AYB rəsmisi: “Tikintini gecikdirəni cəzalandıracağıq”

AYB rəsmisi: “Tikintini gecikdirəni cəzalandıracağıq”
1 may 2013
# 15:17

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu yazıçılara ev veriləcək binanın tikintisi ilə məşğul olan “Abidə” MTK-nın rəhbəri Arif Mədətovun söylədiyi fikirlərə münasibət bildirib.

Ədalət Əsgəroğlu deyib ki, Arif Mədətovun psixoloji problemləri var: “Mən bütün mətbuat işçilərindən xahiş etmişdim ki, bu mövzu ilə bağlı Arifin yanına gedəndə özünüzlə psixoloq da aparın. Bu adamın psixoloji vəziyyəti qənaətbəxş deyil. Allah şəfa versin, o, həqiqətən də xəstədir. Xəstəliyindən xəbərim var, amma Arifin elədiyi qeyri-ciddi söhbətlər istər-istəməz məni vadar edir ki, ona cavab verim. O, özünü elə aparır ki, guya oranın yiyəsidir. Əslində isə maaşa baxır, icraçıdır, oranın sahibi başqa adamdır. 2003-cü ildən Arif Yazıçılar Birliyinə ayaq döyüb, rəhbərlikdən xahiş edib ki, o torpağı almaqda kömək etsinlər. Deyib ki, sizə köməkliyim dəyəcək, çünki sizdə ev növbəsi var. Bundan sonra Anar müəllim yuxarı təşkilatlara müraciət etdi və şəhər meriyası sərəncam verdi. Özünüz bilirsiniz ki, sərəncamın alınması asan məsələ deyil. Sərəncam verilməsi üçün biz yazıçılar qol çəkdik, mərhum xalq şairi Qabil dəfələrlə Hacıbalaya danışdı. Hətta prezident səviyyəsində söhbət oldu. Sərəncam o şərtlə alındı ki, şirkət AYB ilə müqavilə bağlasın, bizə 1000 kvadrat metrə yaxın mənzil verilsin”.

Ədalət Əsgəroğlu bildirib ki, hazırda acınacaqlı vəziyyət yaranıb: “Növbəyə duranlar, orda payı olanlar bu söhbətdə acizdirlər. Kim bir müştəri tapıb evə baxmağa gedirsə, Arif onların qabağını kəsir və deyir ki, bura 50 ilə hazır olan deyil. Müştəriləri geri qaytarır. Bunu ona görə edir ki, biz mənzillərin kvadrat metrini 600 manatdan ona satmaq məcburiyyətində qalaq. Ona görə də növbədə olan adamlar bu gün yığışdılar, Arifə çox yaxşı bir dərs vermək istəyirlər, o dərsi də verəcəklər. Bu tale məsələsidir. Hər bir yazıçının arxasında ailə dayanır. Və bu ailənin yaşayışına mane olmaq insafdan deyil”.

# 3665 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər