news-inner
clock11:56 calendar-gray 08 May 2013 view-gray1205 dəfə oxunub
view-gray1205 dəfə oxunub

Ziqmund Freyd: "Yazıçı uşaq kimi hərəkət edir”

Ziqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.

1908-ci ildə, fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtə onun diqqətini cəlb etdi və o "Yazıçılıq və xəyal qurmaq” adlı bir məqalə qələmə aldı. Nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da da, müasir psixologiyada onun mühüm yeri var.

Froyd əvvəlcə pasientlərinin uşaqlığını araşdırdı və yazıçılığa romantikanın təsirini müəyyənləşdirdi:

"Uşaqlıqdakı xəyal qurma həvəsinin ilk izlərinə baxmağımız lazım deyilmi? Uşağın sevdiyi və ən həvəslə gördüyü iş oyun oynamaqdır. Bizlər uşağın oyun oynayarkən yazıçı kimi davrandığını, öz dünyasını yaratdığını, bu səbəbdən də onu xoşbəxt edən şeyləri yenidən formalaşdırdığını deyə bilmərikmi?

Uşağın öz qurduğu dünyanı ciddi qəbul etmədiyini düşünmək səhv olar. Əksinə, hər uşaq öz oynadığı oyunu ciddi qəbul edir və oyunlara öz duyğularını da qatır. Oyunun əksi ciddi olan deyil, gerçək olandır.

Hər uşaq, oyun dünyasına qatdığı duyğularını həqiqətdən çox gözəl şəkildə ayıra bilir və xəyalını qurduğu obyektlər, hadisələr ilə gerçək dünyanın konkret və görülə bilən tərəfləri arasında əlaqə qurmağı sevir. Məhz bu əlaqələr uşaq oyununu fantaziyadan ayırır.

Yazıçı da uşağın oyun oynayarkən etdiyini edir. Ciddi qəbul etdiyi bir fantaziya dünyası yaradır və onu həqiqətdən ciddi şəkildə ayıraraq duyğularını qatır".

Freyd daha sonra ondan 30 il sonra məhşur yazıçı Henri Müllerin qələmə aldığı “Yaradıcılıq qaydaları”nda Müllerin də diqqətini çəkən yaradıcılıqda zaman məsələsini təhlil edir:

"Fantaziyanın zamanla əlaqəsi çox əhəmiyyətlidir. Fantaziyanın bizim dərketmə gücümüzün müəyyənləşdirdiyi 3 zaman parçası arasında gəzişdiyini deyə bilərik. Zehin, aid olduğu başlanğıcın əsas arzularını hərəkətə keçirən bəzi aktual təəssüratlarla, vəziyyətlərlə əlaqədədir. Başlanğıcın təməl arzularını hərəkətə keçirən bir vəziyyət meydana gəldiyi zaman zehin, yaddaşda olan bu arzunun təmin edildiyi daha öncəki təcrübələrə geri dönür və o andakı arzunu təmin edəcək gələcəklə əlaqəli bir vəziyyət yaradır.

Zehinin yaratdığı nəsnələr qaynağını, xəbərdaredici vəziyyətdən və yaddaşdan ayıran xəyal, ya da fantaziyadır. Keçmiş, indiki zaman və gələcək; içlərindən keçən arzu sayəsində eyni prosesdə iştirakçıdırlar".

Freyd yazıçılıqla oyun arasında paralellər aparır:

"Xəyal qurmaq və yazıçılıq, uşaqlıqda oynanan oyunun davamıdır və onun yerini tutur ".

Freyd bizim xəyallarımızın gizli xassələrinii araşdırmağa davam edir və xəyallarımızı başqalarıyla paylaşmağımıza maneə yaradan səbəbin utancaqlıq olduğunu iddia edir. Eyni zamanda Freyd yazıçının fantaziyalarından istifadə edərkən alınan zövqü necə yüksəltdiyini də açıqlayır:

"Yazarın bunu necə bacardığı onun ən müqəddəs sirridir. Əsas olan bizlərin sənət poetikası, müxtəlif eqolarla digərləri arasında yaranan baryerlərə rəğmən əlaqə qurmağımız, “xoşlanmamaq” hissindən xilas olmaq texnikasını tapmağımızdan asılıdır. Bu texnika ilə istifadə edə biləcəyimiz metodlardan ikisini təxmin edə bilərik:

Yazar, öz eqoist xəyallarının xarakterini dəyişdirərək və ya gizlədərək yumşaldır və bizi fantaziyalarının təqdimatı zamanı zövqün tamamilə üsula uyğun halı olan estetika ilə yönləndirir. Biz daha dərinlərdəki ruhi qaynaqlardan əldə edilən daha böyük həzzə imkan yaradan bu vəziyyətə “təşviq payı” ya da “ön həzz” adı veririk.

Məncə, yazıçının bizə təqdim etdiyi bütün estetik həzzlər bu cür “ön həzz”in xüsusiyyətidir və bizim yaradıcılıqdan aldığımız zövq zehinimizdəki gərginliklərin azad olmaqla ortaya çıxır. Hətta deyə bilərik ki, bu təsirin az olmaması yazarın bizə özümüzü günahlandırmadan ya da utanma hiss etmədən öz xəyallarımızı bəyənmə imkanı verməsindən qaynaqlanır”.

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020