news-inner
clock17:09 calendar-gray 06 May 2013 view-gray2432 dəfə oxunub
view-gray2432 dəfə oxunub

“Sərdar Cəlaloğlunun ixtiyarı yoxdur ki, ağzına gələni danışsın”

Xalq şairi Zəlimxan Yaqub Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Koroğlu” dastanı haqda dediklərinə münasibət bildirib.

Kulis.Az-a danışan xalq şairi böyük şəxsiyyətlərin əleyhinə çıxışları pisləyir: “Böyük obrazlara, böyük insanlara toxunmaq olmaz. Onlar xalqın ürəyində yuva salmış qəhrəmanlardır. Koroğlu da, onun dəliləri də bir obrazdır. Bu obrazlar elə belə yaranmayıb, hər birinin tarixi, keçmişi var. Böyük şəxsiyyətlərə toxunmaq xalqa toxunmaq deməkdir. Heç kəsə ixtiyar verilmir ki, xalqın seçdiyi insanlar haqqında ağzına gələni danışsın. “Koroğlu” dastanı Azərbaycan xalqının ən sevimli dastanlarından biridir. Doğrudur, dastanda müxtəlif təhriflərə yol verilsə də Azərbaycan, türk dünyası yaşadıqca “Koroğlu” dastanı da yaşayacaq”.

Koroğlunu ədəbi-estetik baxımdan araşdırmağın tərəfdarı olan şair Aqşin Yenisey isə Kulis.az -a açıqlamasında bildirib ki, dastan xalq yalanlarından ibarətdir: “Sərdar bəyin fikirlərinə hörmətlə yanaşıram, ancaq dastanın sovet hökuməti tərəfindən yazılması fikrini qəbul etmirəm. Koroğlu xalqın yaratdığı bir qəhrəmandır. Koroğlunu kimsə qabağına qoyub yaratmayıb. Dastanın yaranmasında minlərlə insan iştirak edib. Dastana hərə özündən bir cümlə artırıb və beləcə dastan əmələ gəlib. Vaxtilə insanlar özlərini qorumaq üçün bu yalanları uydurmağa məhkum olub. Hər bir xalqın Koroğlu kimi qəhrəmanları var. Onu yalnız Azərbaycan xalqı deyil, Anadolu türkləri də, özbəklər də, qazaxlar da xalq qəhrəmanı hesab edir. Koroğlu bu coğrafiyanın dastan qəhrəmanıdır”.

Koroğlu, Babək, Qaçaq Nəbi kimi qəhrəmanlardan imtina etməyi qəbul etməyən A. Yenisey sovet hökumətinin yaratdığı qəhrəmanlar ətrafında müzakirələr aparılmasını təklif etdi: “İmtina məsələsi ilə qəti razı deyiləm. Müzakirə ilə imtinanı qarışdırmaq olmaz. Məhəmməd Füzulidən necə imtina edə bilərik? Axı bu xalqın ədəbiyyat tarixi var. Füzuli haqda Aqşin Yenisey yazacaqsa buna normal baxmaq lazımdır. Düşünürəm ki, Sərdar bəy müzakirə açıb. Qarşı tərəf isə düşünür ki, müzakirə açmaq olmaz. Koroğlu və başqaları artıq tarixin o tayında qalıb. Tarixi müzakirə etmək yaxşı haldır. Yaxın tarixdə sovet imperiyasının Azərbaycan xalqına sırıdığı adamlar var ki, ömür boyu sovet ideologiyasına xidmət edib yüksək vəzifələrdə çalışsalar da bu millətə bir qəpik də xeyirləri dəyməyib. Gəlin, onları Səməd Vurğunu, Rəsul Rzanı, Süleyman Rüstəmi müzakirə edək. Bəlkə də onlar səmimi qəlbdən türkçülüyə qarşı olublar, xalqlarını sevməyiblər, xalqlarına nifrət ediblər. Amma fakt budur ki, bu adamlar sovet hökumətinə nökərçilik ediblər”.

A. Yenisey yaxın tarixdə yaşanan hadisələr və insanlar ətrafında müzakirələrin aparılmasının gələcək nəsillər üçün faydalı olacağını da bildirdi.

Oxşar xəbərlər

Xəbər lenti

Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin - Səbuhi Məmmədli yazır...
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020