news-inner
clock08:45 calendar-gray 18 Aprel 2013 view-gray3432 dəfə oxunub
view-gray3432 dəfə oxunub

Bəkarət kəmərinin açarı kimdədir?

Kulis.az əksəriyyətimizin uzun illər eşidib inandığı, əslində isə səhv olan 14 məlumatı təqdim edir:

Çin səddi Aydan görünürmü?

Belə bir fikir var ki, guya insanın tikdiyi və Aydan görülən yeganə yer Çin səddidir. Bu, qətiyyən belə deyil. İnsanın tikdiyi heç bir tikili Aydan görünmür.

Kosmosa uçan ilk canlı hansıdır?

Nə Layka, nə meymun, nə də başqa heyvan. Kosmosa ilk dəfə milçək gedib. Milçəklər bir qədər taxıl toxumu ilə birgə Amerikanın “V2” raketinə qoyulub və 1946-cı ilin iyulunda kosmosa göndərilib.

Ən təhlükəli heyvan hansıdır?

Yayda hamını bezdirən ağcaqanad indiyə qədər 45 milyard insanın ölümünə səbəb olub. Xüsusi təhlükəli olan dişi ağcaqanadlara görə hər 12 saniyədə bir insan dünyasını dəyişir.

Qırxayağın əslində neçə ayağı var?

Qırxayaq sözü latınca “yüz ayaq” mənasını verən “centipede” sözündən götürülüb. Amma bu heyvanın nə qırx, nə də yüz ayağı var. Daha doğrusu, hələ də dəqiq sayı bilinmir.

Müharibədən daha təhlükəli nədir?

İş-içki, narkotik və müharibədən daha çox insanı öldürməkdədir. Hər il təxminən 2 milyon insan işlə bağlı qəzalarda və xəstəliklərdən dünyasını dəyişir. Halbuki, müharibələrdə hər il 650 min insan ölür. Ən təhlükəli işlə isə Berinq boğazında xərçəng ovlayan alyaskalılar məşğul olur.

Bəkarət kəməri nə üçündür?

Bəkarət kəməri ilə bağlı yayılan ilk rəsm XV əsrə aiddir. Konrad Kyeserin müasir hərbi geyimlər haqda yazdığı kitabda florensiyalı qadınların geyindiyi “dəmir alt paltarı”ın bir şəkli var. Qadın dəmir alt paltarına qabaqdan bir qıfıl vurub, açarını da özündə saxlayarmış.

Acı bibərin ən acı hissəsi haradır?

Əksəriyyət elə bilir ki, acı bibərin ən acı yeri dənələridir. Ancaq bibərin ən acı yeri dənələrinin yığıldığı mərkəzi pərdədir. Bu pərdədə bibərə xüsusi acılıq verən rəngsiz və iysiz kapsaisin maddəsi var.

“Tutanhamonun lənəti” nədir?

Bu, tamamilə jurnalistlərin uydurmasıdır. Tutanhamonun məzarı ilk dəfə 1922-ci ildə Houard Karter tərəfindən kəşf olunub. Həmin vaxt “Daily Express”in Qahirə müxbiri xəbəri daha maraqlı etmək üçün özündən “fironun lənəti” adlı hekayə uydurub. Sonra hekayəni “Daily Mail” və “New York Times” da yayımlayıb. Beləliklə, qorxmayan adamlar belə Tutanhamonun məzarını ziyarət etməkdən çəkinməyə başlayıb.

“Çörək yoxdursa, tort yeyin” fikri kimə məxsusdur?

“1789-ci il idi və Fransa inqilabı bütün gücü ilə yayılırdı. Yeməyə çörək tapılmırdı. Parisdəki kasıblar da etiraz etmək üçün kral sarayının qarşısına yığışdılar. Kraliça Mariya Antuanetta sarayın qarşısına yığılan kütlənin “Çörək istəyirik” tələblərinə təəccüblə: “Çörək yoxdursa, tort yeyin”, - cavabını verib”.

Bu rəvayəti yəqin çoxları eşidib və inanıb. Amma burda bəzi uyğunsuzluqlar var. Birincisi, cümlədə “tort” kimi yayılmış o söz əslində “brioş”-dur (çörəyə çox oxşayan un məmulatı). Bu halda cümlənin də mənası dəyişir: “Çörək istəyirlərsə, ən yaxşısından verin”. O ki qaldı sözlərin Mariya Antuanettaya məxsusluğuna, bu da müəmmalıdır. Çünki Jan-Jak Russo bu ifadəni hələ 1740-cı illərdən bəri eşitdiyini və 1760-cı illərdən aristokratik böhranın təsviri kimi işlədildiyini vurğulayıb. Nəzərə alsaq ki, kraliça Antuanetta 1755-ci ildə dünyaya gəlib, onda bu sözlərin müəllifi olması inandırıcı deyil.

Dəniz donuzları nə üçündür?

Dəniz donuzları artıq neçə illərdir ki, laboratoriyalarda sınaq heyvanı kimi istifadə olunmur. Buna baxmayaraq perulular hər il 65 milyon dəniz donuzu yetişdirirlər. Əsas alıcıları da Kolumbiya, Boliviya və Ekvadordur. Bu ölkələrdə dəniz donuzları qida rasionuna daxildir.

Yaşayan ən böyük şey hansıdır?

Fil, mavi balina, yoxsa nəhəng sekvoya ağacı? Xeyr, dünyadakı ən böyük şey göbələkdir. Kəsilmiş ağac kötüyünün üstündə böyüyən göbələk (Armillaria ostoyae) indiyə qədər görülmüş ən böyük göbələkdir. Amerikanın Melhor meşəsində yerləşən bu göbələk 890 hektarlıq ərazini tutur və yaşının 2000 il olduğu təxmin edilir.

Kosmos nə rəngdədir?

Əksəriyyət kosmosu göy rəngdə təsəvvür edir, amma kosmosun rəngi əslində açıq qəhvəyidir. 2002-ci ildə Con Hopkins Universitetinin alimləri Avstraliyada Qalaktikaları Araşdırma Qurumunun topladığı 200 min kosmos işığını tədqiq etdikdən sonra kosmosun solğun yaşıl rəngdə olduğu qərarını veriblər. Amma bir neçə həftə sonra hesablamalarda səhvə yol verdiklərini və kosmosun açıq qəhvəyi rəngdə olduğunu deyiblər.

Dəvələr donqarlarında nə yığırlar?

Dəvələr donqarlarında su deyil, yağ yığırlar. Bu yağı da enerji anbarı kimi istifadə edirlər. Suyun yığıldığı yer bədənləridir, yəni onları susuzluqdan qan dövranı sistemləri qoruyur.

İlk Amerika prezidenti kimdir?

Peyton Rendolf! O, Corc Vaşinqtondan əvvəlki ABŞ Konqresinin ilk rəhbəri olub. ABŞ Konqresi şikayətləri İngiltərəyə bildirmək üçün 13 koloniya tərəfindən yaradılmış müzakirə orqanı idi.

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020