Arvadı ayda bir dəfə döymək olar

Arvadı ayda bir dəfə döymək olar
22 aprel 2013
# 07:45

Qarşıdan tətil ayları gəlir, yəqin ki xarici ölkəyə gedənlər olacaq. Ona görə də aşağıdakı qadağaları yaxşı oxuyun.

Dəmiryol relslərinə duz tökmək ölümlə cəzalandırıla bilər. (Amerika – Albama)

Ərin arvadını ayda bir dəfə döyməsi normaldır, ondan çox döyməyi qadağandır. (Amerika – Arkanzas)

Vitrinə çılpaq maneken qoymaq olmaz. (Amerika – Corciya)

Teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək olmaz. (Amerika – İndiana)

Qayınana ilə yola getməməyi məhkəmə boşanma səbəbi kimi qəbul etmir. (Amerika- Kansas)

Eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır. (Amerika – Kentuki)

Maşında sevişmək qadağandır. (Amerika – Miçiqan)

Şaxta babanı lağa qoymaq 30 günlük həbslə cəzalandırılır. (Amerika – Minnesota)

Doğma nənə ilə evlənmək qadağandır. Başqaları ilə evlənmək olar. (Amerika – Missuri)

Bərbərlərin səhər 7-dən axşam 7-yə qədər soğan yeməyi qadağandır. (Amerika – Nebraska)

“Romeo və Cülyetta” tamaşasından 400 söz sekslə bağlı olduğuna görə çıxarılıb. (Amerika – Nyu Mexiko)

Qadınların çox dar paltarlarda küçədə gəzməyi qadağandır. (Amerika- Nyu-York)

Ata, uşağına axmaq, səfeh deyə bilməz. (Amerika- Nyu-York)

Kilsə həyətində sekslə məşğul olmaq qadağandır. (Amerika – Şimali Karolina)

Polislər xəbərdarlıq etmək məqsədi ilə itləri dişləyə bilərlər. (Amerika – Ohayo)

Kiminsə üstünə ilan atmaq qadağandır. (Amerika – Ohayo)

Evlilik mərasimi vaxtı bəy, yaxud gəlin sərxoşdursa, mərasim təxirə salınmalıdır. (Amerika – Pensilvaniya)

Atlar yol kirlənməsin deyə alt paltarı geyinmək məcburiyyətindədirlər. (Amerika – Cənubi Karolina)

“Britannica Ensiklopediyası” içində “Evdə pivə necə hazırlana bilər?” mətni olduğuna görə qadağan olunub. (Amerika – Texas)

Qadınlar dişlərini protez etdirməmişdən əvvəl ərlərindən icazə almalıdırlar. (Amerika – Vermont)

Allahın varlığını danmaq cinayətdir. (Amerika – Vermont)

İctimai nəqliyyatda qadınların kişilərin qucağında yastıq olmadan oturmağı 6 aylıq həbslə cəzalandırıla bilər. (Amerika – Vaşinqton)

Həkimlər yanında heç kimi olmayan qadınlara anesteziya edə bilməzlər. (Amerika – Uest Virciniya)

Dəmiryolunda öpüşmək qadağandır. (Fransa)

Donuzlara “Napoleon” adını qoymaq qadağandır. (Fransa)

Qapılar və pəncərələr çəhrayı rəngdə olmalıdır. (Kanada – Kanata)

Ağaca dırmaşmaq qadağandır. (Kanada – Oşava)

Bank Street-də bazar günləri dondurma yemək qadağandır. (Kanada – Ottava)

Qadınların ictimai nəqliyyatda şokolad yeməyi qadağandır. (İngiltərə)

Ətək geyinən kişilər həbs oluna bilər. (İtaliya)

Bazar günləri balıq tutmaq qadağandır. (İsveç)

İnək sahiblərinin sərxoş olmağı qadağandır. (İsveç)

Qapınızı döyüb sizdən “tualetinizi bir neçə dəqiqəlik istəyən” adamı içəri buraxmalısınız. (İsveç)

Bazar günləri çəhrayı şalvar geyinmək olmaz. (Avstraliya – Viktoriya)

Köynəksiz maşın sürmək qadağandır. (Tayland)

Alt paltarsız gəzmək qadağandır. (Tayland)

Metroda saqqız çeynəyən həbs oluna bilər. (Sinqapur)

# 6678 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər