news-inner
clock08:45 calendar-gray 12 Aprel 2013 view-gray1735 dəfə oxunub
view-gray1735 dəfə oxunub

O, qadınları sevirdi, dostunun heç bir şansı yox idi

Roma imperatoru Kaliqula eşqbazlığı ilə ad çıxarıb. O dördayaqlı dostu-ata qarşı xüsusi sevgisiylə də tanınıb. Yox, heç kəs onun zoofil olduğunu düşünmürdü, ancaq imperatorun ata olan məhəbbəti dördayaqlı heyvanı Senata gətirib çıxarmışdı. Kaliqulanın atdan çox sevdiyi yeganə insan isə ana bir, ata ayrı bacısı olub.

15-ci Lüdovik sevgi macəralarına görə bütün digər fransız monarxları, o cümlədən Günəş Kralı kimi tanınan 14-cü Lüdoviki də geridə qoyub. Onun məşhur məşuqəsi madam markiza de Pompadur son dərəcə əxlaqsız qadın olsa da qısqanc deyildi. Buna görə da əlahəzrət kral markiza de Pompadurdan əlavə digər çoxsaylı məşuqələri üçün xüsusi park yaratmağa da özündə cəsarət tapmışdı. Kralı əyləndirən bu gözəlçələr parkda ayrı-ayrı evlərdə yaşayırdılar.

Sirr deyil ki, sevgi məsələlərində ən uğurlu və ən məşhur şəxs Cakomo Kazanova hesab olunur. Onun şöhrəti hamını kölgədə qoyub. Möhtəşəm, bacarıqlı və sevməyi bacaran – onun haqqında təəssüratlar belə idi. Baxmayaraq ki, qadın cinsinin bütün nümayəndələri onun üçün əldən-ayaqdan gedirdilər, amma mister Kazanova dünyadan kasıb və dilənçi vəziyyətində, ən əsası isə tənhalıqda köçüb – bu da onun məhəbbətinin əvəzi.

Markiz de Sad tarixdə təsvir olunduğu kimi qaniçən olmayıb. Amma onun praktikasında sadizm olub. Qamçıyla döymə, qabarböcəyi yedirmə kimi qəddarlıqların əsasını məhz oqoyub və bunlara görə də psixi xəstəxanalar, eləcə də demək olar ki, Fransanın bütün həbsxanalarında yatıb. Məhz bu xəstəxana və həbsxanalarda Markiz de Sad çoxsaylı romanlarını yazıb. Bu romanları yalnız 21 yaşdan sonra oxumaq tövsiyə olunur.

Birinci Pyotr sevgi macəralarında kəmiyyətə elə də önəm verməyib. O cənublu qadınlardan mümkün qədər uzaq qaçmağa çalışırdı. Amma avropalı, xüsusilə də alman əsilli xanımlara qarşı isə biganə deyildi. Birinci Pyotr son dərəcə qısqanc biri olub. Onun sifilis olduğu, hətta məhz bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal edilir. Baxmayaraq ki, rəsmi məlumatlarda hökmdarın Neva çayının buzlu suyunda çimdikdən sonra soyuqlama nəticəsində öldüyü bildirilir.

Lavrenti Beriyanın sevgi tarixçəsi isə bir qədər fərqlidir. O daha çox zorakılıqları ilə ad çıxarıb. Bu məsələdə onun tayı-bərabəri olmayıb. Qadınların onunla yatağa sevgidən, yoxsa qorxudan girdiklərini söyləmək çətindir. Beriyanın sevgi əyləncələri üçün qadınları bunun üçün xüsusi öyrədilmiş adamlar seçirdilər. Onlar avtomobillərlə dolaşır və ətrafı gözdən keçirirdilər, uyğun qadınları gördükdə onu zorla maşına mindirib qaçırırdılar. Belə insanın taleyini də əməllərinə adekvat hesab etmək olar. Gözəl günlərin birində onu güllələyiblər.

Cimmi Hendriks bütün məşhur qadın düşkünlərini geridə qoyub. Onun məşuqələri siyahısında min, hətta bəzi məlumatlara görə 2 mindən artıq qadının adı var. Maraqlıdır ki, bu boyda siyahı onun 28 illik ömründə yaranıb.

Çarli Çaplin gənc, yeniyetmə qızlara xüsusi maraq göstərib. Bu mərəzinə görə Çaplin ətrafdakılar tərəfindən hər zaman qınaq obyekti olub.

Sevgi məsələsində Salvador Dalini uğursuz adam hesab etmək olar. O gizli homoseksualizmdən əlavə, autoerotizmdən əziyyət çəkib. Yəni özünə istəkdən alışıb yanıb, təbii ki, gizli şəkildə. Bunu rəssamın əsərlərindən də görmək mümkündür. Amma bu hələ bədbəxtçiliyin hamısı deyil. Onun həyat yoldaşına da normal insan demək olmaz. O da trualizmdən əziyyət çəkib. Yəni üçlükdə seks və onun bütün təzahürlərinin həvəskarı olub.

Məşhur yazıçı, “Qırmızı və Qara” kimi böyük əsər yaratmış Stendal onu sevmədiklərinə görə qadınlara qarşı dərin nifrət bəsləyib. O qadınlardan qisasını əsərlərinioxuduqdan sonra onları ağlatmaqla alıb.

Faşizm cəbhəsində uğurlar qazanan İosif Stalinin sevgi cəbhəsində işləri elə də hamar getməyib. Onun məşuqəsi olmayıb, həyat yoldaşı isə özünü güllələyib. Deyilənlərə görə o gizli homoseksualizmdən əziyyət çəkirmiş.

Vladimir Mayakovskinin də sevgidə bəxti gətirməyib.Onun ilk məhəbbəti Liliya Brikdir. Bir müddət sonra qadının şairi artıq sevmədiyi məlum olub. Daha sonra Mayakovskinin həyatına Veronika Polonskaya daxil olub. O da əvvəl şairi sevsə də sonra onu atıb. Sonra Mayakovski Tanya Yakovlevaya aşiq olub, bir müddət sonra bu qadın da ondan üz döndərib. Qısası, sevgidəkiuğursuzluqlara dözməyən şair özünü güllələyib.

Məşhur yazıçı Fiscerald dünya ədəbiyyatı xəzinəsinə daxil olan çoxlu məşhur əsərlər yazıb. Amma onun bir məsələdə bəxti gətirməyib. Böyük yazıçınınhəyat yoldaşı spirtli içki aludəçisi və psixi xəstə olub. Bədbəxtlikdən o özü də arvadından dəlilik əxz edib və spirtli içkilər qəbul etməyə başlayıb. Yazıçının həyat yoldaşı psixiatriya xəstəxanasına yerləşdirilib.Fiscerald özü isə 44 yaşında qaraciyər sirrozundan dünyasını dəyişib.

Con Lennonu sevən yeganə insan nə qədər qəribə də olsa onun xanımı Yoko Ono yox, “Bitlz”in işlərini idarə edən Brayan Epşteyn olub. Amma Con yalnız qadınları sevdiyindən dostunun heç bir şansı yox idi.

Tərcümə: Rəvan

news-inner-user

19112 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:03 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021