writer1

Rəfiqə Məmmədova

Məqalə sayı

55
clock12:40 calendar-gray 12 Aprel 2013 view-gray4557 dəfə oxunub
view-gray4557 dəfə oxunub

Tetçerin yataqdakı uğursuzluğu

Rəfiqə Məmmədova

"İlk dəfə 19 yaşımdaykən o mənə Marqo deyə müraciət etdi.Biz ayrıldıq. O getdi. Getdiyi gündən o adla heç kəsin məni çağırmasına izn vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, çünki mən sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı kütlənin içindən Marqo deyə bir səs eşitdim. Qocalmış, əynində dilənçi kürkü olan o idi. Marqo deyirdi. Heç nə demədim. Mənə ayrılan otağa keçib ağladım. Və o günanladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam"

Marqaret Tetçer

Qadın və kişi hüquqlarının bərabərliyinin müdafiə olunduğu, feminist təşkilatlarının inkişafının pik nöqtəsinə çatdığı, gender balansının radikal şəkildə qorunduğu bir əsrdə Böyük Britaniyanın keçmiş baş naziri, “güclü qadınların” kumiri, ötən əsrin Dəmir ledisinin belə bir cızmaqarası Tetçeri özünə ideal seçən bir çox qadını məyus etdi, şəksiz. Təkcə məyus etməklə qalmadı, dərin düşüncələrə qərq etdi.

Düzünü desəm Tetçerin şəxsi həyatıyla maraqlanmaq heç vaxt ağlıma gəlməyib, çünki onun şəxsi həyatının olmadığına qeyri-şüuri inanmışam. Rastıma çıxan bu yazı məni çox təəccübləndirdi. Əslində təəccüb demək azdı, kədərləndirdi, təəssüfləndirdi.

Sentimental yazı olduğunu düşünməyin, əksinə, realist bir yazı yazmağa çalışıram. Güclü, nümunəvi iş qadını Tetçer bizə sübut etdi ki, hər bir qadının, altından xətt çəkərək vurğulayıram ki, hər bir qadının sevgiyə, nəvazişə, məhəbbətə ehtiyacı var.

Freyd deyirdi ki, şəxsi və seksual həyatda uğur əldə edə bilməyən insanlar yaradıcılıqda, siyasətdə daha fəal olurlar və nailiyyət əldə edə bilirlər. 40 yaşınacan həyatının eşqi Yevanı tapa bilməyən Hitler həyasız xanımından əziyyət çəkən Tolstoy yadıma düşdü.

Hazırkı dövrdə neoliberalizmin təbliğ etdiyi gender bərabərliyi, qadın hüquqlarını əlində bayraq edən feminist təşkilatlar, ukraynalı çılpaq gözəllərin etirazları dünya gündəmində xüsusi yer tutur. Gəlin açıq danışaq, təhsil, karyera, böyük amallar bəlkə də şərtdi,amma bunlar qadın xislətini dəyişdirməyə qadir deyil.

Qadın qadındı, nə qədər kobud görünsə və ya görünməyə çalışsa da incədi, hər bir qadının daxilində küncə gizlədib görməkdən çəkindiyi zərif duyğular var. Qadın hüquq bərabərliyinə nail ola bilər, vəzifə sahibi ola bilər, güclü mənəviyyata malik ola bilər, amma heç bir qadın işdən qayıdanda gülərüzlə onu qarşılayacaq sevgilidən imtina etmək istəməz, etməz də.

Hər bir kişidə olduğu kimi hər bir qadında da əks cinsin xarakterik xüsusiyyətləri var. Bu hissəciklər kimdəsə az, kimdəsə nisbətən çoxdu. Yox, cinsi azlıqları nəzərdə tutmuram, natural fərdlərdən danışıram. Tetçer verdiyi radikal qərarların, “süd oğurluğu”nun, güclü siyasətçi qadının arxasında öz daxilindəki nəvazişə möhtac qadınımahirliklə gizlədə bilib, amma bizdən, kütlədən, ətrafından. O cümlələri oxuyandan sonra anlamaq çətin deyil ki, xanım Tetçer bunu illərlə özündən də gizlətməyə çalışsa da bir neçə saniyəlik rastlaşma bu cəhdləri fiaskoya uğradıb.

Bəşərövladıbeləyaranıb, bundan qaçmağa çalışmaq absurddu, sonu tragediyadi, sonu yoxdu.

Hələuşaqlıqdan cəmiyyət istəyərək, ya da istəməyərək hər bir xanımda qarşıcinsdən zəif, gücsüz olması fikrini formalaşdırır vəbu fikir birçoxlarındaəks təsir olaraq aqressiyaya gətiribçıxarır. Yaradılmışşüuraltınatamamlıq, asılılıq kompleksi qadınlarıaqressivləşdirir, hər fürsətdəqarşıcinsəözünüsübut etməyə, qarşı cinsiəzməyə təhrik, meyl yaradır. Amma bu təbiət qanunlarına qarşıcıxmaq üçünyetərli arqument deyil.

Bəşəriyyətin tənzimləyici qanunlarından qaçmağa çalışan Maonu yadımıza salaq. Taxıl zəmilərini qorumaq üçün “adama bir sərçə öldürək” kampaniyasından sonra bütün zəmiləriçəyirtkələr məhv etdi və“mədəni inqilab” təbiət qanunlarıyla bacarmadı. Ya da 80-ci illərinSSRİ-nin çayların istiqamətini dəyişmə cəhdinin Aralın qurumasıyla nəticələnməsi.

Banalsəslənsədə 1 dəqiqənizi ayırıb dünya tarixində iz qoyan, unudulmayan xanım adları çəkməyə çalışın. Mənim ağlıma gələn ilk simaMerlinManrodu.

Əslindəgüclüqadınaqressiv,kobudvəyasiyasətçi qadın demək deyil. Yaddaşlardan hələ də silinməyən, hər kəsin tanıdığı məşhur Manro siyasətçi olaraq yox, gücünü dərk edən və bu gücdən istifadə etməyi bacaran qadın olaraq hələ də unudulmur, böyük dövlətlərin baş əydiyi cənab Kennediyə xəyanət etməyə cəsarət edən qadın olaraq qalır. Qadının gücü onun zərifliyi, gözəlliyi və ağlıdı.

Əsas məsələ onu dərk etmək və istifadə qaydalarını müəyyənləşdirməkdi. Həssaslıq, zəriflik zəiflik deyil, xanımlar, bu bizim gücümüzdü.

P.S. “Qadınlar kişilərin zəif yeridir, zəiflik isə həmişə güc deməkdir”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021
Əfqanıstanla mədəni əlaqələr qurulur: Nazir səfirlə görüşüb
10:17 09 Aprel 2021