news-inner
clock18:27 calendar-gray 03 May 2013 view-gray3787 dəfə oxunub
view-gray3787 dəfə oxunub

"Koroğlu" dastanı Sovet vaxtı yazılıb" ŞOK İDDİA

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Koroğlu” dastanı haqda saytlardan birində qalmaqal yaradacaq açıqlama verib.

Koroğlunu komik qəhrəman adlandıran partiya sədri Kulis.az -a açıqlamasında bildirib ki, dastan insanlarda qəhrəmanlıq ruhu formalaşdırmır: “Dastanın bir çox qolları sovet hökuməti vaxtında tapşırıqla yazılıb. Əlyazmalar Fondunda saxlanılan dastanla heç bir əlaqəsi yoxdur. Bu qolların da müəllifləri bəllidir. Dünyanın heç bir ölkəsində xalq qəhrəmanı ömrünün sonunda əkinçiliklə məşğul olmur, qəhrəmanlıqdan könüllü imtina etmir. Bir insan qəhrəmanlıqdan imtina edib, əkinçiliklə məşğul olursa bu necə xalq qəhrəmanıdır? Camaatın əkinçisi qəhrəman olanda, bizim qəhrəmanımız əkinçi olur. Koroğlu yadellilərə qarşı mübarizə aparmayıb. O necə xalq qəhrəmanıdır ki bir nəfər yadelliyə qarşı vuruşmayıb. “Koroğlu” dastanında əsas məqsəd türk idarəçiliyinə, sultanlara, paşalara qarşı nifrət yaratmaq olub”.

S. Cəlaloğlu sovet dövründə yaradılan ideallardan imtina etməyin lazım olduğunu da söylədi: “Koroğludan, Qaçaq Nəbidən, Həcərdən, Babəkdən imtina edilməlidir. Onların yerini Cavad Xan, Ağa Məhəmməd şah Qacar, Nadir şah, Şah İsmayıl Xətai, Səttarxan almalıdır və xalq bu ruhda tərbiyə olunmalıdır. Dünyanın heç bir ölkəsində Koroğlu kimi qəhrəman yoxdur. Bu cür qəhrəmanın ruhu ilə milləti tərbiyə etmək olmaz. Koroğlu döyüşmək, vuruşmaq yerinə atına yalvarır. Aşıq paltarı geyinib Həsən xanın məclisinə gedir. O qəhrəman kimi mübarizə aparmır. Koroğlu hər rastlaşdığı dəliyə - Dəmirçioğluna, Tüpdağıdana, Kürdoğluna, Dəli Həsənə məğlub olub. Elə bir dəli olmayıb ki, ona qalib gəlsin. Biri basır suya boğur, biri başını kəsir, qışqırıb yalvarır ki, öldürməyin məni, mən Koroğluyam. Onun ancaq bir qəhrəmanlığı var. Qarı yeddi qazan aş bişirir, o da hamısını yeyib qurtarır. Yeganə qəhrəmanlığı budur. Keçəl Həmzə də ağıl və bacarığına görə ondan qat-qat üstündür, ağıllıdır. Koroğlu ağlına görə Keçəl Həmzəyə, qol gücünə görə isə dəlilərinə məğlub olan biridir”.

Yazıçı, millət vəkili Aqil Abbas isə son illər tarixi şəxsiyyətlərə qarşı məqsədli hücumların təşkilindən narahatlığını bildirdi: “Son bir ildə Babəkin, Şah İsmayılın, Mirzə Fətəli Axundovun, Qaçaq Nəbinin əleyhinə danışırlar. Elə məsələlər var, ki, insanlar neçə illərdir onu özləri üçün müqəddəs bilib. Onlara qarşı yazılar yazmaq, nüfuzdan salmaq, böhtan, şər atmaq olmaz. Bununla da demək istəyirlər ki, bu xalqın qəhrəmanı olmayıb. Bu xalq kütlədən ibarət imiş. Bu mənada böyük kampaniya gedir”.

Vaxtilə özünün də Koroğlu haqqında satirik yazı yazdığını söyləyən A. Abbas onun əleyhinə bu kimi açıqlamaların birinci dəfə deyilmədiyini də qeyd etdi: “Cinayət Məcəlləsinə baxıb Koroğlunun hansı maddələrlə ittiham edilə biləcəyi ilə bağlı satirik yazı yazmışdım. Koroğlu indi yaşasaydı, silahlı dəstə saxladığı üçün onu reket kimi həbs edəcəkdilər. Koroğlunun Bakıda heykəli qoyulanda “Yeni Müsavat” qəzetinin köşə yazarı Famil Cəfərli yazmışdı ki, Koroğluya türklərin düşməni olduğuna görə heykəl qoyurlar. Bizim hökumət də türkləri sevmədiyinə görə Koroğluya heykəl ucaldıb. Ona cavab yazdım və ortaya şəkilləri qoydum. Türkiyə 50 il bundan əvvəl müxtəlif şəhərlərində ona heykəllər ucaldıb. O necə türklərin düşməni olub ki, ona heykəl düzüblər?! Digər tərəfdən hələ on il bundan əvvəl akademiya Koroğlu haqqında kitab buraxmışdı. Bu kitabda Koroğlunu homoseksual kimi təqdim etmişdilər. O vaxt rəhmətlik Akif Səməd və mən həmin kitaba cavab verdik. Nə qədər desələr də, bu millətin içində bir Koroğlu sevgisi var. Bu artıq qanımıza hopub. Görünür, Sərdar Cəlaloğlunun partiyası zəif olduğu üçün bu cür məsələlərlə gündəmdə qalmaq istəyir”.

Oxşar xəbərlər

Xəbər lenti

Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020