news-inner
clock11:34 calendar-gray 06 May 2013 view-gray2259 dəfə oxunub
view-gray2259 dəfə oxunub

Çingiz Abdullayevin və Qaraqanın dəbdə olduğu sərgidən - VİDEO REPORTAJ

May ayının 4-də, Flarmoniya bağında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı ilə kitab sərgi-yarmarkası keçirilirdi. Bir neçə ildir keçirilən kitab sərgi-yarmarkası oxucular tərəfindən maraqla qarşılanır.

Bu il keçirilən sərgidə kifayət qədər iştirakçı vardı. Havanın isti olmasına baxmayaraq sərgi başlayandan, yekunlaşana qədər insanlar dəstə-dəstə kitab nəşriyyatlarının stendlərinə yaxınlaşır, yeni nəşr olunmuş kitablarla maraqlanırdılar.

Oxucuların diqqətini çəkməyi bacaran bu sərgi-yarmarkada ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri və yayım assosiasiyalarının 9 min adda 40 min nüsxədən çox kitabı oxuculara və tamaşaçılara təqdim olunurdu.

Açılışdan dərhal sonramillət vəkili, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun«Heydər Əliyev ideyalarının zəfər yürüşü»(Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun«Zərifə Əliyeva»(Azərbaycan, ingilis, rus və Ukrayna dillərində) kitablarının təqdimatı oldu.

Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev, millət vəkili Aqil Abbas, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və şair Ənvər Əhməd çıxış edərək kitaba olan marağın ildən-ilə artmasından, nəşriyyatların bu sahədə həyata keçirdiyi uğurlu işlərdən danışdılar.

Daha sonraNaşirlər və Poliqrafçılar İctimai Birliyi nəşriyyatlar arasında keçirilən Birinci Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin qaliblərini mükafatlandırdı. “Bakı haqqında 20 etüd” (“Şərq-Qərb”) nəşri müsabiqədə birinci yerin qalibi oldu. “Mən niyə naşir olmaq istəyirəm?” inşa müsabiqəsinin qalibləri də elan edildi.

Yazarlar və oxucuların görüşü

Əvvəlki illərdə də müşahidə etmişdim ki, “Qanun” Nəşrlər Evinin və “Ali və Nino” kitab mağazasının qurduğu stendlərin qarşısında daha çox insan toplaşır. Bu il isə “Qanun” Nəşrlər Evinin stendinin qarşısında daha çox insan yığımışdı. Ötən sərgilərdə “Qanun”un direktoru, naşir Şahbaz Xuduoğlunun narazı üz ifadəsi uzaqdan seçilirdisə, bu dəfə naşirin üzündən məmnunluq yağırdı.

Tədbirin əsas qonaqları da məhz bu nəşriyyatın stendi qarşısında oxucularla görüşür, onlara kitab imzalayırdılar. Sabir Rüstəmxanlı, Aqil Abbas, Niyazi Mehdi, Qulu Məhərrəmli, Kənan Hacı, Mirmehdi Ağaoğlu, Qismət, Aqşin Yenisey, Aytən Cavanşir, Fərhad Yalquzaq, Əziz Rzazadə və digər qələm adamları ilə oxucuların görüşünü “Qanun” Nəşrlər Evi təşkil etmişdi. Bəzi qələm adamları tədbirdə qısa müddət iştirak etsə də, tədbirdə sona qədər iştirak edənlər də oldu. Əvvəlki sərgilərdə olduğu kimi yenə də Çingiz Abdullayev və Qaraqanın imza mərasimi qələbəlik görünürdü. Hər zaman olduğu kimi, bu iki imza “dəbdə” idi.

Şahbaz Xuduoğlu bildirdi ki, “Qanun” Nəşrlər Evi bu il sərgi-yarmarkaya təxminən 5 min adda kitab çıxarıb: “Bu il həm sərgiyə çıxardığımız kitabların sayında artım var, həm də endirim kampaniyası həyata keçiririk. 1 və 2 manatlıq kitab aksiyasından əlavə, bütün kitablara da 20% endirim tətbiq etmişik. Eyni zamanda nəşriyyatımızda kitabları çap olunan müəlliflərlə oxucularımızın canlı ünsiyyətinə şərait yaratmışıq”.

“Məktəblilərin kitaba marağı artıb”

Bu tədbirdə həm iştirakçılar, həm də təşkilatçılar daha sərbəst, daha rahat görünürdülər. Adi vaxtlarda parkdakı ot örtüyünün üzərində oturmaqdan çəkinən yaşlı nəslin nümayəndələri də ağacların kölgəsində, yaşıl otların üstündə əyləşib aldıqları kitabları vərəqləyirdilər. Digər nəşriyyatlar da müxtəlif adda və qiymətdə olan kitabları nümayiş etdirir, oxucuların diqqətini çəkməyə çalışırdılar. Bu il fəallığı ilə seçilən nəşriyyatlardan biri də “Hədəf” nəşrləri idi. Uzun illər dərsliklərin nəşri ilə məşğul olan “Hədəf” nəşrləri bu ildən bədii kitabların nəşrinə start verib.

Sərgi “Hədəf” nəşrlərinin ərsəyə gətirdiyi dərsliklərlə yanaşı yerli və xarici müəlliflərin əsərləri də oxuculara təqdim edilirdi. Eyni zamanda yazar Şəmil Sadiqin “Qana qan qarışdı” kitabı da oxuculara təqdim olundu. “Hədəf” nəşrlərinin direktoru Müşfiq Xan xeyli məmnun görünürdü: “Azərbaycan oxucusunu fürsət düşdükcə tənqid edirik. “Oxumurlar”, “Kitaba həvəs ölüb”, “Gənclər kitab görəndə qutuda ilan görür” kimi ifadələrlə oxucuları ruhdan salırıq bəlkə də. Bu bayramda oxucuların fəallığı və kitaba marağı bu iddiaların əksər hallarda doğru olmadığını göstərdi. Gənclərin kitaba həvəsləri nəinki azalıb, əksinə gün-gündən daha da artıb. Kitab bayramında şagirdlərin ali məktəb tələbələrinə baxaraq kitaba maraq göstərmək baxımından özlərini onlara oxşatmasından ürəkaçan nə ola bilərdi? İştirak edə bilməyənlərə bəyan edirəm ki, bəli, xanımlar və bəylər, sərgidə bu daha kütləvi baş verdi: beşinci, altıncı siniflərdə oxuyan şagirdlər kitablara elə həvəs göstərirdilər ki! Onların valideynləri, müəllimləri, yolgöstərənləri hamımıza örnək olmalıdır”.

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020