news-inner
clock08:15 calendar-gray 12 Aprel 2013 view-gray4312 dəfə oxunub
view-gray4312 dəfə oxunub

Ömürlük məhbus, qrup seksdən yazan türk terrorçusu

O gənc yaşlarından Türkiyə islamçıları arasında lider kimi tanınan, xarizmatik bir şəxsiyyət idi. 15 ildir həbsdə yatan, terrorçu adlandırılan İBDA-C təşkilatının rəhbəri kimi tanınan Saleh Mirzəbəyoğlu 28 dekabr 1998-ci ildə böyük qızının təhsil aldığı məktəbin qarşısında övladlarının və xanımının gözü qarşısında həbs olunub. 2001-ci ilin 2 aprelində ona ölüm cəzası verilir. Ölüm cəzasının ləğvindən sonra onun cəzası ağır rejimli ömürlük həbslə əvəz edilib.

Həbsxana həyatının son 11 ilini 3 kvadratmetrlik təkadamlıq kamerada keçirən Saleh Mirzəbəyoğlu uzun müddətdir ki ona “Teleqran-Betatron” işgəncəsinin tətbiq edilməsindən şikayətçidir. 63 yaşlı yazarın işgəncənin təsirindən artıq gəzə bilmədiyi bildirilir.

Nəcib Fazilin müridi

Saleh İzzət Erdiş 10 may 1950-ci ildə Ərzincanda doğulub. İlk və orta təhsilini Əskişəhərdə alıb və ilk şeirləri də məhz bu illərdə “Sabah” qəzetində yayımlanıb. 1968-ci ildə Atatürk liseyindən məzun olub. Bir müddət “Akıncılar” dərnəyində çalışdıqdan sonra yazarlıq və jurnalistlik fəaliyyətinə başlayıb.

“Gölge” və “Akıncı güc” dərgilərinə rəhbərlik edib. Nəcib Fazil Qısakürəyin rəhbərlik etdiyi “Büyük Doğu – Rapor” dərgisi ilə əməkdaşlıq edib. 60-dan artıq bədii, fəlsəfi, dini kitabın o cümlədən bir neçə romanın müəllifidir. 15 yaşında Nəcib Fazillə tanış olan Mirzəbəyoğlu onu özünə ustad olaraq qəbul edir və Böyük Şərq (Büyük Doğu) ideologiyasının tərənnümçüsünə çevrilir. Tədqiqatçıları hesab edir ki, onun bütün əsərlərində ustadı Nəcib Fazilin böyük təsiri var. Tərəfdarları, Böyük Şərq ideologiyasını müdafiə edən Mirzəbəyoğlunu çevik və üstün zəkaya sahib bir islam alimi hesab edir. İslami mücadilənin alovlu tərəfdarlarından biri hesab olunur. Yazdığı əsərlərdə də məhz bu ideologiyanı müdafiə və təbliğ edir. Eyni zamanda Türkiyə siyasətinə fərqli bir baxış sərgiləyən yazar Türkiyənin illərlə mübarizə apardığı “kürd problemi”ni də gözardı etməyib. “Bütün tərəfləri ilə kürd məsələsi” adlı əsərində kürdlərin yaşadığı ərazinin coğrafi, mədəni və mənəvi dünyasını təhlil edir, problemə fərqli mövqedən yanaşır. Tərəfdarları onu “komandir”, “dünya miqyaslı mütəfəkkir”, “böyük alim” kimi təqdim edir.

Saleh Mirzəbəyoğlu və İBDA-C

İBDA-C (İslami Büyük Doğu Akıncıları Cephesi) - İslami Böyük Şərq Axınçıları Cəbhəsi Nəcib Fazilin ortaya atdığı “Böyük Şərq” ideologiyasına söykənən, federativ islami dövlətin qurulmasını qarşısına məqsəd qoyan bir təşkilatdır. 1979-cu ildə İstanbulda keçirdiyi icazəsiz aksiyalarla gündəmə gələn İBDA-C-nin rəhbəri təşkilat içində “kumandan” olaraq tanınan Saleh Mirzəbəyoğlu hesab olunur. Mirzəbəyoğlu isə bu iddianı tamamilə rədd edir və İBDA-C-nin lideri olmadığını bildirir. Təşkilat “Özündən zühur etmə dialektikası” adlandırdıqları bir quruluş forması ilə yaranıb. Yəni təşkilatda heç bir idarəetmə forması yoxdur və müstəqil qruplar şəklində fəaliyyət göstərirlər.

Cəbhənin fəaliyyəti müstəqil şəkildə, “Böyük Şərq” ideologiyasına inan müsəlmanlar tərəfindən qurulur. Özünü “Böyük Şərq” ideologiyasına yaxın hesab edən hər bir müsəlman doğru hesab etdiyi şəkildə hərəkət edir, istədiyi aksiyanı planlaşdırır və kiçik qruplar halında həyata keçirir. Təşkilatın “elm qanadı” adı ilə

tanınan hissəsi dərgi və kitab çapı ilə məşğul olur, konfrans, sərgi və sair aksiyalar keçirirlər.

Əvvəllər “Ak-Doğuş”, “Ak-Zuhur”, “Akınlu”, “Akademiya” və “Tahkim” dərgilərini nəşr etdirən təşkilat hal hazırda “Beklenen Yeni Nizam”, “Baran”, “Furkan” və “Aylık Dergi” adlı dərgilərin nəşri ilə məşğuldur. Özlərini “əhli-sünnət”dən qaynaqlanan iman hərəkatı hesab edən İBDA-C üzvləri keçirdikləri müxtəlif aksiyalarda zora əl atmaqdan da çəkinmirlər.

Məsələn, 1999-cu ildə-“komutan” adlandırdıqları Mizəbəyoğlu və digər İBDA-C üzvlərinin Metris həbsxanasından başqa həbsxanaya köçürülməsi vaxtı, həbsxanada böyük üsyan təşkil olunub. “Komutan”ın “Allahu Əkbər” deməyi ilə üsyana başlayan dustaqlar 22 zabiti və 150 əsgəri girov götürür və üsyan vaxtı 50 əsgər yaralanır. 67 nəfərlik üsyançı dəstə yalın əllə 172 nəfəri girov götürməyi və əllərini bağlamağı bacarır. Yeddi saat yarım davam edən üsyan ordunun müdaxiləsi ilə yatırılsa da, İBDA-C özünün təhlükəli bir təşkilat olduğunu isbatlamağı bacarır.

Digər islamçı qrupları, xüsusən də nurçuları və milli fikirçiləri özlərinə müxalifət hesab edən İBDA-C 1979-cu il hadisələri zamanı solçularla və millətçilərlə silahlı mübarizə aparıb, onlarla üzvlərini itirib. İran tərəfdarı olan hərəkatlara, xüsusi ilə ələvi və bəktaşilərə qarşı radikal mövqe ortaya qoyan İBDA-C konkret olaraq “şəriət üçün silahlı mübarizə” tərəfdarıdır. Ən maraqlısı isə budur ki, hazırda İBDA-C Türkiyədəki bütün islamçı qruplara müxalif olsa da, Türkiyə cümhuriyyətinə qarşı mübarizə aparan bütün sol təşkilatlarla, xüsusilə PKK ilə əməkdaşlıq tərəfdarıdır. İBDA ideoloji olaraq Nəcib Fazilə, Nəcib Fazil isə təriqət şeyxi Əbdülhakim Ərvasiyə bağlıdır. Yəni İBDA-nın təməlində təriqət düşüncəsi önəmli yer tutur.

Qrup seks, qaçaqmalçılıq və reklam xətrinə namaz

Mizəbəyoğlunun bütün fəaliyyətini, həyatını, dünyagörüşünü əks etdirdiyi iddia edilən məşhur romanı-6 cildlik “Tülkü gündəliyi” hal-hazırda Türkiyədə qadağan edilib. Hökumət iddia edir ki, müəllif əsərində özü haqqında şok yaradacaq detalları qələmə alıb.

“Tülkü gündəliyi”ndə Mirzəbəyoğlu evli bir qadınla birlikdə yaşadığını, dəfələrlə zina etdiyini, İBDA-C-nin sənət əsərlərinin xaricə çıxarılmasında və siqaret qaçaqmalçılığında əli olduğunu qələmə alıb. Eyni zamanda Mirzəbəyoğlu açıq şəkildə PKK ilə ittifaqda olduqlarını, Tələbani və Bərzani ilə münasibət yaratmağın vacibliyindən bəhs edib. Müəllif iki qadınla evli olmasına baxmayaraq müxtəlif qadınlarla cinsi əlaqədə olduğunu, qüsulsuz namaz qıldığını qələmə alıb. Aşağıdakı cümlə isə çox düşündürücüdür: “Lazım gələrsə reklam üçün namaz da qılaram”.

Müəllif əsərdə Türkiyədə həyata keçirilən terror aktlarından məmnunluğunu ifadə edir. Hətta uzun müddət eyni partiyada olduğu Nəcməddin Ərbakanın çənəsinə yumruq vurduğunu çəkinmədən qələmə alır. İslami mübarizə apardığını önə sürən təşkilatda olduqca iyrənc hadisələrin, hətta qrup seksin belə geniş yayıldığını aşağıdakı nümunə ilə başa düşmək mümkündür:

“2 Ocak 1989. Bir sürü çıplak insan.SaffetBey, şarkıcıAliye Arsoyile çıplak bir kadın vaziyeti odanın kapısından görüyor ve esef ediyor.Saffet Bey'in Ermeni sevgilisi imiş. Aldatılmışlık hissi! Sırt üstü yatmış, iri topluca ve sakallı bir genç. Dikkat edince ağaç kalınlığında ve yapraklarla perdelenmiş gibi duran kısmın bir ağaç değil, tenasül uzvu olduğunu görüyorum. Tenasül uzvu açıkta. Birbuçuk metre uzunluğunda ve 20-25 santim genişliğinde ağacı andıran tenasül uzvu! Bunun fatihliğe alamet olduğunu düşünerek gözlerimi dikmişken, birden adam bana göz kırpıyor.”

Mirzəbəyoğlu dəlidirmi və ya “Teleqram işgəncəsi” nədir?

Ömrünün son 15 ilini həbsxanada keçirən Mirzəbəyoğlunun dəli olduğunu iddia edənlər çoxdur. Qəribə fikirləri, inandırıcı görünməyən iddiaları ilə tərəfdarlarını belə çaş-baş salan Mirzəbəyoğlu ona “Teleqram-Betatron” işgəncəsi verildiyini iddia edir. Elektromaqnit şüalarla

verilən bu işgəncəni isbat etmək qeyri-mümkündür. Günün bütün saatları işgəncə altında olduğunu deyən Mirzəbəyoğlu bu iddialarını isbat etmək üçün həbsxanada kitab yazıb və nəşr etdirib. Mirzəbəyoğlu iddia edir ki, bu şüalar vasitəsi ilə orqanizmdə fiziki xəstəliklər aktivləşir. Eyni zamanda işgəncəyə məruz qalan şəxs bunu isbat etməyə cəhd edərsə, işgəncə verən öz arzusuna çatır və məhkumu asanlıqla “dəli” adlandırır. 3 ildir ona əziyyət verən bel ağrılarının və ayaqlarının tutulmasını bu işgəncə ilə bağlı olduğunu düşünür:

“Darısqal, təkadamlıq kamerada saxlanılıram. Hava almaq üçün kiçik bir ərazi var. Amma havaya çıxmaq saatı gələndə dalğaların təsirindən ayağa qalxıb gəzə bilmirəm. Eyni zamanda bu işgəncə mənə psixoloji təsir göstərir. Xoş şeylər düşündüyüm anda qəfildən ağlamağa başlayıram, ya da əksinə.”

Bədənin, xüsusən də boyun, bel və cinsiyyət orqanının qaşınması da bu işgəncənin əlamətlərindəndir. 2008-ci ildə vəkili ilə söhbət edən Mirzəlioğlu qəfildən bildirir ki, indi də dilimi yandırırlar... Eyni ildə, başqa bir görüşdə isə o “Bacarıqlarını göstərmək istəyirlər, indi də gözümü yandırırlar” deyərək gözünü tutur. Heç şübhəsiz ki, psixoloji durumu qaydasında olmayan Mirzəlioğlu dəli olmadığını isbat etmək üçün müxtəlif “işgəncə” növləri uydurur. Vəkilinin bildirdiyinə görə bəzən günlərlə yata bilmir. Səbəb isə guya yuxuda belə ona “teleqram işgəncəsi” verilməsidir.

60-dan artıq kitabın müəllifi, islami terror təşkilatının “komutanı” Mirzəbəyoğlu günahsız yerə həbs olunduğunu, ona yönəldilən ittihamları qəbul etmədiyini bildirir. İBDA-C üzvləri onu liderləri hesab etsələr də, o sadəcə bir fikir adamı olduğunu iddia edir. “Məni ittiham edənlər İBDA-C-nin nə olduğundan xəbərsizdir” deyir. Ancaq görünən odur ki, Saleh Mirzəbəyoğlu iddia edildiyi kimi məsum bir insan deyil. Yaşadıqları və yazdıqları bunu tam sübut edir.

Oxşar xəbərlər

Xəbər lenti

Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqinda qəribə aforizmlər
21:02 17 İyun 2021
Məşhur aktyor yeni seriala çəkilir
18:50 17 İyun 2021
Atası başını qırxıb oğlan kimi böyütdü: İki dahi bəstəkarımızın evlilik təklif etdiyi “yaralı turac” - Video
18:33 17 İyun 2021
Orxan Saffarinin ilk kitabı nəşr olundu - Foto
18:14 17 İyun 2021
Çingiz Abdullayevə AYB-də yeni vəzifə tapşırıldı - Eksklüziv
17:47 17 İyun 2021
Buqələmun gecə rəngini dəyişmir - Kino tariximizdə ilkə imza atan film
17:01 17 İyun 2021
Məşhur hind aktyor vəfat etdi
16:17 17 İyun 2021
Başını dik tut, mən şəhid oldum
15:29 17 İyun 2021
Nizaminin sözlərinə bəstələnmiş musiqi albomu buraxıldı
14:40 17 İyun 2021
Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görüldü
13:52 17 İyun 2021
Van Dammın azərbaycanlı gəlini kimdir? – Dosye - Fotolar
13:08 17 İyun 2021
Yazıçılar İttifaqından qovuldu, peyğəmbərə görə ölüm fətvası verildi, küçədə qətlə yetirildi – Necə öldürüləcəyini öncədən yazan yazıçımız
12:45 17 İyun 2021
Van Dammın oğlu azərbaycanlı qızla evləndi: Ortaq dostları bu nikahdan yazır... - Fotolar
12:18 17 İyun 2021
Şəhriyarı Azərbaycandan küsdürənlər – Sərdar Amin yazır...
11:34 17 İyun 2021
Anamın ayaqqabısını geyindirdiyim qız məni necə aldatdı?
11:02 17 İyun 2021
Məni döyüb stadiondan qovdular
10:30 17 İyun 2021
Xalq artistindən üzücü xəbər: "Hərəkət edə bilmirəm"
09:44 17 İyun 2021
Cırıq maskalılar - Zamin Hacı yazır...
09:01 17 İyun 2021
Məşhur şairin qızı: “Atamın ölümünü məndən gizlədilər, amma...” - Müsahibə
21:00 16 İyun 2021
Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib
19:00 16 İyun 2021