Qardaşla bacının sevgisindən bəhs edən Azərbaycan filmi

Qardaşla bacının sevgisindən bəhs edən Azərbaycan filmi
9 aprel 2013
# 11:42

Əyalətlərdə artıq filmlər, üstəlik, büdcəsiz-filansız filmlər çəkilməyə başlayıbsa, bu, nəyəsə ümid yaradır. Hətta ümidim elə böyüyür ki, düşünürəm: Bəlkə, kino bumu paytaxtdan yox, əyalətlərdən gələcək? Niyə də olmasın.

***

Goranboyda yaşayan, 24 yaşlı Elvin Adıgözəlin “O” qısa filminin mövzusu mənim üçün gözlənilməz oldu. 14 dəqiqəlik filmdə Elvin milli mentallığımızda tabu olan mözvuya toxunur. Film qardaşla bacının sevgisindən danışır. Əvvəldə onları sevgili kimi qəbul edən tamaşaçı heç bir halda ehtimal etmədiyi sonluqla üzləşir.

“O” real hadisənin motivləri əsasında çəkilib.

Gənc rejissor tabu, ayıb sayılacaq mövzularda sərbəst, rahat gəzişir.

Hətta rejissor Ramil Adiloğlunun “Oyuncaq” filmində pulsuzluqdan klounluq edən, uğursuz adamı oynayan Elvinin masturbasiya səhnəsi var.

***

“Bir dəfə televiziyada Kamera Teatrının reklamını gördüm. Getdim ora. Cənnət Səlimova və İrina Perlovaya aktyor olmaq istədiyimi dedim. Məni hazırlaşdırdılar. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olundum. Dərslərə getmirdim. Çünki, ora universitet yox, faciədir. Gördüm gələn batır. Bir ildən çox Kamera Teatrında öyrəndim. Amma sonra şəxsi konfliktlərə görə uzaqlaşdım. Rayona qayıtdım. 3 il Regional TV-də işlədim. Sonra Kubinkada qısa bir film çəkdim və Adana Altın Koza Film festivalına yolladım. O da ünvana çatmamışdı. Film çəkmək fikrindən daşındım. Amma hər gün film izləyirdim və düşündüm ki, yox, çəkməliyəm”.

***

Hələ məktəbdə oxuyanda Elvin Emir Kusturitsadan tutmuş Verner Herzoga kimi çox rejissorun filmlərini izləyib. Hərçənd, Semih Kaplanoğlu ilə Nuri Bilge Ceylanın kino dili ona daha yaxındır. Filmlərində təhkiyə meditativdir, çox az dialoqdan və uzun planlardan istifadə edir.

“Əslində uzun planlardan istifadə etməyim bilərəkdən deyil. Sadəcə məkanı və o andakı atmosferi uzun planla görürəm. Məsələn, nə zamansa böyük büdcəli film çəksəm relsdən və krandan istifadə etməyəcəm. Çünki filmlərimin atmosferinə zidd sayıram. Qısa plan və uzun plan anlayışı da mənim üçün yoxdur. Ssenarini də çəkiliş vaxtı dəyişirəm bəzən. Kino mənim üçün həyatın parçasıdır. Və çəkdiyim filmin gerçəkliyinə o qədər inanıram ki, o atmosferi yaratmaq üçün əvvəlcədən hazırlaşmıram. Bəlkə bir qədər böyük çıxacaq, amma bu ölkədə fərqli film çəkdiyimi fransız prodüserə sübut eləmişəm. Sadəcə media mənimlə maraqlanmayıb”.

***

“Filmi pulsuz da çəkmək olar” deyən Elvin bir neçə filmini (“O”, “Dönüş”, “Duman”) büdcəsiz çəkib. Yevlaxın pivə zavodunda işdən çıxarılan yaşlı bir kişi və onun televiziyda işləmək istəyən nəvəsinin hekayəti olan “Duman” “Start” Beynləxalq film festivalında qalib olub. “Kinoşok” festivalının əməkdaşlarının vasitəçiliyi ilə “Dönüş” Kann festivalının film marketində Rusiya bölməsində göstərilib.

“Həmin marketdə Fransanın “Arizona films” şirkətinin rəsmi prodüseri Guillaume de Seile filmlə maraqlanıb. Onunla Bakıda görüşdük. O, həm də S. Kaplanoğlunun filminin də prodüseri olub. Dedi ki, yeni ideyan varsa işlə. Mədəniyyət Nazirliyi də dəstəkləsə, biz də maliyyə ayırarıq. Amma mənim layihəm keçmədi”.

***

“2012-ci ildə Moskvada yaşayan dostumla “Buqələmun” filmini çəkdik. Göyçayda yol tikintisində işləyən müdir müavini ilə orda evini satmaq istəyən bir kişinin, yəni heç vaxt görüşməyən iki ayrı adamın paralel həyatıdır. Axırıncı filimin 10 min büdcəsi var və onun xarici bazara çıxarmaq üçün müəyyən işlər görmüşük. Daha xarici fondlardan maliyyə alaraq çəkmək istəyirəm”.

***

“Film çəkmək üçün müşahidələrim, baxdığım filmlər kömək edir. Sözsüz ki, filmdən filmə təcrübə artır. Ən önəmlisi əhvalatı səmimi danışmalısan. Çəkiliş meydançasında rejissor idarə edəndir”.

# 4865 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər