news-inner
clock08:30 calendar-gray 11 Aprel 2013 view-gray4809 dəfə oxunub
view-gray4809 dəfə oxunub

Hər il 2 milyon qız sünnət edilir

Bu yaxınlarda “BBC” əməkdaşı Cessika Uilyams dünyanın “rentgen”ini tərtib edib. Təəssüratlarını “Dünyada dəyişməli olan 50 fakt” adlı kitabında toplayan Uilyams dünyanın dəyişikliyə ehtiyacı olduğunu sübut etməyə çalışıb.

Beləliklə, dünyada dəyişməli olan faktlar:

Yapon qadınlar ortalama 84 il, botsvanalı qadın isə sadəcə 39 il yaşayır.

Dünyada köklükdən əziyyət çəkən insanların üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır.

ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik faizinə sahibdirlər.

Çində 44 milyon qadın itkindir.

Braziliyada “Avon” kosmetika markasının satışı ilə məşğul olan qadınların sayı əsgərlərin sayından çoxdur.

2002-ci ildə edamların 81%-i ABŞ, Çin və İranda həyata keçirilib.

İngilis supermarketləri müştəriləri haqqında hökumətdən daha çox məlumatlıdırlar.

Avropa Birliyi ölkələrində hər inək üçün verilən gündəlik 2,50 dollarlıq subsidiya Afrikanın 75%-nin gündəlik xərcindən daha çoxdur.

70-dən çox ölkədə eyni cinsdən olanların münasibəti qadağan olunub. 9 ölkədə isə bu münasibətin cəzası ölümdür.

Dünya əhalisinin beşdə biri gündəlik 1 dollardan az gəlirlə yaşayır.

Rusiyada ildə 12 mindən çox qadın ailədə zorakılıq səbəbi ilə həyatını itirir.

1 ildə 13,2 milyon amerikalı estetik əməliyyat etdirir.

Mina partlayışı nəticəsində saatda bir insan ölür və ya şikəst qalır.

Hindistanda 44 milyon uşaq istismara məruz qalır.

Yeni sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kiloqram qatqı maddəsi yeyir.

Dünyanın ən çox qazanan idmançısı qolfçu Tayger Vuds ildə 78 milyon dollar, yəni saniyədə 148 dollar qazanır.

Amerikada 7 milyon qadın və 1 milyon kişi iştahsızlıqdan əziyyət çəkir.

15 yaşlı ingilislərin çoxu ən azı bir dəfə narkotik vasitələrdən istifadə edib, dörddə biri isə siqaret çəkir.

Vaşinqtondakı lobbi sektorunda 67 min insan işləyir. Yəni seçilmiş hər konqress üzvünün azı 125 işçisi var.

Maşın qəzalarında dəqiqədə 2 insan ölür.

1977-ci ildən bu yana Amerikadakı abort klinikalarında 80 min təcavüz və zorakılıq halları yaşanıb.

MakDonaldsın qızılı loqosunu tanıyanların sayı xristian xaçını tanıyanlardan çoxdur.

Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.

Dünyadakı qeyri-qanuni narkotik bazarı 400 milyard dollar dəyərindədir.

Amerikalıların üçdə biri yadplanetlilərin gəldiyinə inanır.

150-dən çox ölkədə işgəncə var.

Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.

Amerikada qara kişilərin həbsə düşmə ehtimalı 33%-dir.

Dünyanın üçdə biri müharibə şəraitindədir.

Neft ehtiyatları 2040-da tükənə bilər.

Siqaret çəkənlərin 82%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Silahlı qarşıdurmaların dörddə biri təbii qaynaqları ələ keçirmək üçün başlayır.

Afrikada 30 milyon insan SPİD-dən əziyyət çəkir.

Hər il 10 dil ölür.

İntiharla ölənlərin sayı münaqişələrdə ölənlərin sayından çoxdur.

Amerikada hər həftə təxminən 88 şagird sinifə silah gətirir.

Dünyada ən azı 300 min “vicdan məhbusu” var.

Hər il 2 milyon gənc qız və qadın sünnət edilir.

Silahlı münaqişələrdə 300 min uşaq əsgərlər döyüşür.

İngiltərədə 2001-ci il seçkilərində 26 milyon, “Pop İdol” yarışmasının ilk mərhələsində 32 milyon insan səs verib.

ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar xərcləyir.

ABŞ “quldur dövlət” deyə elan etdiyi 7 ölkədən 33 dəfə çox hərbi məqsədlə pul xərcləyir.

Dünyada 27 milyon qul var.

Amerikalılar zibilə saatda 2,5 milyon plastic şüşə atır, yəni hər üç həftədə bir Aya çatacaq qədər şüşə toplanır.

Adi bir ingilis gündə təxminən 300 dəfə kameralara düşür.

Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.

Yeni Zellandiyadan İngiltərəyə təyyarə ilə gətirilən bir dənə kivi atmosferə özünün ağırlığından 5 dəfə çox sera qazı buraxır.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatına 1 milyarddan çox borcu var.

Kasıb ailə uşaqlarının psixoloji problem yaşama ehtimalı varlı ailə uşaqlarına nəzərən 3 dəfə çoxdur

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021