news-inner
clock14:56 calendar-gray 05 Aprel 2013 view-gray4688 dəfə oxunub
view-gray4688 dəfə oxunub

Özündən 33 yaş böyük kişiyə ərə getdi, hər mənada razıdı

Bu dəfəki müsahibim xanım tanışlarımdan biridi. Xanımlarla bağlı yazılarımı oxuyandan sonra mənə zəng elədi və danışmaq istədiyini dedi. Arqumentisə güclü idi, 23 yaşlı xanım 56 yaşlı sevgilisindən hamilədi, onun uşağını dünyaya gətirməyə hazırlaşır.

- İlk tanışlığınızda siz hələ ona aşiq deyildiz, necə oldu ki, onu yaxına buraxdız? Yaş fərqi sizə mane olmadı?

- O aralar problemlərim var idi və mənəvi dəstəyə ehtiyacım olanda yanımda yalnız o var idi. Vaxt keçdikcə ona simpatiyam, pərəstişim yarandı və ona yavaş-yavaş aşiq olmağa başladım.

- Ailəlidi? Yəqin ki, övladları var.

- Xanımından boşanıb. Hə var, mənlə yaşıd iki qızı var.

- Onları görmüsüz? Sizin varlığınızdan xəbərləri var?

- Görmüşəm, hə xəbərləri var, amma mənimlə münasibətləri yoxdu, yəqin ki, atalarının cavan sevgilisindən xoşları gəlmir və bu təbiidi.

- Seçiminiz tam fərqli ola bilərdi. Gənc oğlanlar sizi cəlb etmir?

- Bilirsiz , mənim 23 yaşım var. Bu vaxta qədər kifayət qədər gənc oğlan görmüşəm, onlar sadiq olmurlar, onlar atalarının cib xərcliyi ilə dolanırlar, onlar qeyri-ciddidirlər. Yox, gənc oğlanları sevmirəm.

- Adətən gənc qızların yaşlı sevgilisi olanda hamı başa düşür ki, bu yaşlı adam çox varlıdı, amma mən bildiyimə görə sizin sevgiliniz elə də varlı deyil.

- Yox, milyonları yoxdu, yüzlükləri var. Amma məsələ pulda deyil, o mənə dayaqdı, o mənə arxadı, o məni anlayır, burda pulun nə dərəcədə rolu ola bilər? Yox.

- Uşağınızın gələcəyi haqda nə düşünürsüz?

- Əla olacaq hər şey. Heç narahat deyiləm. Allahın işini bilmək olmaz. O xoşbəxt olacaq.

- Siz elə düşünmürsüz ki, seçiminizdə ailənizin müəyyən qədər günahı var?

- Hə, müəyyən dərəcədə var, amma onları günahlandırmıram.

- Bəs kimi günahlandırırsız? Özünüzü?

- Heç kimi. Günahlandırmalı nə var axı burda? Hər şey yaxşıdı, biz bir-birimizi sevirik, böyüdüləsi bir şey yoxdu.

- Onlar bu uşağı qəbul edəcək?

- Məcburdular. Niyə də yox? Onlara atasız nəvə doğmayacam ki, uşağımın atası var.

- Amma uşağın babasıyla həmyaşıd atası olacaq.

- Bunun heç bir əhəmiyyəti yoxdu. O handa bir cavan atadan qat-qat yaxşı baxacaq mənim övladıma.

- Münasibətləriniz necədi? Cavan sevgilisini çox qısqanır?

- Hə, qısqanclığı var, çox qısqancdı, amma bu məni narahat etmir, əksinə mənim bundan xoşum gəlir. Sevir ki, qısqanır, bu normaldı, itirməkdən qorxur.

- Yaşının çoxluğu, bədəni və s. cinsi münasibət vaxtı sizə mane olmur?

- Yooox, qətiyyən. İnanın mənə hər şeyi yerindədi. (gülür)

- Nə zamansa peşman olmaq ehtimalı var?

- Peşman olmayacam, bilirəm, əminəm. Amma yenə də həyatdı, heç vaxt heç nə üçün gec deyil

- Valideynlərinizi necə yola gətirdiz? Sizdən 33 yaş böyük biri ilə yaşamağınıza necə razı oldular?

- Onlara mənim rəsmi nigahsız da olsa ərə getməyim lazım idi. Yaşlı olduğunu öyrənəndə tərəddüd etdilər, sonra öyrəndilər ki, evi də, mebeli də, cehizi də o özü alır və bu onları şirnikləndirdi. Onsuz da məndən bezmişdilər və razılaşdılar. İndi anam da, atam daha rahatdı, bilirlər ki, qızları küçədə deyil, onun arxası var, onun sevəni var, onu qoruyan var. Çünki bu vəzifəni valideynlərim heç vaxt tam yerinə yetirə bilməyiblər. Heç vaxt.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020
Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovmasan, özünü qurd zənn ediər – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020
Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
10:36 22 Oktyabr 2020
Azərbaycanlı rejissora ağır itki
10:07 22 Oktyabr 2020
Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?
09:00 22 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020