"Sonuncu hədiyyə" təqdim olundu - FOTOLENT

"Sonuncu hədiyyə" təqdim olundu - FOTOLENT
15 aprel 2013
# 15:21

Aprel ayınn 14-də, saat 14:00-16:00 arasında tanınmış detektiv yazar və naşir Müşfiq XANın imza günü və yazıçının yeni çap olunmuş "Sonuncu hədiyyə” romanının təqdimat mərasimi keçirilib.


Tədbir "Park Bulvar” Alış-Veriş Mərkəzində yerləşən "Əli və Nino” kitab mağazasında baş tutub. Tədbiri tanınmış teleaparıcı Orxan Cabbarlı açaraq bildirdi ki, "Sonuncu hədiyyə” müəllifin bədii detektiv janrında yazdığı sayca beşinci kitabıdır. Bundan əvvəl yazıçının "Tənha canavar”, "Ünvansız sevgi”, "Ümidlərin izi ilə” (Şəmil Sadiqlə birgə həmmüəllif olaraq) və "O” kitabları işıq üzü görüb. O, gənc yazıçının detektiv həvəskarları arasında xüsusi rəğbət sahibi olduğunu və öz dəsti-xətti ilə fərqləndiyini qeyd etdi.

"Hədəf” Kurslarının həmtəsisçisi, Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirdi ki, Müşfiq XAN, hələ ki, ədəbiyyatda aysberqə bənzəyir: "Çünki oxucular onun yaradıcılığının az bir qismini görüb və tanış olublar. Müşfiq XAN sadə dili, kəskin süjet xətti, maraq doğuran təhkiyə üslubu və hadisələrin gözlənilməz şəkildə açılması ilə daim oxucunu ondan ayrılmamağa vadar edir. Biz ümid edirik ki, Müşfiq XAN söz meydanında cövlan edən qələmi mənim şəxsən çox gözlədiyim elmi-fantastik detektiv janrında şahə qalxacaq”.

Daha sonra tədbirdə "Hədəf” Kurslarının digər həmtəsisçisi Vüqar Tarquliyev də danışaraq, Müşfiq XANın detektiv əsərlərini sevə-sevə oxuduğunu və bu əsərlərdə xoşagələn, axıcı üslüb hiss etdiyini vurğuladı.

Yazarlar Elxan Elatlı, Aydın Xan, Cəlil Cavanşir, Əkbər Qoşalı, Qanun Ümman, Oktay Hacımusalı və Rüfət Əhmədzadə də çıxış edərək, "Sonuncu hədiyyə” romanı barədə fikirlərini bölüşdülər, müəllifə uğurlar arzuladılar.

Tədbir Müşfiq XAN romanlarının oxucular üçün müəllif tərəfindən imzalanması ilə yekunlaşdı. Əsərləri detektiv həvəskarları tərəfindən maraqla qarşılanan Müşfiq XAN ixtisasca bioloqdur (biologiya üzrə fəlsəfə doktoru) və bu sahə üzrə də bir sıra maraqlı nəşrlərin və elmi əsərlərin müəllifidir. Eyni zamanda Müşfiq XAN "Hədəf Nəşrləri”nin direktorudur.
# 4385 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər