news-inner
clock08:00 calendar-gray 06 Aprel 2013 view-gray1742 dəfə oxunub
view-gray1742 dəfə oxunub

“Mən Nobel mükafatını udan təlxəyəm”

Nobel mükafatçısı, italyan dramaturqu, rejissoru Dario Fo bu il İtaliyada keçirilən parlament seçkiləri zamanı komik və siyasətçi Beppe Qrillonun “Beş ulduz hərəkatı”nı dəstəklədi. Fo hesab edir ki, indi dərin uçurumda olan ölkəsini yalnız satira, komiklər xilas edə bilər. Kulis.az yazıçının “Zeit” qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Cənab Fo, siz komik Beppe Qrillonu dəstəkləyən tanınmış, əhəmiyyətli adamlardan birisiz. Doğrudanmı, siz ölkənin gələcəyini siyasəti satiraya çevirmək istəyənlərdə görürsüz?

- Əlbəttə. Satira həmişə və hər yerdə olub. Satira zövqü olmayan xalq, ironiyaya görə üzr istəyirəm, ölü xalqdır. Makiavellidən bu günə kimi İtaliyanın böyük siyasətçiləri satirayla məşğul olublar. XVI əsrin böyük rəssamlarının hamısı satirik idilər. Məsələn, Leonardonun hakimiyyət haqqında əsrarəngiz ironik rəsmləri var.

Həmçinin, Almaniyada kral təlxəkləri katolik kilsəyə qarşı üsyanda vacib rol oynayıblar. Mən həmişə ona təəccüblənirəm ki, siz öz mədəniyyətinizdəki bu önəmli anları unudursuz. Hələ o zaman siz Avropada dini strukturda islahatlar aparanda, yenilikçi olanda, ironiya vasitəsi ilə diskursu necə dəyişmək olduğunu bilirdiz. Heç kəs təlxəkləri uzaqlaşdırmağa cəsarət etmirdi, çünki xalq onları sevirdi, eyni zamanda onlardan ironiyanı öyənirdi və onları müdafiə edirdi.

- Çox yaxşı. Amma sivilizasiyanın tarixində təlxəklər həmişə öz oyununu aparmaq üçün hökmdarlardan asılı olublar. İndi İtaliyada kim hakimiyyəti ifşa etməlidir, çünki klounlar da artıq siyasətə keçiblər.

- Əslində bizim ironiya və satiranın nə olması, ondan kimlərin yararlanması haqda yanlış təsəvvürümüz var. Xüsusən də təlxəkliyin peşə kimi kəşf olunduğu və hələ də onun daha da irəli getdiyi İtaliyada. Təlxəklik bizim mədəniyyətin bir hissəsidir. Biz hər şeydə qroteskik: qan tökməkdə, boyunduruğa salmaqda, ələ keçirməkdə, ölçü tanımamaqda, başqalarına nəsə təlqin etməkdə. Bizim mədəniyyətin ən vacib əsəri Dantenin “İlahi komediya”sıdır.

Bir komedya! Commedia dell’Arte (italyan xalt teatrı növü ), lazzi (“zarafat” , “improvizəli hoqqabazlıq” deməkdir) İtaliyada meydana gəlib. Hətta bu ifadələrin tərcüməsi belə yoxdu. Xalq klounların simasında kömək axtarır, onları başa düşür və seçir. Ona görə biz əsla klounların siyasətlə məşğul olmaq ideyasına təəccüblənmirik.

- Amma bu gün bir çox ölkələrin konstitusiyasında söz azadlığı olduğu halda klounlara nə ehtiyac var.

- Biz azad deyilik. İtaliyada hakimiyyət istəyir ki, hər şey onların maraqları ilə üst-üstə düşsün. Xüsusən də mədəniyyətdə.

- Sizin prinsiplərinizdən biri budur ki, satira qayda tanımır. Demokratik siyasət qaydasız ola bilər?

- Axı, bu nə sualdır. Niyə siz hər şeydə həmişə ciddi və kədərli nəsə görmək istəyirsiz. Məhz bu, mötədilliyi müqəddəsləşdirən lənətə gəlmiş xırda burjua estetikasıdır.

- Siyasətdə mötədil üsluba etiraz edirsiz?

- Biz mötədilliyi qalstuk, cansıxıcı kostyum geyinən və işgüzar pozlar verən Mario Montidən mənimsəmişik. Mötədil siyasət bizə nə verdi? Nəticə o oldu ki, italyan milləti uçurumun kənarındadır, insanlar evlərini itirir, onlar artıq bilmirlər ki, niyə, nə ilə yaşamalıdırlar. Bu formalaşmış mötədillik maskası yalnız şəri, bədbəxtliyi gizlətməyə xidmət edir.

- Beppe Qrillo məhz ikili oyun oynamırmı? Özünün çıxışlarında komik kimi imkanlarından, azadlığından istifadə edir. Peer Steinbrük (alman siyasətçisi) fikrinə (İtaliyada parlament seçikilərinin nəticələri ilə bağlı Steinbrükün Berluskoni və Qrillo haqda səsləndirdiyi bu fikir qalmaqal yaratmışdı: “Mən dəhşətə gəldim ki, İtaliyada seçkilərdə iki kloun qalib gəlib. Biri peşəcə kloundursa, digəri şübhəsiz ki, yüksəlmiş testesteronu olan kloundur) Qrillo etirazını bildirdi və onu bütün italyanları təhqirə görə ittiham etdi. Üstəlik, Qrillo prezident Napoltinonu Steinbrüklə diplomatik görüşdən imtina etdiyinə görə təriflədi. Dərin mötədillik siyasəti budur?

- Düzdür. Amma o niyə bunu etdi? Bir tərəfdən doğrudan da əsl təlxək Berluskoni var. Amma Steinbrük məsələni qarışıdırır, “kloun“ hörmətə layiq olan, xalqın sevdiyi ənənədir. Beppe Qrillonun, onu kloun adlandırması ilə bağlı qətiyyən problemi yoxdur, hər halda bu, onun peşəsidir. Amma Berluskonidən fərqli olaraq Qrillo doğrudan da öz xalqının yaşaması üçün qayğılanır.

- Siz xaricdən gələn reaksiyaları təkəbbürlü sayırsız?

- Sizin bizim mədəniyyət haqda düzgün təsəvvürünüz yoxdur. Zaman - zaman bizim haqda danışanda onu xatırlayın ki, biz Avropaya örnək olmuşuq. Bu gün sizin üçün italyanlar yalnız mandolina çalan, pizza yeyən və laqqırtı vuran qadınları rahatsız edən adamlar deyil. İndi İtaliyada yeni fenomen meydana gəlib, ironiya silah kimi istifadə edilir. Və hamı buna görə italyanları qınayır. Niyə sevinmirsiz? Mən özüm də Nobel mükafatını udan təlxəyəm. Kim İtaliya mədəniyyətinin nüvəsinə etinasız yanaşırsa, ona önəm vermirsə, o, sadəcə cahildir.

- “Beş ulduz hərəkatı“nın seçki proqramında mədəniyyətdən bir kəlmə də danışmadlıar.

- Beppe Qrillo, Canroberto Kasaledkio və mən birlikdə “Il grillo canta sempreal tramonto” adlı kitab yazmışıq. Artıq birinci səhifədə cəmiyyət üçün mədəniyyətin əhəmiyyətini önə çəkmişik. Bizim kitab Avropa mədəniyyətinə səyahətdir, burda siyasət, seksuallıq, təhsil, ədəbiyyat və teatr haqda danışırıq. Bu partiyanın həqiqi proqramıdır.

- Avtobioqrafiyanızda publikanın sırf istehlakçı marağı ilə sizdən gülüş istədiyini yazırsınız. Beppe Qrillonun şənlənən kütlə qarşısında peyda olmasını da belə qiymətləndirmək olar?

- Qrillonun danışdığı mühit insanların pul ödədiyi, nəsə gözlədiyi teatr tamaşası ilə müqayisə oluna bilməz. O, tamaşa göstərmir. Bu,

azadlığın illüziyası ilə vətəndaşları dolayan hakimiyyətin yalanını, fırıldağını göstərən seçki tədbiridir. O, yumoristik tərz və yolla siyasi fasadın arxasında olan korrupsiya haqda informasiya verir.

- Qrillo xarizmatik şəxsiyyətdir. İtalyanların güclü rəhbərə ehtiyacı nədən qaynaqlanır?

- Hər hərəkatın xarizmatik personaya ehtiyacı var. Reformaçı Martin Luterdən başlayaraq alman tarixində yüzlərlə belə şəxsiyyətlər məskən salıb. Əgər Luterin xarizması olmasaydı, mən onu əsla anlamazdım. Əlbəttə ki, dəhşətli nasionalizmin yetişdirdiyi şəxsiyyətlər də var, amma solların hərəkatı kimi möhtəşəm inkişaflar da oldu. Həmişə hərəkatın məqsədini izah etmək zəhmətini üzərinə götürən adamlar var. Və ya İtalyan Kommunist partiyasına baxın: orda həqiqətən xeyli sıradan olmayan insanlar vardı.

- Populizm “Beş ulduz hərəkatı“nın əsas cəhətlərindən biridir. Sizin üçün populizm nədir?

- Populizm ironiya və ya tamaşa kimi vasitələrlə bir bədii situasiyanı hazırlamaqdır. Burda xalq dominant olan sinfin fırıldaqları barədə məlumatlanır, özünü necə müdafiə və xilas etməyi öyrənir. Populizm ciddi məsələdir.

- Berluskoninin və Beppe Qrillonun populist diskursu haqda fərq hardadır?

- Diqqət: Bu müqayisənin arxasında leksiki kobudluq dayanır. Berluskoninin istifadə etdiyi populizm deyil, demaqogiyadır. Demaqogiya o deməkdir ki, öz xeyrinə boyunduruq altında olan siniflərin marağından, onların səsini almaq və istismar üçün istifadə olunur. Biz anlayışları aydın istifadə etməyi öyrənməliyik.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış aktrisa vəfat etdi
17:44 13 May 2021
Amerikalı rəssamın əsəri 93 milyon dollara satıldı - Foto
15:46 13 May 2021
İnsanın təkbaşına xoşbəxt olması utanılası bir işdir - Kamyudan unudulmaz aforizmlər
14:28 13 May 2021
Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
13:46 13 May 2021
Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar - Ayxan Ayvaz yazır...
12:30 13 May 2021
Rafiq Tağının üçcildliyi nəşr olundu - Foto
11:25 13 May 2021
"Xarıbülbül" festivalının qala konserti olacaq
10:31 13 May 2021
Bu da bu cür həyatdır – Elçinin hekayəsi
09:29 13 May 2021
“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
Şuşada "Xarıbülbül" festivalı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021