Burda qadınlar axtarışa ən erotik paltarda çıxırlar

Burda qadınlar axtarışa ən erotik paltarda çıxırlar
19 aprel 2013
# 07:45

Uşaqlıqdan baxmağa öyrəşdiyimiz Hollivud filmlərinin şablon səhnələri saymaqla bitmir. Kulis.az onlardan ən məşhurlarını təqdim edir:

Bütün yazıçılar varlıdır, bütün nəşriyyat şirkətləri qlamurdur, bütün rəssamların yaxşı mənzərəli, yuxarı mərtəbələrdə yerləşən evi var.


Kosmik gəmi nə qədər çox zərər çəksə də, onun daxili qravitasiya sisteminə heç bir xələl gəlmir.


Haralı olmağın əhəmiyyəti yoxdur, hamı ingiliscə danışır. Hətta Yer kürəsinə ilk dəfə gələn yadplanetlilər belə ingiliscə səlis bilirlər.

İstənilən disk, proqram təminatından asılı olmayaq bütün kompüterlərdə açılır.


Televizoru açanda mütləq qəhrəmanın həmin vaxt maraqlandığı hadisə ilə bağlı xəbər verilir.

Yaxın qohumların heç biri bir-birinə bənzəmir, hətta ən minimal oxşarlıq belə olmur.

Şəklin ölçülərindən asılı olmayaraq, onu ən xırda detallarına qədər böyütmək, çox vaxt da hadisənin düyününü açmaq mümkün olur.

ABŞ-da bütün nömrələr 555-lə başlayır.


Ekspert proqnoz verir və heç kim ona inanmırsa, onda mütləq hər şey onun dediyi kimi olacaq. İnansalar, proqnozu düz çıxmayacaq.


Əksər noutbuklar yadplanetlilərin rabitə sistemlərinə müdaxilə edəcək qədər güclüdürlər.

Binaların ventilyasiya sistemi ən təhlükəsiz sığınacaqdır. Filmin qəhrəmanını orda axtarmaq heç kimin ağlına gəlməz.

Bütün bombalarda elektron vaxt var, ona görə də onun nə vaxt partlayacağı hamıya məlum olur. Çox vaxt partlamağa 2 saniyə qalmış bomba zərərsizləşdirilir.


Yorğan qadını döşlərinə qədər, kişini isə belinə qədər örtür.

Filmin qəhrəmanları kompüterdə mətnləri işıq sürəti ilə yazırlar.


Hovuzda üzəndə belə dodaq boyası silinmir.

Əgər filmdə qaranlıq zirzəmi bir dəfə göstərilibsə, qəhrəman mütləq ora girib “Burda kim var?” sualını verməlidir. Qorxulu filmlərdə qəhrəman həmin zirzəmidə ölür.


Nüvə silahı üzrə ekspertlər çox vaxt 22 yaşlı, sarışın qızlar olur. Əgər siz də beləsinizsə, ekspert olma şansınız böyükdür!


Radiasiya mənbəyi olan cihazlardan yaşıl şüalar çıxır.

Öskürək çox vaxt əlacsız bir xəstəliyin əlaməti olur.

Qəhrəman taksi pulunu ödəyəndə həmişə lazımi məbləği verir!

Səhər duranda qadının nə gözləri şişmiş olur, nə də üzü. Hazır makiyajla oyanır.

İstənilən qapı qıfılını adi saç dəmiri, yaxud simlə açmaq olur.

Pis yuxu görən adam mütləq qalxıb oturur və tövşüyür.

İstənilən kompüter 2 saniyəyə açılır.


Ruhlar olan evdə qadın həmişə ən erotik gecə paltarını geyinərək onların axtarışına çıxır və hər səsə diksinir.

Düşmənlər növbə ilə digər həmkarlarının döyülməyini gözləyir, sonra baş qəhrəmanla döyüşə atılırlar.

Qəhrəmanların getdikləri yerdə heç vaxt maşını park etmək problemi olmur. Düz binanın qarşısında saxlayırlar.


Yeni doğulmuş körpə rahatlıqla başını saxlaya və çevrilə bilir.

Otağın böyük, yaxud kiçik olmasının əhəmiyyəti yoxdur, bir kibritlə işıqlanır.

# 5963 dəfə oxunub

Oxşar xəbərlər

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

11:50 8 iyul 2025
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
# # #