığım kitabları tapmaqda çətinlik çəkirəm. Ona görə də bəzən eyni kitabları dəfələrlə oxuyuram. Məsələn, “Möhtəşəm Getsbi” əsərini hər yay oxuyuram. Bir dəfə müsahibəmdə demişdim ki, Fitsceraldı Heminqueydən üstün tuturam. Məncə, babam möhtəşəm yazıçıdır, onunla qan bağlılığıma görə həmişə belə düşünmüşəm ki, onu xoşlamalıyam. Amma mən çox tərs adamam, ona görə bu məcburiyyətdən imtina edirəm. O, çox maskulin əsərlər yazıb, mənim düşüncə tərzim isə feminindir. Həm də onun əsərləri depressivdir. Vudi Allenin “Parisdə gecə yarı” filminə baxandan sonra bir daha əmin oldum ki, Fitsceraldı daha çox bəyənirəm”.

Ulu babası ilə ortaq cəhətləri hansılardır?

Sarı saçları, ağ dərisi, uzun ayaqları ilə seçilən Drinin babası ilə bir çox ortaq cəhətləri də var. Məsələn, Parisin vurğunudur, Kubanı, dənizi, təbiəti, heyvanları və spirtli içkiləri çox sevir. 5 yaşından 13 yaşına qədər balet dərsləri alsa da, baleti heç sevmir. Rəqsə üstünlük verir. Sevdiyi şeylərdən biri də dostları ilə görüşmək və alış-verişdir. Onun daha bir özünəməxsusluğu da bədən ölçüləridir. Digər modellər kimi Drinin bədən ölçüləri 90-60-90 deyil. Ancaq arıq olmağı karyerasına maneçilik yaratmır; Chanel, Valentino və Gucci kimi brendlərlə əməkdaşlıq edir.

“Paris mənim Məkkəmdir”

“Aydaho ştatında doğulmağıma və Nyu-Yorkda yaşamağıma baxmayaraq, Avropa estetikasını sevirəm. Paris mənim Məkkəmdir. Londonu da çox sevirəm, gələcəkdə ya Parisə, ya da Londona köçəcəm”.

Marqo Heminqeuy supermodel idi

“Xalam Marqo ikonik gözəlliyə sahib qadın idi. Dəb və modellik haqda fikirlərimin formalaşmağında rolu əvəzsizdir. Hələ də onun 70-ci illərdə geyindiyi cins şalvarını geyinirəm”.

Mənbə: “Telegraph”

news-inner-user
Rəna Nevzat

297 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020